Tamara Abakeliya

Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti[1]14 may 1953[1], Tbilisi, SSRİ[1]) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri.

Tamara Abakeliya
gürc. თამარ აბაკელია
Doğum tarixi 19 avqust (1 sentyabr) 1905
Doğum yeri
Vəfat tarixi 14 may 1953(1953-05-14)[1] (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti heykəltaraş, qrafika ustası[d], səhnə dizayneri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır.

Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır.

1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub. Məşhur rəsmləri arasında "İmeretili oğlan" (1928), "Nar toplamaq" (1930), "Xoşbəxt ailə" (1936), "Vintec" (1946, Gürcüstan İncəsənət Muzeyi, Tbilisi) vardır.[2].

Abakeliya yaradıcılığında rəngarlıqla yanaşı qrafik əsərlər, binaların xarici və daxili tərtibatı, tamaşa deorasiyaları, kitab illüstrasiyaları, film dekorasiyaları yaratmaqla da məşğul olub. O, Gürcüstanla yanaşı, SSRİ-nin digər respublikalarında da çalışıb. Tamara Abakeliyanın Tbilisi Marksizm-Leninizm İnstitutunun Gürcüstan şöbəsinin binasında yaratdığı friz Tbilisi şəhərinin görkəmli memarlıq nümunələrindən sayılır. O, binanın xarici hissəsini bəzəkli çərçivəyə salaraq, üfüqi zolaqlı lent şəklində dekorativ elementlərlə gözəlləşdirmişdir. Bina Sovet memarlıq məktəbinin nadir nümunələri sırasına daxildir.

Abakeliyanın atası, Gürcüstan SSR-in baş prokuroru Qriqol Abakeliya və əmisi gürcü məşhur vərəm həkimi İoseb Abakeliya 1938-ci ildə İosif Stalinin Böyük təmizləməsi zamanı güllələnmişdilər. O, Sosialist şair və dramaturq Karlo Kaladze ilə evli idi (1907–1988). Onun Kaladzeden heykəltaraş Gulda Kaladze adlı oğlu var idi.

Tamara Abakeliya 14 may 1953-cü ildə Tiflis şəhərində qəflətən vəfat edib. O, Tiflisdəki məşhur Didube panteonunda dəfn edilib.

Tiflisdəki küçələrdən biri Tamara Abakeliyanın adını daşıyır.

Tamara Abakeliya Gürcüstan SSR əməkdar artisti (1942) və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Heykəltəraşlıq əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1936–1937-ci illər — Friz, Tbilisi Marksizm-Leninizm İnstitutunun Gürcüstan şöbəsinin binasında
  • 1952-ci il — Lesya Ukrainka abidəsi, Surami

Qrafik əsərləri

[redaktə | mənbəni redaktə et]

Kitablar üçün illüstrasiyalar

[redaktə | mənbəni redaktə et]
  • 1935 — N. Tixonovun "Kaxeti haqqında şeirlər" kitabına[3];
  • 1936–37 — Ş.Rustavelinin "Panter dərisindəki cəngavər" əsərinə[4];
  • 1947 — Vaja Pşavelanın əsərlərinə;;
  • 1949 — N. Tixonovun "Gürcüstan haqqında şeirlər" kitabına (V. Avaliani ilə birlikdə)[5].

Tamaşaların dekorasiyası

[redaktə | mənbəni redaktə et]

Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı:

  • 1930 — "Çöldə komuna" (rej. Qoqoberidze)
  • 1935 — "Şamil" (rej. Anatze və Çevidze)
  • 1947 — "Lali"(rej. Kuşitaşvili)
  • 1953 — "Lali" (rej. Kuşitaşvili və Kobaxidçe)

Rustaveli Milli Teatrı:

  • 1938 — "Paladuri" (rej. Sereteli)
  • 1944 — "Maral dərəsi" (rej. Vasadze)
  • 1945 — "Xevisberi Qoça" (rej. Çelidze)

Tbilisi Dövlət Opera və Balet Teatrı:

  • 1938 — "Maltakva"

Film dekorasiyası

[redaktə | mənbəni redaktə et]
  • 1937 — Arsen
  • 1942 — Georgi Sakaadze — kostyum dizayneri
  • 1945 — David Quramişvili — kostyum dizayneri
  • 1998 — Mona və Blupers
  1. 1 2 3 4 5 6 Абакелия Тамара Григорьевна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1 : А — Ангоб. С. 11.
  2. Dietrich Kegler, Alexander-Mark Litschev. Russkaja Filosofija. Enciklopedija (Russische Philosophie. Enzyklopädie) Zweite, bearbeitete und ergänzte A uflage unter der Redaktion von M. A . M aslin. (Originaltitel: Русская философия: Энциклопедия. 2-е изд., дораб. и доп. Под общ. Ред. М. А. Маслина. Сост. П. П. Апрышко, А. П. Поляков. 832 с., издательство Книжный Клуб Книговек, Москва 2014) // Philosophischer Literaturanzeiger . 68 (3). 2015-09-25. 267–272. doi:10.3196/2194584515683104. ISSN 2194-5845 0031-8175, 2194-5845 (#bad_issn).
  3. Тихонов Н. Стихи о Кахетии / Илл. Абакелия. — М.: Сов. писатель, 1935. — 40 с — 10200 экз.
  4. Руставелі Ш. Витязь в тигровій шкурі: Поема / Переклад з грузинської та передмова М. Бажана; Ілюстрації художниці Т. Абакелія. — К.: Дніпро, 1983. — 247 с.
  5. Тихонов Н. Стихи о Грузии / Илл. Т. Абакелия и В. Авалиани. — Тбилиси: Заря Востока, 1949. — 110 с — 10000 экз.
  • Джапаридзе Г. Д. Т. Г. Абакелия — М.: Советский художник, 1957.
  • Падалка М. Скульптор Тамара Абакелія // Україна. — 1950. — № 2.
  • Пиралишвили О. Д. Абакелия — М., 1957.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]