Taoizm

Yin və Yang


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.

Taoizm (Daoizm ya da Taoculuk olaraq da xatırlanar), Çin dilində: [pinyin]: "Daojiao" kimi deyilir. Daojia iki ayrı sözün Türkcədəki qarşılığı olaraq istifadə edilməkdədir. Daojiao Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, düşüncə məktəbini izah edir. Ancaq ikisi də qaynağını Laozinin əsəri Tao Te Chingdən götürmüşdür. Düşüncə məktəbi olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axının ən əhəmiyyətli nümayəndəsidir.

Çin dini ənənəsinə aid ən original təlimlərdəndir. Taoçuluğun ortaya qoyduğu din anlayışı, Çin dini ənənəsinin, daha çox metafizik məzmunlu təlimləri üzərinə qurulmuşdur. Bu onu Çin mədəniyyəti içərisindən çıxmış Konfutsiçilikdən ayıran ən böyük xüsusiyyət olmuşdur.

Taoizmin qurucusu Laoziyə görə obyektlərə və anlayışlara verdiyimiz mənalar arzuları və məqsədləri doğurarlar. Yaxşı və pis, alçaq və yüksək, işıqlıq və qaranlıq kimi. Bu mənalardan qopmamız arzu və məqsədlərimizdən ayrılmamız nəticəsində hərəkətsizliyə çatarıq. Hərəkətsizlik bir dəfə qavrandığında uyğun həyata keçiş qapısı açılar. Keçmişin peşmanlıqları və gələcək qayğısı və planları kimi gerçək həyatdan qoparan təsir edər eyni zamanda insan həyatında bir növ balanssızlıq halı yaradar. Uyğun həyat və təbii axış insanın içində olduğu an ilə inteqrasiya olunaraq yaşamasını təmin edər. Bu uyğunlaşmaya yolu izləmək deyilir. Yol mənasını verən tao sözüylə nəzərdə tutulan budur.

İşdə bu təlimləri ortaya qoyan və Taoizmin qurucusu olaraq bilinən Laozinin həyatı haqqında məlumatımız çox azdır. Onun yaşayıb yaşamadığı belə müzakirə edilmişdir. Haqqında bir çox görüş ortaya atılmış və əfsanələr uydurulmuşdur.

Çinin məşhur tarixçilərindən Sima Qian E. Ə. 100 ildə yazdığı Shiji (şı-ci) adlı əsərində Lao-zinin bioqrafiyasını bu şəkildə yazmışdır: ‘‘Lao-Tzu Chou dövlətinin Ku mıntıkasında Li-hsianggda Chü-jen kəndində doğulmuşdur. Öz adı Erh, ailə adı Li, müstear adı Dandır. Chou sülaləsi imperatorluğunun tarixçisi və kitabxana gözətçisidir." Buna görə onun əsl adı Li Dandır (Lao-Tandır). Lao-Tzu, ona verilmiş bir ləqəbdir; ‘‘Qoca Müdrik mənasını verər

Çin şifahi ənənəsində E. Ə. 604 deyə bilinən doğum ili, Shı-chıda qeydli deyil. Bu, tarixin daha sonraları təyin olunduğunu göstərməkdədir. Bununla birlikdə bu sənəd onun yaşadığını göstərən ən yaxşı dəlil olaraq qəbul edilməkdədir.

Mifologiyaya görə, Laozinin anası nurdan hamilə qalmış, 80 il sonra ağ saçlı, ağ saqqallı bir uşaq doğmuş. İşdə Laozi, yəni qoca uşaq ləqəbi buradan gəlməkdədir. Bu əfsanə daha irəliyə aparılaraq doğum tarixi E. Ə. 1321-ci ilə qədər çıxarılmış və müqəddəs bir adam olaraq göstərilmişdir. O zaman Lao-chun adını almışdır. Bəzi araşdırmaçılara görə, bu kimi uydurma hekayələrin çoxu Budizmdən sonra Budist hekayələrinə rəğbət üçün yazılmışdır.

Tarixi dövrlər

[redaktə | mənbəni redaktə et]

Şamanik Köklər (E. Ə. 3000 — E. Ə. 800) Taoizmin xüsusilə bəzi mistik xüsusiyyətləri və rituallarında şaman köklərin qalıqlarını görmək mümkündür. Şimal Çində Sarı Çay yaxınlarında bəzi qəbilələrdə vu deyilən şamanlar yaşamaqda idi. Qəbilənin təbii fəlakətlərlərə, xəstəliklərə qarşı təbiət ruhlarıyla qurduqları əlaqəylə dərman tapmağa çalışan şamanların müvəffəqiyyətsizlikləri ölümlə cəzalandırıla bilirdi. Çou xanədanlığı dövründə şamanların vəzifələri arasında ruhları dəvət etmək, yağış yağdırmaq, şəfaçılıq, kəhanət tapılırdı. Şamanik tətbiqlərin ən açıq görünüşü Xan xanədanlığı (E. Ə. 206 — B. E. 219) əsnasında Taoçuluğun dini və büyüsəl istiqamətlərində meydana çıxmışdı.

Klassik Dövr (E. Ə. 700 — E. Ə. 220) Çou imperatorluğunun siyasi və ictimai strukturları E. Ə. 770-də dağılmağa başlamışdı. Sonrakı beş yüz il feodal bəylərin bir-birləriylə zidd düşdüyü siyasi qarışıqlıq və iç döyüşdüyü bir dövr olmuşdu. Bu dövrdə Çinin məşhur filosofları Konfutsi, Mencius, Mo-tzu, Təqdim et-tzu və Taoizmin böyük mütəfəkkirləri Lao-tzu, Chuang-tzu və Lieh-tzu yaşamışdı.

Dao
Dao

Taoizmin fəlsəfəsinin qurucusu Lao-tzu, cənubdakı feodal Çu əyalətində Li Erh adıyla tanınan, təhsilli üst sinifə mənsub və imperatorluq arxivində çalışan bir kitabxanaçı idi.

Tao, həm Lao-tzu həm Chuan-tzu tərəfindən aydın olduğu şəkliylə sözlə ifadə edilə bilməz buna görə onunla əlaqədar simvolik bir izahat istifadə etmişlər. Taonun bəşəri hər hansı bir zehini quruluş ilə aydın olmayacağını Onun mənfiləyici sifətləri sayılaraq göstərilməyə çalışılmışdır; adsız, şəkilsiz, surətsiz, görünməyən, eşidilməyəndir O. Chuang-tzuya görə Tao səmavi bərabərlənmənin, bütün ziddləri və ziddiyyətləri bərabər edən mütləq birlik halıdır.

Din Olaraq taoizm

[redaktə | mənbəni redaktə et]

Eva Vong Taoizm dininin panteist və plüralist olduğunu ifadə edər. Tanrılar, ruhlar və ölümsüzlər sahib olduqları güc və işıqlanma dərəcəsinə görə Taoist panteonunda sıralanarlar. Ən yüksək səviyyəli tanrılara T'ien-tsun və ya Göksel Əfəndilər deyilir, onları Ti (İmperator), Hou (İmperatoru tərəfindən), Vang (Kral), Hsien (Ölümsüz) və Shen (Ruh) izlər. Taoist dini xalq inancları və yerli kültler ilə qarışdığı üçün tanrıları tarihöncesi zamandan qalma təbiət ruhlarını, xalq qəhrəman və alimlərini, digər dinlərin tanrılarını və ölümsüzlük axtarışındakı kültlerin qurucularını da ehtiva etməkdədir.

Kimilərinin Tao, uluğun qurucusu olaraq gördükləri Lao-tzu bu dində T'ai-shang Lao-chün adıyla tanrılaşdırılmışdır və Taoist dininin bütün Taoistlərcə qəbul edilən patriarxıdır.

İnanc əsasları

[redaktə | mənbəni redaktə et]

Daoizmin əsas doqması insan ruhunun ölməz olması ətrafında qurulub. Daoizm xoşbəxtliyə çatmaq üçün 3 yolu təqib etməyi məsləhət bilir: Təbiət yolu, Səma yolu və Yer yolu. Daoizmdə əsas kateqoriya "Dao"dur. Dao "Qanunauyğunluq, prinsip" deməkdir. Dao – hər şeyin başlanğıcı və kainatın təməl qanunudur. İki cür təcəlli edir. Birinci halda, təkdir, hər şeydən ayrılıb heç nə etməyəndir, daim sükut halındadır, ağılla dərk olunmaz, təsvir olunmaz və adsızdır. İkinci halda isə, hər şeyi ehtiva edəndir, hər yerdə vardır, dünya ilə bir yerdə dəyişən su kimidir, ağılla dərk olunan, təsvir olunandır və adı vardır. Təsvir olunandır və adı var.

II təməl kateqoriya "De" adlanır və xeyir qüvvə deməkdir. De Daonun ayrılmaz hissəsidir, dünyanı şəkilləndirir və onu qoruyur. Daonun yoluna De qüvvəsi aiddir. Dao – yol, kainatın özü, güc, kainatda intizam yaradan rizadır. De – Daodan çıxan fəzilət, əxlaq, mənəviyyatdır. Çin hakiminin nəslinə ötürə biləcəyi səmavi qüvvədir. Dao De formasında bütün canlılarda təcəssüm edir. De varlıqları formalaşdıran və dünyanı reallığa çevirən ümumbəşər prinsipdir.

Daoizmin məktəbləri müxtəlif etik normaları irəli sürürdülər, bunlara 5 əxlaq prinsipi və 10 fəzilət aid edilir.

Əxlaq prisipləri: öldürmə, yalan danışma, oğurlama, şərab içmə, zinaya yol açma.

Fəzilətlər: oğul borcu, böyüklərə hörmət, ətrafdakılara məhəbbət, səbir, pis əməllərdən çəkindirmək, özünüqurban, heyvan və bitkiləri çoxaltmaq, yol və quyuları tikmək, cahilləri öyrətmək, müqəddəs mətnləri oxumaq və mərasimləri keçirtmək.

Əsas prinsip U-Vey "sükunət"dir. İnsan dünya nizamına uyğunlaşmalı, güc sərf etmədən Daoya tabe olmalıdır. İnsan yaxşı ilə pisi, gözəl ilə çirkini bilməli, düzgün, sadiq və qabiliyyətli olmalıdır. Lao həmçinin savaşa qarşı idi. Ali insanlar hüzur və sülhə dəyər verməlidir. Sevgi, hörmət və itaətlə pisliyə qalib gəlmək olar. Lao-tzı savaşın əleyhinə çıxış edirdi.

Müqəddəs kitablar

[redaktə | mənbəni redaktə et]

1)"Dao de tzın"/Yol və onun gücü-Daoizmin əsas kanonu sayılır. Dao "yol, çayın axarı", De "davranış qanunu, mənəviyyat nümunəsi" deməkdir. Rəvayətə görə ömrünün sonuna yaxın Çini tərk etmək qərarına gələn Lao-tzını sərhəddə saxlayırlar. Bu qərib qocanın simasında müdriklik görən məntəqə rəisi ondan ölkəni tərk etməzdən öncə bildiklərini qısa şəkildə yazmağı xahiş edir. Lao-tzı 5000 heroqlifdən ibarət "Dao de tszın" adlı fəlsəfi traktatı bir gecəyə yazır, sübh tezdən isə Çini həmişəlik tərk edir.

2)"Çjuan tszı"-Müəllifi Daosizmin ikinci banisi sayılan Çjuan Tzının əsəri 3 hissədən ibarətdir: 7 başlıqlı Daxili (ney pyan), 8-dən 22dək Xarici (vay pyan) və 23-dən 33-dək Qarışıq (tzya pyan) bölmələr e.ə. IV–III əsrdə. Yalnız "Daxili bölmə" onun öz əlyazması sayılır, digər iki bölmə isə tələbələrin əlyazmasıdır. Əsər "Dao De tzın"dən fərqli olaraq daosizm fəlsəfəsini əlvan pritça və mifoloji materiallar əsasında, əyani şəkildə illüstrasiya etmişdir.

3)"Le tszı"nın müəllifi Le Yuydur e.ə. IV–III əsrdə. Daoistlərin təbiət və ətraf dünya ilə bağlı fəlsəfi prinsipləri izah olunur. İnsanın şəxsi rifahının onun ictimai mənfəətindən üstün olduğu ideyasına yer verilir.

4) Bunlardan əlavə V əsrdə 250 mətndən ibarət Daos kanonu "Dao Tzan" (Daonun xəzinəsi) formlaşmağa başlayır, 1607-ci ildə isə 56 mətn əlavə olunmaqla tamamlanır.

Daoizmdə ölümsüzlüyü əldə etmək üçün insanlara kimyagərlik, yoqa, sağlam qidalanma və pəhriz, sehir və müxtəlif güclü ilahlara dua və niyaz kimi xüsuslar kömək edə bilər. Daosizmdə meditasiya nəticəsində ən ali ezoterik nöqtəyə (Çji) çatmaq olur. Meditasiya metodu Vipaşyana adlanır. Kanonlarda bu cür təsvir olunur: "Əvvəl sakit oturub, heç nə haqqında düşünməməlisən. Ruhunu qoruyub, fikirlərini sükunətdə saxlamalısan. Nəfəsini daim kontrol altında saxlamalısan. Və ancaq bu zaman ürəyindəki atəş aşağı enib, kontrol altında saxlamalısan. Və ancaq bu zaman ürəyindəki atəş aşağı enib, böyrəklərdəki su yuxarı qalxanda iki başlanğıc bir-birinə qarışmaqla ölümsüzlüyə çata bilərsən." Dinə giriş 6 yaşında başlayır, qızlar və oğlanlar bu yaşda dini təhsil almaq üçün rahiblərin yanına göndərilir (m.aydın DT, 68). Rahiblik institutu VII–VIII əsrlərdə yarandı. 1901-ci ilədək qız və oğlanlar bir monastrda yaşayırdılar, sonra isə monastrlar ayrıldı. Mərasimlər ikipilləli iyerarxiya şəklində təmsil olunan ruhani siniflər tərəfindən həyata keçirilir. Yuxarı pillə "Dao-şi", ritualları keçirmək hüququna sahibdir. İbadət qədim Çin ədəbi dilində hər ayın 1-ci və 15-ci günü yerinə yetirilir. Ölümdən sonra ruhları yerə qayıtmaması üçün məzarın üstündə müəyyən ritualları keçirirlər: qurban kəsirlər, yemək, paltar, zinət əşyaları, heykəlciklər və musiqi alətləri gətirib qoyurlar. İl dönümlərində qəbrlər üzərində pul yandırırlar. İnanca görə bunlar edilməsə yerə qayıdan quy adlı ruh (ac ruh), istənilən bədənə daxil ola bilər. Çjay mərasimi təmizlik mərasimidir. Bədənin təmizlənməsi üçün oruc tutulur ət və süd məhsulları yeyilmir.

Mistik — e.ə. IV əsr. Təbiət qanunlarına inanılır və meditasiya yolu ilə dərk olunacağına inanılır.
Fərdi – e.ə. IV əsr. Qədərə inanırlar.
Leqalist – e.ə. III əsr. Dünyanın müəyyən qanunlara görə hərəkət etməsinə inanılır.
Kimyagər – e.ə. I əsr. Sehirbazlıq məktəbidir. Sehir və cadu böyük yer tutur.

Li Xuan Daos üsyanlarının başçısına verilən addır ki, o da V əsrə aid olunan Lao Tzının "Çevrilmələrə aid kitab"ında məsihin adı ilə bağlıdır. Məsihin gəlişi ilə xalqlar rahatlıq və hüzur tapacaqlarına inanılır.

Məbədlər Daoizmin ilk dövrlərində mühüm yer tutmamışlar, yalnız Buddizmin təsiri altında VII–VIII əsrlərdən tikilməyə başlandı. Məbədə Miao, monastırlara Kunq, monastır məbədinə Kuan deyilir. Çoxu Çinin şimalında tikilirdi, çünki cənubda buddist məbədləri artıq vardı. Ən məşhur məbədlərdən Louquan terrasasıdır ki, məhz burada Lao-Tzı öz tələbələrinə dərs keçməyi rəvayət olunur. Daha sonra Ağ buludlar məbədi ən böyüyü sayılır. Siçuan rayonunda 739-cu ildə (Tan sülaləsi dövründə) taxtadan tikilmişdi və 1166-cı ildə yanmışdı. Bu dövrdən etibarən dəfələrlə tikilib dağıdılmışdı. Vaxtilə burada Çançun yaşamışdır və məzarı da burada yerləşir. Monqolların hücumu nəticəsində bir hissəsi salamat qalmışdı və indiki kompleksin təməli onun üzərində inşa edildi. İndi məbədin ərazisində "Ümumçin daos assosiasiyası", "Daos akademiyası", nəşriyyat, daosların hazırlıq kursu və təlim mərkəzləri və s. yerləşir. "Ümumçin daos assosiasiyası" 1957-ci ildə açılmışdı və siyasi səbəblərə görə 1966–1976-cı illərdə bağlanmışdır. Nəhayət, 1980-ci ildə yenidən öz fəaliyyətini bərpa edə bilmişdir. Assosiasiyanın yerləşdiyi Bayyunquan məbədinin divarında 12 heyvan (ilin adlarına uyğun olaraq) şəkli əks olunub.

Torpaq tanrısının bayramı – tövbəyə həsr olunur, yağış çağırma ayinləri yerinə yetirilir.
Fa Xuey – mərasimlər bayramı. Bir neçə gün sürür.
Səma və su ruhlarının bayramı-Mərasimlər təşkil olunur.
Dan bayramları-Hər hansı tək bir tanrıya həsr olunan bayramlar

Konfusiçilik

Е.А. Торчинов. Даосизм. Опыт историко-религиоведческого описания. СПб., 1993. 246 стр.
Е.А. Торчинова. Даосизм. "Дао-Дэ цзин". "Азбука-классика"; "Петербургское Востоковедение", 2004, 256 с.
Е.А.Тоpчинов, РЕЛИГИИ МИPА: ОПЫТ ЗАПPЕДЕЛЬНОГО ПСИХОТЕХНИКА И ТPАНСПЕPСОНАЛЬНЫЕ СОСТОЯНИЯ, СПб.: Центp "Петеpбypгское Востоковедение", 1998. Л.А. Бурлуцкая. "Лао-цзы" о равенстве среди равных // Бурлуцкая Л.А. Тайные общества или кто правит миром. М., 2003. С. 14–17.
Л.С. Васильев. Религиозный даосизм // Васильев Л.С. Культы, религии, традиции в Китае. М., 2001. С. 218–290. Е. Вонг. Даосизм. М.2001.