Rasizadələr — Azərbaycanın tanınmış soylarından biri.
Rasizadələr |
Əcdadı |
Molla Abdulla Rasizadə (1843~1900) |
Qohum soylar |
Vəliyevlər, Məmmədovlar (Naxçıvan), Gülməmmədovlar (Tiflis), Bağırovlar (Bakı), Kızılkayalar (Istanbul) |
Mənşəyi |
Naxçıvan şəhəri (Naxçıvan MSSR) |
Təbəəliyi |
Naxçıvan, Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, İran, Almaniya |
Bu nəslin ən qədim məlum olan nümayəndəsi XIX əsrdə Naxçıvanın Şahtaxtı kəndində yaşamış Məşədi Qulu olub. Məşədi Qulunun dörd oğlu olub: Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli.[1] Rasizadə soyadının ilk daşıyıcısı isə Şahtaxtı kəndinin din xadimi Hacı Molla Abdulla olub. Hacı Molla Abdulla Rasizadənin uşaqları: Xurşid, Fatimə, Səlimə, Şeyx Məhəmməd, Hüseyn Cavid, Əlirza, Molla Əhməd, Ələsgər.
Hacı Molla Abdulla Rasizadə ruhani ailəsində doğulmuşdur. Atası aşıq şerini və klassik şeri sevər, məclislərdə onları muğamat üstundə oxuyar, bəzən özü də bədahətən şer deyərmiş. Bu qabiliyyət irsən Abdullaya da sirayət etmişdi. O zamanlar molla Abdulla (1843-1900), güclü səsə malik və savadlı bir insan olaraq, Qurandan surələri çox gözəl oxuyardı və ona görə ətrafdaki Rusiya və İran şəhərlərində dini tədbirlərə dəvət edilirdi.[2] Buna görə də ona Rasi-zadə soyadı verilmişdir: fars dilində "rasidən" sözü uzada-uzada oxumaq deməkdir, hansı ki yəhudi soyadı Kantora uyğun olaraq, sonralar Əlirza Rasizadənin ədəbi və partiya ləqəbi olub. ("Cantor" latın dilində "kilsədə oxuyan" deməkdir). 1877-ci ildə Abdulla Rasi-zadə doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr.
Dövrünün tanınmış ruhanisi olan Hacı Molla Abdulla 1877 ildə ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Şeri, musiqini yaxşı bildiyinə və məlahətli səsinə görə onu rövzəxan kimi tez-tez Bakı, Şamaxı, Gəncə, İrəvan və Nuxaya (Şəkiyə), habelə İran şəhərlərinə dəvət etmişlər. Seyid Əzim Şirvani "Hacı Molla Abdulla Şahtaxtılıya" adlı mənzum məktubunda onun rövzəxanlıq məharətini yüksək qiymətləndirmiş, "avazeyi-fəzli" nin "İraqü İsfahanı doldurduğunu" xüsusi vurğulamışdır. Hacı Molla Abdulla Hüseyn Cavidin dünyagörüşü və bədii istedadının formalaşmasına, onda şerə-sənətə meylin oyanmasına güclü təsir göstərmişdir. Şair, məhz atasının vəsiyyəti ilə Türkiyəyə gedərək, orada təhsil almışdır.[3]
Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar.[4] Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib. Tarixçi professor Əli Rasizadə (Əlirzanın nəvəsi) hətta Azərbaycan tarixində bu üç qardaşın sinfi mövqelərini müqayisə edərək belə yazır: "Əgər 1920-ci ildə Əlirza Rasizadənin ideyaları qalib gəlib, 70 ildən sonra 1991-ci ildə Hüseyn Cavidin ideyaları baş tutdu, amma bu hələ tarixin son sözü deyil — hər şey ona doğru gedir ki, onların yerinə şeyx Məhəmməd Rəsizadənin ideologiyası gələ bilər".[5]
- Molla Abdulla Rasizadə (1843–1900) — Rasizadə soyadının ilk daşıyıcısı: Naxçıvan ziyalısı və din xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin atası.
- Şeyx Məhəmməd Rasizadə (1878–1939) — Naxçıvanda din xadimi, müəllim və şair. Hüseyn Cavidin böyük qardaşı və Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin babası.
- Hüseyn Cavid Rasizadə (1882–1941) — Azərbaycan şairi və dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi.
- Əlirza Rasizadə (1884–1923) — Azərbaycan SSR yaranması dövrünün siyasi və dövlət xadimi, maarifçi, həcvyazan, marksist inqilabçı və Naxçıvan MSSR-in qurucularından biri. Hüseyn Cavidin kiçik qardaşı.
- Mişkinaz Cavid Rasizadə (1902–1976) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı.
- Tahir Rasizadə (1907–1942) — kənd təsərrüfatı mütəxəssisi (aqronom), müəllim və şair. Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin atası.
- Şamil Rasizadə (1916–1993) — dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1984). Maarifçi və marksist inqilabçı Əlirza Rasizadənin oğlu.
- Ərtoğrul Cavid Rasizadə (1919–1943) — musiqiçi, Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu, Turan Cavidin isə qardaşı.
- Turan Cavid Rasizadə (1923–2004) — C. Cabbarlı adına Azərbaycan dövlət teatr muzeyinin direktoru, Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qızı.
- Artur Rasizadə (1935) — dövlət xadimi: 2003–2018 illərdə Azərbaycan Respublikasının baş naziri. Tahir Rasizadənin oğlu.
- Əli Rasizadə (1947) — ABŞ tarix professoru, XX əsrin tarixi və beynəlxalq münasibətləri üzrə çoxsaylı əsərlərin müəllifi, neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" müəllifi. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsi.
| | | | | | | | | | | | | | | | | Abdulla Rasizadə | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
Xurşid | | Fatimə | | | | Məhəmməd | | Ələsgər | | Səlimə | | Əhməd | | | | Hüseyn | | | | | | Əlirza |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
Gövhər | | | Zəhra | | | Şəfiqə | | | Nəzifə | | Tahir Rasizadə | | | | Əziz | | Ərtoğrul | | Turan | | Şamil | | Cəmilə |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | |
| | Yasir | | Rəna | | Həmid | | Artur | | Tamilla | | Cavid | | | | | | Əlirza | | Oqtay | | Ülfət |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | |
| | Məhəmməd | | Əbülfəz | | Tahir | | Nailə | | Əziz | | Cavid | | Teymur | | Cəmilə | | Şamil | | Vadim | | Gabrielle |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | Rövşən | | Rəşad | | Tahir | | Rəna | | | | Aylin | | Selin | | Adem-Ali | | Søren |
- ↑ Məşədi Qulunun nəticəsi Turan Cavid Rasizadənin xatırlamalarından: Rasizadə soyadının kökü hardan gəlir? — Bilmirəm və ikinci belə bir soyadı eşitməmişəm. Deyirlər, Rasi dindar sözündəndir. Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli… Nənəm Ümmi Leyla xanımdı. Ailədə əvvəlcə qız uşaqları doğulub. Qızlar Şahtaxtıda dünyaya gəliblər. Naxçıvana köçəndən sonra isə oğlanlar anadan olub. Bibilərim Fatimə, Ümmi Səlimə və Xurşid xanımlardı. Əmilərim isə Şeyx Məhəmməd, Molla Əhməd, Əlirza və Ələsgərdi. Əhməd və Ələsgər ikinci evlilikdən doğulublar. Amma onlarda ögey-doğmalıq söhbəti yoxdu. Mən yalnız Əhməd əmimi və Xurşid bibimi görmüşəm. Əlirza 1923-cü ildə müalicə üçün Bakıya gəlib və burada vəfat edib. Molla Əhməd isə 1941-d ildə Tacikistana oğlunun yanına getdi və orda da dünyasını dəyişdi. 1918-ci ildən sonra Cavid Naxçıvana getmədiyi üçün qardaş və bacılarıyla görüşmək imkanı olmayıb. Şeyx Məhəmməd Cavidə ata əvəziydi… Cavid 1918-ci ildə ailə qurub və elə həmin ildə də Bakıya köçüb. Əvvəlcə, baba gəlib, burada ev kirələyib. Sonra isə Ananı (anası Mişkinaz xanımı belə anır) kiçik əmim Əlirza gətirib Bakıya. = Hüseyn Cavidin qızı repressiya illərindən danışır (müsahibə). Senet.az (Bakı), 29. XI.2017. Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine
- ↑ А.К.Шариф-заде (Азиз Шариф). Из минувших дней: книга первая. Издательство Язычы, Баку, 1983, 613 стр.
- ↑ "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ Rasizadə evində üç qardaş arasında baş verən bu disputlar onların həmyerlisi yazıçı Cəlil Məmmədquluzadəni "Anamın kitabı" (1919) pyesinin yazılmasına ruhlandırmışdır: orada təsvir edilmiş fars, türk və rus təhsili almış üç qardaşın prototipləri Rasizadə qardaşları idi. = Дж.Мамедкули-заде. Анамын китабы (перевод А.Шарифа): Драмы и прозаические произведения. Издательство АГУ, Баку, 1958, стр.354–382.
- ↑ Alec Rasizade. Azerbaijan after Heydar Aliev. = Nationalities Papers (London: Taylor & Francis), March 2004, volume 32, number 1, pages 137–164.
- Şeyx Məhəmməd Rasizadənin nəsli
-
Rasizadələrin XIX əsrdə Naxçıvanda tikilmiş ata evi (hazırda Hüseyn Cavidin ev-muzeyidir)
-
Şeyx Məhəmməd Rasizadə (1878-1939)
-
Azərbaycanın baş naziri Artur Rasi-zadə (Bakı 2009)
-
Arturun atası Tahir Rasizadə (1907-1942)
-
Baş nazir Artur Rasi-zadə (solda) Rusiyanın baş naziri D.Medvedevi Bakıda qarşılayır (2016)
- Hüseyn Cavid Rasizadənin nəsli
-
Hüseyn Cavid Rasizadə (1882-1941)
-
Mişkinaz (Cavid) Rasizadə (1902-1976)
-
Hüseyn Cavid sonuncu günlər öz ailəsi ilə (Bakı 1936): Mişkinaz-xanım, Ərtoğrul və Turan Rasizadələr
-
1937-ci ildə həbs olunmuş Hüseyn Cavid Rasizadə
-
Turan (Cavid) Rasizadə (1923-2004)
- Əlirza Rasizadənin nəsli
-
Əlirza Rasizadə (1884-1923)
-
Onun həyat yoldaşı Səkinə Məmmədova (1900-1985)
-
Baş nazir müavini Şamil Rasizadə (1916-1993)
-
Şamil Rasizadənin həyat yoldaşı Bilqeyis Vəliyeva (1926-1981)
-
Şamil Rasizadə ömrünün son illərində (Bakı 1990)
-
Oqtay (solda) və Əli Rasizadə qardaşları onların Moskva Dövlət Universitetində təhsil zamanında (Moskva 1974)
-
Səkinə-xanım Rasizadə (solda) Məmmədovların ata evində: ortada oturan böyük qardaşı Heydər həyat yoldaşı Laçın-xanım ilə, sağda oturan kiçik qardaşı Əkbər, dayananlar Heydərin övladları Tatan, Şulan və ev qulluqçusu (Naxçıvan 1927)
-
Azərbaycan SSR kənd təsərrüfatı naziri Şamil Rasizadənin ailəsi: qızı Ülfət (qucağında), ortada anası Səkinə-xanım, sağda həyat yoldaşı Bilqeyis-xanım, arxada duran oğlu Əli və onun kürəyində kiçik qardaşı Oqtay (Bakı 1965)
-
Rasizadə-Kızılkayalar (İstanbul 2017): Əli Rasizadə (solda), onun həyat yoldaşı Nərminə-xanım (arxada), nəvələri Selin, Aylin, Adəm-Əli və qızı Cəmilə (sağda)