Tarla ayıcası

Tarla ayıcası (lat. Arctia villica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü.

Tarla ayıcası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Yarımtriba:
Cins:
Növ:
Tarla ayıcası
Beynəlxalq elmi adı

Qanadları açılmış halda 50–54 mm-dir. Ön qanadlar tünd qara rəngdədir, üzərində 8 iri sarımtıl-ağ rəngli ləkələr vardır. Bunlardan zirvəyə yaxın ləkələr iri və yumru, əsasına birləşən ləklər isə pazşəkillidir. Arxa qanadları narıncı rəngdədir. Hər iki qanadın zirvəsi ön qanadların rəngi kimi tünd qaradır. Bunun altında iki yumru qara ləkə, əsasına yaxın bir kiçik qara ləkə yerləşir. Baş və döşün üzəri sıx qara rəngli tükcüklərlə örtülüdür. Qarıncığı qırmızımtıldır, hər buğum üzərində çox kiçik qara nöqtələr vardır.

Cənubi və Orta Avropa, Rusiya, Qafqaz, Kiçik Asiya, TürkmənistanŞimali Afrika ərazisində rast gəlinir. Azərbaycanda isə Abşeron, Şirvan düzənliyi, Lənkəranda Xəzər dənizi sahillərində Və Talışın dağ-səhra hissəsində və Naxçıvan MR.

Düzənliklərdə və dağ-səhra kserofit biotoplarda yaşayır. Kəpənəkləri iyun-iyul aylarında uçur. Tırtılları payız və yazda bağayarpağı, gicitkan, boymadərən, çiyələk və s. ot bitkiləri üzərində yaşayır.

Azsaylıdır. 2 kəpənəyi Talışdan tutulmuşdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.