Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tahir Məhəmməd oğlu Rasizadə (1907, Naxçıvan – 1942, Krım, Krım MSSR) — Azərbaycan kənd təsərrüfatı mütəxəssisi, şair. Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin atası.
Tahir Rasizadə | |
---|---|
Tahir Məhəmməd oğlu Rasizadə | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Krım yarımadası |
Vəfat səbəbi | İkinci dünya müharibəsi |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Tamara-xanım Rasizadə |
Uşaqları | Artur, Tamilla Rasizadələr |
Atası | Məhəmməd Rasizadə |
İxtisası | aqronom |
Təhsili | kənd təsərrüfatı institutu |
Fəaliyyəti | şairlik, müəllimlik |
Tahir Şeyx Məhəmməd oğlu Rasizadə 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvanda almışdır.
Əmisi Hüseyn Cavidin dərs dediyi Bakı darülmüəlliminini, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Bir müddət Gəncədə işlədikdən sonra Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini təyin edilmişdir.
Şairlik təbi olmuş, ilk şeirlərini darülmüəllimində oxuyarkən yazmışdır. Müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Şerləri romantik vüsəti, dilinin axıcılığı, ahəngdarlığı, obrazların və ifadə tərzinin yeniliyi ilə seçilir. Bundan başqa Tahir Rasizadə pyeslər də yazmışdır.
"İki dünya" poemasında bəşəriyyətə fəlakət gətirən "hərb allahına", "qan püskürən", "ölüm şahına" lənətlər yağdırır, faşizmin yaratdığı xarabazarlıqların onun özünün "əbədi məzarına" çevriləcəyini inamla bildirirdi. 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak olmuşdur.