Talış-Muğan Muxtar Respublikası

Talış-Muğan Respublikası[1] və ya Talış-Muğan Muxtar Respublikası — 1993-cü ildə Azərbaycanın tərkibində yaradılmış qondarma muxtar respublika.

Tanınmayan muxtar respublika
Talış-Muğan Muxtar Respublikası
tal. Toлыш-Mығонә Mыxторә Рeспубликә
Bayraq
Bayraq
Dövlətin iddia etdiyi ərazilər
Dövlətin iddia etdiyi ərazilər
 
 

Paytaxt Lənkəran
Ən böyük şəhər paytaxtı
Rəsmi dilləri
Dövlət dini İslam
Ərazisi 4659
İdarəetmə forması Muxtar Respublika
Prezidenti
 •  Ələkrəm Hümbətov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-cü ilin iyununda ölkənin cənubundakı beş rayonun ərazisində yaradılmış, qərargahı Lənkəran şəhərində yerləşən hərbi briqada tərəfindən nəzarət edilirdi. Faktiki olaraq, 1993-cü ilin avqustunda süqut etdi. Talış-Muğan Respublikasının yaradılmasının ilk təşəbbüskarı Azərbaycan Xalqlarının Bərabərlik Partiyası olmuşdur. Həmin partiyanın ilk əvvəl Talış Milli Partiyası kimi yaradılmışdır. Tomas de Vaalın fikrincə Ələkrəm Hümbətovun bu addımında məqsəd Ayaz Mütəllibovu hakimiyyətə yenidən qaytarmaq idi.[2] Buna baxmayaraq, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, CəlilabadBiləsuvar rayonlarının əhalisi Ələkrəm Hümmətovun, eləcə də onun azsaylı tərəfdarlarının niyyətlərini rədd etmişdilər.[3]

SSRİ-də Yenidənqurma illəri dəyişikliklər barədə illüziyaya səbəb oldu. Talışların yenidən öz qəzetləri peyda oldu, "Avesta" mədəni cəmiyyəti yarandı və Talış muxtariyyətini bərpa etmək məqsədi daşıyan Talış Milli Partiyası yaradıldı. 1980-ci illərin ikinci yarısında talışlar dəfələrlə Sov. İKP MK-ya müraciət edərək onlara muxtariyyət verilməsini xahiş etmişdilər. SSRİ-nin dağılmasından sonra AXC-nin Lənkəran bölməsinin liderləri polkovnik Ələkrəm Hümbətov və şair Əli Nasir AXC-nin proqramına Talış Muxtar Respublikasının elan edilməsi tələbini daxil etdilər.[4] Bu haqda kitab yazan Sultan Məmmədov kitabında Talış Muğan Respublikasının yaradılmasının bir başa Moskva ilə əlaqəsi olduğunu təsdiq edirdi. Həmin dövrdə Astara rayonunda Raykom Katibi vəzifəsində çalışan Sultan Məmmədov yazır:

" Əlikram Hümbətov 600 nəfər gənc peşə məktəbi şagirdi ilə Astaraya gələrək mitinq keçirirdi. Astara əhalisi bu mitinqi Qarabağa dəstək olmaq üçün olduğunu düşünürdü. Lakin Əlikram Hümbətov və dəstəsi Astaradakı hakimiyyəti devirmək üçün gəlmişdi. Onun məqsədini başa düşən Katib bir-başa buranın milis və sərhəd qüvvələrinin komandiri Kronenkoya zəng edir və ondan bu vəziyyətin dayandırmasını istəyir. Amma Kronenko Moskovadan dəqiq əmr aldığını və onlara toxunulmayacağını söyləyir. Bu səfər Katib Qorbaçovla əlaqə saxlayır. Qorbaçovda katibə təslim ol əmrini verir. Gərginliyə baxmayaraq katib Astaradaki talış əhalisini gerçəklərdən xəbərdar edir. Astara talışları Əlikram və dəstəsini silah gücünə rayondan çıxarır. Sonraki hadisələrdədə Astara silahlı üsyan qaldıraraq qondarma Talış Muğan Respublikasının tərkibindən çıxır və özünü azad şəhər elan edir. "

Əlikram Hümbətov ANS kanalına verdiyi müsahibədə Astara talışlarını terrorçu adlandırır. Sultan Məmmədov Talış dövlətinin yaradılmasını əslində Qorbaçov və havadarlarının SSRİ-ni dağıtmağın ilk mərhələsi hesab edir.

  1. "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarında yaranmış vəziyyət haqqında". 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
  2. Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında, NYU Press, 2004
  3. "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
  4. Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət Arxivləşdirilib 2022-01-31 at the Wayback Machine V. A. Şnirelman, səh 118

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]