Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında (kitab)

Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında — kitabında xanlıqlar dövrünə aid 22 orijinal sənəd toplanıb. Kitab xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunub.[1][2]

Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında
Müəllif Ramiz Mehdiyev
Mövzu tarix
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2019
Nəşriyyat Şərq-Qərb nəşriyyatı
Səhifə 232
Tiraj 600

Haqqında[redaktə | mənbəni redaktə et]

Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb.[3][4] Kitabda o dövrdə xanlıqlar tərəfindən yazılmış məktubların əsli toplanıb tərcümə edilib. Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları da var. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirir.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ramiz Mehdiyev. Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2019. səh. 2. ISBN 978-9952-34-389-2.
  2. 1 2 ""Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında"". İki sahil. 14 mart 2019. 29 aprel 2019 tarixində arxivləşdirilib.
  3. "Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabının təqdimatı keçirilib". trend.az. 5 aprel 2019. 6 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.
  4. "Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabının müzakirəsi keçirilib". report.az. 30 aprel 2019. 6 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]