Sultan Məmmədov

Bu məqalə I çağırış Milli Məclisin deputatı haqqındadır. Soltan adlılar üçün üçün Soltan Məmmədov səhifəsinə baxın.

Sultan İsrafil oğlu Məmmədov (10 mart 1938, Astara rayonu15 sentyabr 2019) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı,[3] Azərbaycan Ali Sovetinin Milli Şurasının üzvü, Azərbaycan SSR Ali Sovetinin X, XI çağırışXII çağırış deputatı, Azərbaycan Respublikası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini, Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibi, Astara Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin katibi, Astara Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Sultan Məmmədov
12 noyabr 1995 – 2000
Seçki dairəsi1995 — 53 saylı Astara
Əvvəlkivəzifə təsis edildi
Sonrakıİsgəndər Quliyev
26 noyabr 1991 – 1995
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
1990 – 1995
Seçki dairəsi158 nömrəli
Sonrakıvəzifə ləğv edildi
bayraq
Azərbaycan Respubkilkası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini
bayraq2
26 noyabr 1992[1] – 3 may 1993[2]
NazirSücəddin Abdullayev
ƏvvəlkiRafiq Babayev
Sonrakıvəzifə ləğv edildi
15 noyabr 1981 – 1990
Seçki dairəsi1981 — 322 nömrəli Nüvədi
1985 — 322 nömrəli Nüvədi
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
1987 – 1991
Sonrakıvəzifə ləğv edildi
bayraq
Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibi
bayraq2
1980 – 1987
bayraq
Astara Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1977 – 1980
1973 – 1977
bayraq
Astara Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1971 – 1973
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1938(1938-03-10)
Doğum yeri
Vəfat tarixi 15 sentyabr 2019(2019-09-15) (81 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
"Qızıl qələm" mükafatı

Sultan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971–73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973–77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977–1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992–1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.Evli idi.

X, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin (ilk dəfə təkrar seçkilərlə 15 noyabr 1981-ci ildə deputat seçilərək), Azərbaycan Respublikası Milli Şurasının üzvü[4]., mənzil-komunnal daimi komisiyasının sədri olmuş, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir.

Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir. O, "Qızıl qələm" mükafatı laureatıdır.

15 sentyabr 2019-cu ildə vəfat edib.[5]

Evli idi. 5 övladı, 9 nəvəsi var. Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovun qardaşıdır.

  • "Masonluq: Dünyanı idarə edən qüvvə|Masonlar: dünyanı idarə edən qüvvə" (2007),
  • "Dünyanın hörümçək toru" (2012)
  1. "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  2. "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
  3. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine (az.)
  4. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  5. "Azərbaycanda sabiq deputat vəfat edib". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]