Əlikram Hümbətov

Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır.

Ələkrəm Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1948(1948-10-28)
Doğum yeri
Vəfat tarixi (73-74 yaşında)
Vəfat yeri Niderland
Vəfat səbəbi Xəstəlik
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi polkovnik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir.

Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.

Ələkrəm Hümmətov 1993-cü ilin avqustunda ölkədə mövcud olan gərginlikdən sui-istifadə edərək Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarına tabeliyi ələ keçirib. Daha sonra Azərbaycanın tərkibində "Talış-Muğan Respublikası"nın yaradıldığını elan edib və mərkəzi hakimiyyətlə güc mövqeyindən dialoq aparmağa cəhd göstərib.

1993-cü il 17 avqust tarixində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarda deyilir ki, Ələkrəm Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, CəlilabadBiləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayıb, onlara qarşı qanunsuz hərəkətlərə yol verib. Bununla kifayətlənməyərək dövlət orqanlarına hədə-qorxu gəlib, onları özünə tabe olmağa məcbur edib.[1]

Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli Fərmanı ilə əfv olunmuşdur[2].

2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb.

2013-cü il sentyabrın 24-də İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetlərin birində çıxış edib.

22 dekabr 2022-ci ildə Hollandiyada xəstəlik səbəbindən vəfat edib.[3][4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəli idi və iki oğlu var idi. Həyat yoldaşı Südabə Rəsulovanın dediklərinə görə nə özü, nə də oğulları talış dilində bilmədiyi üçün ailədə Azərbaycan dilində danışılıb.[5]

  1. "Arxivlənmiş surət". 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-22.
  2. "Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli, 119 nömrəli Fərmanı Arxivləşdirilib 2018-03-17 at the Wayback Machine  (az.)
  3. "Ələkrəm Hümmətov öldü". AZərbaycan24. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  4. "Ələkrəm Hümmətov VƏFAT ETDİ". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  5. Ələkrəm Hümmətovun həyat yoldaşından sensasion müsahibə