Tahir Pənahov

Tahir Musa oğlu Pənahov (10 iyun 1936[1], Soyuqbulaq28 fevral 2024[1]) — fizika-riyaziyyat üzrə elmlər doktoru.

Tahir Pənahov
Doğum tarixi 10 iyun 1936(1936-06-10)[1]
Doğum yeri
Vəfat tarixi 28 fevral 2024(2024-02-28)[1] (87 yaşında)
Həyat yoldaşı Natiqə Pənahova
Atası Musa Pənahov
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu(ADPU),
Tanınır Müəllim

1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji UniversitetiADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. T. Pənahov hələ tələbəlik illərindən elmi axtarışlara meyilli idi və Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuduğu illərdə tələbə elmi konfranslarında riyaziyyatfizika tədrisində tarixi elementlərin öyrədilməsi məsələlərini əks edən məruzələri ilə diqqəti özünə cəlb etmişdi.

Natiqə Pənahova ilə ailə həyatı qurmuş, 3 uşaqları dünyaya gəlmişdir.

1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına baş laborant göndərilmişdir. 1962-ci ildə Respublika MEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş və həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş, 1962-ci ildə AzPİ-də baş müəllim vəzifəsinə keçmişdir. 1964-cü ildə dəvətnamə ilə Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində fizika fakültəsində ixtisas dərslərində mühazirə oxumaq üçün ezamiyyə olunmuşdur. O, 1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Tahir Pənahov namizədlik müdafiəsindən sonrakı 12 ili axtarışlarda, xarici ölkələrdəki konfranslarda keçib. Müxtəlif illərdə Sverdlovsk, Krasnoyarsk, Xarkov, Perm, Tula, Donetsk, Tomsk, Kiyev, Zveniqorod, Tbilisi, Aşqabad, Mahaçqala şəhərlərində maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri, mikroelektronika üçün yeni maqnit materialları, metallik sistemlərin həll diaqramları, elektrotexnika polad və ərintilərin metalşünaslığı və fizikası və s. mövzularda məruzə və çıxışları ilə həmkarlarının diqqətini cəlb etmişdir. O, araşdırmaları mövzusunda Yaşovets (Polşa) və Budapeşt (Macarıstan) şəhərlərində çalışmışdır.

1975-ci il sentyabr ayının 15-dən Azərbaycan Politexnik İnstitutundan indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ayrıldı. Həmin vaxtdan o, AzMİU-da işləyir. 1988-ci ildə "Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və sonra professor vəzifəsinə seçilmişdir. O, 1991-ci ildə dövlət büdcəsindən maliyyələşən "Metal və ərintilər fizikası" ETL-nin AzMİU-da açılmasının təşəbbüskarı olmuşdur. Elmi baza üçün EPR, Universal Optik və maqnito-optik qurğusunu hazırlamış, maqnit və elektrik xassələri ölçmək üçün qurğunu işə salmışdır. Elmi baza yaratdıqdan sonra kadrlar hazırlayıb, ölkənin inkişafı üçün çox vacib olan 1991-ci ildə "Metallar fizikası" istiqamətində mütəxəssis hazırlamaq üçün ixtisas açmış, sonra Materiallar fizikası kafedrasında bakalavr və magistr istiqaməti üzrə kadr hazırlığı aparmışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 2002-ci ildən tədris və elmi işlər bölməsində əvəzçi işləyərək, Azərbaycan Təhsil NazirliyiƏdliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin yerinə yetirilməsində və elmi əsərlərin çap edilməsinə yaxından köməklik göstərmişdir.

Bakıda Zabrat Oksigen Zavodunda açıq səhmdar cəmiyyəti yaradıldıqda Tahir Pənahov orada böyük laboratoriya işə salmış, laboratoriyanı müasir avadanlıqlarla təchiz etmiş, cihazların işləmə qaydalarını hazırlamış və kadrla təmin etmişdir. Bu cihazlar vasitəsilə sabit gərginliyi, cərəyan şiddətini, aktiv müqaviməti ölçmək mümkündür. Havadan azot, oksigen, arqonhidrogenin alınma texnologiyası, mayeqaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil etməklə satışda müsbət nəticə alınmışdır.

Moskva Dövlət Universitetində, Budapeşt Texniki Universitetində, Aşqabad Dövlət Universitetində dəfələrlə təcrübə mübadiləsində olmuş və mühazirələr oxumuşdur. Dünyanın bir çox elm və təhsil mərkəzləri ilə əlaqəli elmi iş aparmışdır.

Moskva Dövlət Universiteti, Yekaterinburq Metallar Fizikası İnstitutu, Ekaterinburq Dövlət Universiteti (ETU), EA Metallar Fizikası İnstitutu, Ukrayna Dövlət Universiteti, Budapeşt Texniki Universiteti, Türkiyədə bir çox universitetlər, İran İslam Respublikasının (TəbrizTehran) bir çox universitetlərində təcrübə mübadiləsində olmuşdur.

Keçmiş İttifaqın bərk cisimlər, maqnit hadisələri fizikası üzrə mütəxəssislərindən akademik S. V. Vonsovski, akademik V. Q. Baryaxtar, SSRİ Dövlət mükafatı laureatı E. İ. Kondorski, A. V. Deryaqin, Q. S. Krinçik, N. V. Volqenşteyn, R. P. Ozerov, B. Q. Livşits, V. E. Zinovyev, Azərbaycan SSR EA-nın müxbir üzvü Y. M. Seyidov, akademik E. M. Şaxtaxtinski kimi şəxslər onun doktorluq dissertasiyasına yüksək qiymət vermişlər.

60-dan çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə çıxış etmiş, 20-dən çox müəlliflik şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan çox elmi məqalənin, 15 monoqrafiya, dərs vəsaiti və metodiki vəsaitin müəllifi kimi "Metallar fizikası", "Maqnit hadisələri fizikası" sahəsində ilk dəfə atom və maqnit nizamlı struktura malik dəmir-nikel tərkibli ərintilərə 3d, 4d, 5d və 4f elektron quruluşuna malik keçid və nadir torpaq elementləri ilə leqirləməklə geniş konsentrasiya sahəsində maqnit yumşaq ərintilər sintez etmiş və onların strukturunu, maqnit, elektrik, istilik və digər fiziki xassələrini termik emaldan asılı olaraq tədqiq etmiş və nəticədə yüksək texniki parametrlərə malik olan, istehsalatda geniş tətbiqini tapmış permalloy strukturlu ərintilər almış, tədqiqat praktik cəhətdən əsaslandırılmışdı. Belə ki, alınan elmi nəticələr ölkənin bir çox iri müəssisələrində — Moskva Elektromaqnetizm Zavodunda, Moskva Elektromexanika və Avtomatika İnstitutunda, SSRİ EA-nın Yüksək Temperaturlar İnstitutunun xüsusi konstruktor bürosunda, Bakının Azərelektromaş Birliyində, Bakı Radio Zavodunda və bir çox başqa müəssisələrdə geniş tətbiq edilmiş və istehsalata milyonlarla effekt vermişdir. Amorf maqnit yumşaq ərintiləri tədqiq etmək üçün Budapeşt Texniki Universitetində ezamiyyədə olmuşdur.

Amorf maqnit yumşaq ərintilərin (Fe-Ni-Si-B) tədqiqi nəticəsində yüksək maqnit nüfuzluğu, maqnit induksiyası və xüsusi elektrik müqaviməti böyük olan materiallar alınmış, onların fiziki xassələri öyrənilmiş, müşahidə olunan anomaliyaların, faza keçidlərinin, polimorf çevrilmələrin elmi-nəzəri əsasları işləmiş və istehsalata tətbiqini təmin etmişdir.

İstehsalatla bağlı 18 elmi-tədqiqat işi tövsiyə etmişdir. Həmçinin arqon qazının qarışıq qazlardan ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq edilmiş, yeni ixtira kimi patent almışdır.

1960-cı ildən indiyədək 15-dən çox aspirantı, dissertantı namizədlik, 20-dən çox yetirməsi magistr dissertasiyası müdafiə etmişdir. Tahir Pənahov metal və ərintilər sahəsində yeni istiqamət yaratmış alimdir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]