Tatra Milli Parkı

Tatra Milli Parkı (pol. Tatrzański Park Narodowy) — Polşanın cənubunda, Slovakiya ilə sərhəddə yerləşən milli park. Slovakiyada olan Aşağı Tatra Milli Parkı ilə birlikdə vahid qorunan təbiət ərazisidir. Milli parkın sahəsi 211,64 km²-dir. Parkın idarə etmə mərkəzi Zakopane şəhərində yerləşir.

Tatra Milli Parkı
pol. Tatrzański Park Narodowy
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 22 000 ha
Yaradılma tarixi 1954
Yerləşməsi
49°10′00″ şm. e. 19°55′00″ ş. u.
Ölkə  Polşa
Yaxın şəhər Krakov
tpn.gov.pl
Tatra Milli Parkı xəritədə
Tatra Milli Parkı
Tatra Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli park 1954-cü ildə yaradılmışdır. Sahəsi 22 min hektar olan parkda əsasən Tatra dağlarının unikal landşaftı qorunur. 1993-cü ildə Tatra Milli Parkı onunla qonşu olan Aşağı Tatra Milli Parkı ilə birlikdə UNESCO-nun Biosfer qoruğu statusunu almışdır[1].

Milli park ərazisində Polşanın ən yüksək zirvəsi — Rısı yerləşir. Zirvənin dəniz səviyyəsindən hündürlüyü 2499 metrdir[2]. Park ərazisində 650 mağara qeydə alınıb. Mağaraların içərisində Belka-Snejna ən uzun (23 km) və həm də ən dərin (814 m) mağaradır[3]. Mağaraların ancaq altısı ziyarətə açıqdır. Milli parkda bir neçə çay və 30-dan çox dağ gölü mövcuddur. Ən uzun çayın uzunluğu 20 km-dir. Göllərin içində ən böyüyü Morskie Oko gölüdür. Sahəsi 0,349 km², dərinliyi isə 50 metrdir. Ərazidəki ən hündür şəlalə Sikavadır. Hündürlüyü 70 metrdir. Bu şəlalə Polşanın ən hündür şəlaləsidir[4]. Miskeviç şəlaləsi isə (10 m) bölgənin ən populyar şəlaləsidir.

Fauna və florası

[redaktə | mənbəni redaktə et]

Ərazinin 1250 metr hündürlüyüə qədər olan hissədə ağ şamağçaqayın ağaclarından ibarət meşələr üstünlük təşkil edir. Daha yüksək ərazilərdə isə küknar ağacları yayılıb. 1800 metr yüksəklikdən sonra alp çəmənlikləri başlayır.

Milli park ərazisində alp marmontu, qarapaça, berkut, adi yapalaq və Tichodroma muraria çoxluq təşkil edir[5].

  1. "Татранский национальный парк". www.nparks.ru (rus). 2013-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  2. "Татранский национальный парк // Официальный веб-портал Республики Польша" (rus). 2011-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  3. "Jaskinie Polski". jaskiniepolski.pgi.gov.pl. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  4. "Jak zaplanować wycieczkę nad Wodospad Siklawa? Praktyczne porady i najciekawsze szlaki". dziendobry.tvn.pl (polyak). 2019-06-25. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  5. Татринский национальный парк // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006.