Tabasaran maysumluğu — Dağıstan ərazisində mövcud olmuş dövlət quruluşu. Dövlətin hökmdarı "Maysum" titulu daşıyırdı. Əhalinin böyük hissəsini tabasaranlılar, azərbaycanlılar[1][2][3] və ləzgilər[4] təşkil edirdi.
Maysumluq | |
Tabasaran maysumluğu | |
---|---|
|
|
Paytaxt |
Xuçni Çere |
Ən böyük şəhər | Xuçni |
Rəsmi dilləri |
Tabasaran dili Azərbaycan türkcəsi Ləzgi dili |
Dövlət dini | İslam, Xristianlıq |
Ərazisi | 1500 km2 |
Əhalisi |
|
İdarəetmə forması | Mütləq monarxiya |
Maysum | |
• | II Məhəmməd ibn Yəzid |
Maysumluqdan bəhs təxminən 15-ci əsrin ikinci yarısından başlayır: "Andunik vəsiyyətində" 260 min Dağıstan qoşununun 70.000-inin Tabasaran maysumluğunun qoşunları olduğu deyilir. Maysum Xuçnidə möhkəmləndirilmiş qalada yaşayırdı.
Tabasaran ərazisi şimalda Haydak, şimal-qərbdə Qumik, cənubda Laz, şərqdə Baba-ül-Əbvab, cənub-şərqdə Şirvanla həmsərhəd idi. Tabasaran maysumluğun Qafqaz tarixi ilə bağlı siyasi hadisələrdə mühüm rol oynamışdır.
XVII əsrin ortalarında maysum nəslinin nümayəndələri arasında daxili çəkişmələr başlayır. Maysumlar Çere kəndinə köçmək məcburiyyətində qalırlar. Maysumun gücünün zəifləməsindən istifadə edən Tabasaran Kadı sülaləsi, maysumluğun şimal hissəsini ələ keçirərək və orada yarı müstəqil bir mülk qururlar. Maysumluqdan və Kadılıqdan əlavə, Tabasaran ərazisində Dağlıq (və ya Azad) Tabasaran da mövcud olur. Bu bölgənin kəndlərində Maysum və Kadının gücü yalnız nominal olaraq tanınırdı.
1806-cı ildə Maysum, Kadi və digər Tabasaran feodalları Rusiya vətəndaşlığını qəbul edir. 1813-cü ildə Tabasaran nəhayət Rusiya imperiyasına birləşdirilir.
Ərəblərin Dağıstana hücumu nəticəsində Tabasaran ərazisi Ərəb xilafətinin, onun dağılmasından sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olur. 917-ci ildə Ərəb Məzyədilər sülaləsindən olan II Məhəmməd ibn Yəzid Tabasaranı idarə etməyə başlayır. Bundan sonra Tabasaran hökmdarları "Maysum" adlandırılır. Maysumluğun əsas düşməni Dərbənd əmirliyi idi. 944–956-cı illərdə Məhəmmədin qardaşı Əhməd orada möhkəmlənə bilir. 948-ci ildə Məhəmməd Şirvanşah olur və Tabasaranın idarəçiliyini oğlu Heysəmə həvalə edir[5]. Bundan sonra onun yerinə qardaşı Əhməd, oğlu II Heysəmə (981–1025) keçir
1025-ci ildə II Heysəm "Məhəmmədin mülkündə" (Humadiyyə?) vəfat edir. 1065-ci ildə Yəzidin nəvəsi Hürmüz Əsri mülkündə dəfn edilir. Onunla II Mənuçöhr vasitəsilə qohumluq (ehtimal ki, anası vasitəsilə) əlaqəsinə sahib idi. Dərbəndə gəlincə, onun Tabasaranla əlaqəsi o qədər də əlverişli deyildi: 915-ci ildə Əbu-l-Nəcm ibn Məhəmməd Tabasaran əhalisi ilə uğursuz döyüşə girmişdir. 990-cı ildə Dərbənddən qovulan əmir Maymunun Dərbənddən qovulduqdan sonra Tabasarana çəkilir. Bu da tabasaranın Dərbənddən təcrid olunduğunu göstərir (Bu 1054-cü ildə əmir Mənsura xalqın (könüllülər) kömək etdiyi hadisələrlə ziddiyyət təşkil etmir.)[6].
XII əsrin əvvəllərində Tabasaran maysumluğu hər biri yerli "sərxanq" (hərbçi komandan) tərəfindən idarə olunan 24 əraziyə bölünmüşdür.
1239–1240-cı illərdə Monqolların Dağıstan ərazisini işğal edir, od və qılıncla Tabasarandan keçirlər. Tabasaran müstəqilliyini itirir və Qaytaq usmiliyinə tabe olmağa başlayır. 1395-ci ildə Əmir Teymurun ordusu Tabasaran ərazisinə soxulur və yerli maysumu məğlub edir. Amma Tabasaran digər Dağıstan dövlətlərindən fərqli olaraq tənəzzülə uğramır.
Tatarların nəzarəti altında Tabasaran müstəqilliyini itirir, lakin maysumun simasında güclü bir hökmdarı mövcud olur. Əvvəlki parçalanmanı aradan qaldırmağa və hökmranlığını genişləndirməyə çalışır. Maysum əvvəlcə Qaytaq usmiliyinin müttəfiqi və vassalı idi, lakin XIV əsrin sonunda Qaytağın Teymur tərəfindən ağıri şəkildə məğlub edilməsindən sonra Tabasaran tamamilə müstəqil olur[7].
XV əsrdə, üç əsrlik siyasi tənəzzüldən sonra, Tabasaran birdən və sürətlə böyüyür. "Tarix-Dağıstan" kassasına daxil olan ən qədim əfsanələrə görə, artıq XIV əsrdə öz maysum hökmdarları sülaləsi yaranmışdır. Feodal parçalanmasının aradan qaldırılması Tabasaran ənənəsində özünəməxsus şəkildə əks olunur. XVIII əsrin əvvəllərində inşa edilən Xuçni yaxınlığındakı kiçik bir qala yerində əvvəllər başqa bir istehkamın olduğunu söylənilir. Mükəmməl silahlanmış və qorunmuş olaraq bütün rayonu öz əllərində saxlayırdılar. Bir müddət sonra ətraf kəndlərin sakinləri onların öhdəsindən gələ bilməmişlər. Aydındır ki, söhbət XII əsrdə Tabasaranın parçalandığı kiçik mülklərdən birinin irsi hökmdarlarından gedir. XV əsrdə Tabasaran torpaqları vahid bir knyazlıqda birləşdirilir və maysum bir neçə on minlərlə əsgərdən ibarət bir ordu qura bilir[8].
"Andunik vəsiyyəti" 240 min Dağıstan qoşunundan 70 mininin Tabasaran maysumluğunun qoşunları olduğunu söyləyir. "Cahan-namə" salnaməsinə görə, XV əsrdə Tabasaranda 40 min ailə yaşayırdı.
1487–1488-ci illərdə Şeyx Heydər Tabasaran ərazisini işğal edir. 1509-cu ildə istilanı oğlu İsmayıl həyata keçirir. Yenidən işğal 1511-ci ildə baş verir. Tabasaran zəifləyir və Səfəvilərdən asılı vəziyyətə düşür[9].
XVI əsrdə Tabasaran maysumluğu nisbətən iri feodal mülkü idi. Onlar azərbaycanlı və ləzgilərdən ibarət olan bir sıra həmsərhəd kəndləri öz səlahiyyətinə tabe etmişdirlər. Bu dövrdə maysumluqə mərkəzdənqaçma qüvvələri güclənir və Tabasaranda sanki feodal münasibətlərinin inkişafında yeni bir mərhələ yaşayır[10].
1570-ci illərdə Maysum sülaləsinin nümayəndələri arasında dava düşür. Əhəmiyyətli bir hissəsi öldürülür və sağ qalanlar isə Xuçnini tərk edərək, Çereyə köçürlər. Buda maysumluğun Dərbəndin zərbəsinə daha həssas olmasına səbəb olur. Kadılar Tabasarana Xuçnidə hakimiyyətə gəlir[11]. XVI əsrin sonunda Tabasaran Türkiyə ilə İran arasında təzyiqlər dövrünü yaşayır[12]. XVII əsrin əvvəllərində Tabasaran kadılığının ərazisində yerli icma birlikləri onların səlahiyyətlərini tanımırdılar[13]. Əgər XV əsrdə Tabasaran "Andunik vəsiyyəti"ndə göstərildiyi kimi 60 min əsgər çıxara billdiyi halda, onda artıq XVII əsrdə səyyah Övliya Çələbinin məlumatına görə Tabasaran əhalisi 10 min nəfərə yaxın olmuşdur.
Quşdil (indiki Xivə rayonu) kəndindən olan savadlı tabasaran əsilli Ramazanın qeydlərində feodal elitasına qarşı geniş etirazlar barədə məlumatlar vardır: "Onun qardaşları (Hüseyn xan) və oğulları tərəfindən böyük zorakılıq göstərilmişdir ki, bu vəhşiliklərə görə Tabasaran vilayət sakinlərinin səbri tükənir. Sonra onlar Hasik kəndinə gəlirlər və hasiklilər arasında zorakılıq etməyə başlayırlar. Buna görə də HasiklilƏr əmirlərlə vuruşurar və əmirlərdən ikisi öldürülür. Sonra Hasiklilər kömək üçün yuxarı qoşunlarına üz tutdular və onlar öz yaxınlarının köməyinə gəlirlər… ". Bu qeyd olunan hadisələr 1631-ci ildə baş verir[14]. Üsyançılara Fərdax kəndindən olan Şavan Akay başçılıq edirdi. Üsyan nəticəsində Maysum Hüseyn xan öldürülür. Maysumların qohumu Gərayxan yeni maysum təyin edilir. Kəndli üsyanları zamanı tez-tez olduğu kimi, üsyançılar "yaxşı hökmdar"-la həyatlarının daha yaxşı olacağına ümid edirdilər[15].
E. Maqomedovanın elmi və tarixi əsərlərinə görə, Tabasaran XVIII–XIX əsrlərdə qonşu Dağıstan mülkləri və Şərqi Zaqafqaziya xanlıqları ilə əlaqələr qurmuşdur. Bütövlükdə onlar strateji cəhətdən əlverişli coğrafi mövqe tutan və başqa siyasi strukturların əhatəsində olan Tabasaran maysumluğu tədqiq olunan dövrdə fəal xarici siyasət yeridir. Bu siyasət əsasən qonşularla dostluq, mehriban qonşuluq münasibətlərinin saxlanmasından ibarət idi. Əsərdə ümumən Tabasaran və maysumluğun, xüsusən də Rusiya ilə münasibətlərinə xüsusi yer verilir. Bu da Tabasaran üçün siyasi, iqtisadi və mədəni baxımdan böyük əhəmiyyət kəsb edirdi. Müəllif Rusiya ilə münasibətlərin son nəticədə ona birləşməsi, tabasaranlıların Rusiya vətəndaşlığını qəbul etməsi ilə yekunlaşan mərhələləri izləyir.