Tatyana Maslani

Tatyana Qabriel Maslani (ing. Tatiana Gabriele Maslany)[1] — Kanada aktrisası. Aktrisa elmi fantastika triller serialı olan Kanadada Space ABŞ-də isə BBC America kanalında yayımlanmış Qara Yetim-də oynadığı fərqli rollar ilə tanınma əldə etmişdir. Serialdakı performansına görə o Primetime Emmy Mükafatı (2016), TCA Mükafatı (2013), iki Critics' Choice Television Mükafatı (2013 və 2014) və dörd Canadian Screen Mükafatına (2014–17) layiq görülmüş, Qızıl Qlobus və Screen Actors Guild Mükafatlarına namızədliyi irəli sürülmüşdür. Maslani Kanada istehsalı serialında dram kateqoriyasında Emmy Mükafatını qazanaraq ilk Kanadalı aktrisa olmuşdur.[2]

Tatyana Maslani
Tatiana Maslany
Maslani 2016-cı ildə Comic-Con mərasimində
Maslani 2016-cı ildə Comic-Con mərasimində
Doğum adı Tatyana Qabriel Maslani
Doğum tarixi (38 yaş)
Doğum yeri Recina, Saskatçeuan Kanada Kanada
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1995-indiyədək
Tanınma səbəbi Qara Yetim
IMDb ID1137209
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O həmçinin Heartland (2008–2010), Doğum (2010) və Erika Olmaq (2009–2011) kimi teleseriallarda da çəkilmişdir. 2013-cü ildə Şəkil Günü filmində Kleir roluna görə ACTRA Mükafatı Kas və Daylan filmindəki performansına görə isə Phillip Borsos Mükafatlarını qazanmışdır. O Ölünün Gündəliyi (2007), Şərq Vədləri (2007), Əhd (2012), Qızıl Qadın (2015) və Güclü (2017) kimi filmlər ilə də tanınır.

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
  2. "Arxivlənmiş surət". 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.