Tahir Talıblı (tam adı:Maşayev Tahir İslam oğlu; 22 fevral 1948, Evli, Kalinino rayonu) — Şair, publisist, ssenari müəllifi, film üzərində işləyən, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1990), Əməkdar jurnalist[1]
Tahir Talıblı | |
---|---|
azərb. Maşayev Tahir İslam oğlu | |
Doğum adı | Tahir |
Təxəllüsü | Talıblı |
Doğum tarixi | 22 fevral 1948 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Savalan |
Atası | İslam |
Təhsili | |
İxtisası | Filologiya |
Fəaliyyəti | Azərbaycan radiosu |
Fəaliyyət illəri | 1970-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | şeir, publisistika, folklor |
Üzvlüyü | |
Mükafatları |
Tahir Talıblı 1948-ci ilin fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olmuşdur[2]. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirmişdir. 1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1975–1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980–1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur. Həmin ildən Bakı şəhərində yaşayır.
Ailəlidir, 3 övladı var[3]. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Savalan Talıblı Tahir Talıblının oğludur.
1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur[4]. "Yeni fikir" qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru işləmişdir (1992–1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993).
1993-cü ildən isə Azərbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyası yaradılıb. Redaksiya iki şöbədən: "Xalq yaradıcılığı", "Sənət və etnoqrafıya'" şöbəsindən ibarətdir.
Xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə çıxır. "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yoxmuş", "Xeyrə qənşər", "Aşıq gördüyün çağırar" ,"Yerin-yıırdun adın andım", "İlmə", "Şirvan nəfəsi", "Divani saz-söz moclisi", "Dastan saatı", "Qərib axşamlar", "Şirvan şikəstəsi", "Tərəkəmə" folklor rəqs toplusu, "Yurd yeri", "Soyumuz-soykökümüz" İrəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.
1969-cu ilin noyabrında ilk dəfə efirə çıxan "Bulaq" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb, araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulaq" verilişi 1993-cü ilə qədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib. Artıq 15 ilə yaxındırki Tahir Talibli "Bulaq" verilişinin ssenari müəllifidir[5].
"Xalq yaradıcılığı" redaksiyasının verilişlərində xalq yaradıcılığının müxtəlif sahələri araşdırilir, etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səslənir. Azərbaycan radiosıınun "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalqlarının, türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, alpamış Koblantı Batır, Ural-Batır, Altun Arıq, Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi", "Divani saz söz məclisi", "Dastan saatı"Irəvan Çuxuru, Yurd yeri verilişlərində aşıq sənətimiz yaradıcı şəkildə araşdırılır.
Azərbaycan Dövlət Televiziya və Radiosu "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru[6], prezident təqaüdçüsüdür[7]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 noyabr 2011-ci il tarxində "Əməkdar jurnalist" adi ilə təltif olunub.