Tatarıstan Respublikasının Prezidenti (tatar. Татарстан Республикасы Президенты; rus. Президент Республики Татарстан) — Respublikanın (dövlət və Federasiya subyektinin) başçısı.[1][2]
Tatarıstan Prezidenti | |
---|---|
Татарстан Республикасы Рәисе | |
| |
Vəzifədədir Rüstəm Minnexanov 25 mart 2010-cu ildən | |
Başçılıq edir | Tatarıstan |
Rəsmi iqamətgahı | Kazan Kremli |
Səlahiyyət müddəti | 5 il |
Vəzifənin təsis tarixi | 1991 |
Vəzifədə birinci | Mintimer Şaymiyev |
Rəsmi saytı | president.tatarstan.ru |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ildə Rusiya Federasiyasında Prezident adlandırılan subyektlərin başçısılarının adlarının dəyişdirməsi başlayıb. Rəsmən, bunu Çeçenistan başçısı Ramzan Kadırov başlayıb. O, Prezident adını daşımaqdan imtina edən ilk bölgə başçısı idi və başqa Prezident adı daşıyan bölgə başçılarını da eyni şey eləməyə çağırıb. O vaxt Kadırov elan edib ki, Rusiyada ancaq bir dövlət xadimin Prezident adlandırmağa haqqı var və bölgə prezidentlərinin rejəsini dayandırmaq lazım. 2010-cu ilin axırında Rusiya Prezidenti, Dmitri Medvedev Dövlət Duması və Federasiya Şurasının tərəfindən qəbul olunan, bölgə başçılarını Prezident adlandırmağa yasaq eləyən qanusunun təsdiqini imzalayıb.[3][4] Eyni zamanda regionlara başçılarının adlarını 2015-ci ilin yanvarın 1-nə dək tarihi ənənələrinə uyğun olan adları ilə əvəzləməyə haqqı verilib. 2013-cü ilin axırında ancaq Tatarıstan və Başqırdıstan başçıları yeni adı qəbul etməyiblər. O vaxt, Tatarıstan Prezidenti Rüstəm Minnexanov elan edib ki, vəzifəsinin adı qanunla verilən vaxta qədər deyişdiriləcək.[5]
2014-cü ilin axırında Tatarıstan başçı vəzifənin adlandırma məsələsini çözməyən Rusiya Federasiyasının yeganə subyekti qalıb (Başqırdıstanda 2015-ci ilin yanvarın 1-dən Prezident adını Başqırdıstan Respublikasının Başçısı adına dəyişməyə qərar qəbul olunub). 2015-ci ildə respublikaların başçılarına Prezident adını 2016-cı ilin yanvarın 1-nə dək daşımağa icazə verən qanun qəbul olunub.[6][7]
2015-ci ilin sentyabrın 18-də, təkrarən seçilmiş Tatarıstan Prezidentinin, Rüstəm Minnexanovun inaqurasiyasında keçmiş Prezident, Mintimer Şaymiyev faktiki olaraq, Respublikanın başçısının mövcud olan adını saxlamağını tərəfləyib:
İnsanların, Prezident özü də, Respupblikamızın ali vəzifəli şəxsinin adı da xoşuna gəlir — Prezident! Bu ad bizi çox birləşdirir. Deyim niyə — çünki bu söz nə tatar, nə də rus dilinə tərcümə olunmur. <...> Bax bundadır güc və avtoritet!
Orijinal mətn (rus.)Людям нравится как сам президент, так и название высшего должностного лица нашей республики — президент! Это название нас сильно объединяет. Скажу почему — потому что это слово не подлежит переводу ни на татарский, ни на русский языки. <...> Вот где ещё сила и авторитет!
Ondan sonra Tatarıstan Dövlət Şurasının mədəniyyət komitəsinin sədri, Razil Vəleyev və bir sıra başqa ali rəsmilər Prezident adını saxlamağını tərəfləyib.[8][9]
2015-ci ilin dekabrın 17-də Vladimir Putin mətbuat konfransında vəzifənin adlandırmadan olan aldığı sualına belə cavab verib:
Bu doğrudan da Tatarıstanın öz işidir. Məncə, bu o dərcədə hansı sa milli hissləri dəyməyəcək <...> Biz Tatarıstan halqının hər hansı seçimə hörmətlə yanaşacayıq, ona görə, siz orda özünüz qərar verin, yaxşı?
Orijinal mətn (rus.)Это действительно дело самого Татарстана. Я не думаю, что это так чувствительно, заденет какие-то национальные чувства <...> Мы с уважением отнесемся к любому выбору народа Татарстана, поэтому вы сами там решайте, ладно?
— [10]
Rüstəm Minnexanov bunnan əlaqədər şərx verib:
Mən Tatarıstanın seçilmiş Prezidentiyəm, federal qanunverici belə bir imkanı Respublikamıza verib və bu böyük etimaddır. Bundan sonra necə olacaq? Rusiya Prezidenti deyib: «Tatarıstan necə qərar verəcək»
Orijinal mətn (rus.)Я избранный Президент Татарстана, федеральный законодатель такую возможность предоставил нашей республике, и это большое доверие. Как будет дальше? Президент России сказал: «Как решит Татарстан»
— [11]
Rusiya Liberal Demokrat Partiyasının sədri, Vladimir Jirinovski verdiyi intervyusunda vəzifənin adı əvəzləmək üçün iki variant təklif edib: başqan və ya xan.[12] Dövlət Dumadaki Tatarıstan nümayəndəsi, İldar Gilmutdinovun sözlrinə görə, 2015-ci ilin ərzində Respublikanın Parlamentində vəzəfənin adını dəyişdirmək məsələsi bir dəfə də qaldırılmamış.[13]
Beləliklə, Respublika başçısının adını dəyişmədiyinə görə, 2016-cı ilin yanvarın 1-dən, onun konstitusiyası federal qaunun ilə ziddiyyətdədir.[14] Faktiki olaraq, Respublika müstəsna olaraq, ali vəzifəli şəxsini Prezident adlandırmağa haqqını saxlayıb, eyni zamanda isə Rusiya Federasiyasının başqa subyektlərinin belə haqqı qalmayıb.[15]
№ | Şəkil | Adı (həyat illəri) |
Müddət sayı | Səlahiyyətlərinin müddəti | Partiya | |
---|---|---|---|---|---|---|
1 | Mintimer Şaymiyev (1937 -) |
4 | 12 iyun 1991 | 25 mart 2010 | Sovet İttifaqı Kommunist Partiyası, Evimiz - Rusiya, «Bütöv Rusiya» («Ata Yurd — Bütöv Rusiya»), Vahid Rusiya | |
2 | Rüstəm Minnexanov (1957 -) |
2 | 25 mart 2010 | hal-hazırda | Vahid Rusiya |