Taymır Dövlət Təbiət Qoruğu - Rusiyadakı ən böyük təbiət qoruqlarından biridir. Krasnoyarsk diyarının şimalında, Taymır yarımadasında yerləşir. 23 fevral 1979-cu ildə təşkil edilmişdir.
Taymır Dövlət Təbiət Qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 1781928 ha |
Yaradılma tarixi | 23.02.1979 |
Yerləşməsi | |
74°06′ şm. e. 98°00′ ş. u. | |
Ölkə | Rusiya |
zapovedsever.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taymır Dövlət Təbiət Qoruğu toplu xarakteri daşıyır və 4 ərazidən ibarətdir. Bikada təhlükəsizlik zonası və Arktik filial qoruğa 1994-cü ildə birləşdirilmişdir. Bundan əvvəl Bikada müşk öküzlərinin köçürülmə ərazisi olmuşdur. Arktik filial isə Böyük Arktik qoruğunun bir hissəsi kimi təşkil edilmişdir. 20 mart 2013-cü ildən etibarən Taymır Dövlət Təbiət Qoruğu müstəqil bir qurum olmağı dayandırdı və Putorana və Böyük Arktik qoruqları ilə birlikdə «Taymır Qoruqları» Federal Dövlət Büccə Qurumunun tabeliyinə verilir[1].
1995-ci ildə YUNESKO-nun qərarı ilə Taymır Dövlət Təbiət Qoruğu biosfer statusu alır.
Burada hava ilin böyük qismi soyuq olur. İstilər isə demək olar ki, müşahidə edilmir. İyul ayında da şaxta və qar müşahidə oluinur. Qışda gölməçələrdə təxminən 2 metr qalınlığında buz meydana gəlir. Qoruğun bütün ərazisi daimi qrut buzlağı zonasındadır.
Qoruğun ərazisindən çoxlu sayda çay axır. Onlardan ən uzunu 570 km olan yuxarı Taymır çayıdır. Qoruğun cənub-qərbində böyük bir arktik göl - Taymır gölü yerləşir. Onlar darıxdırıcı tundra mənzərəsini müxtəlifləşdirir, su bitkiləri və heyvanlarının həyatı üçün şərait yaradırlar[2].
Qoruqda 430 növ damarlı bitki növü yayılmışdır. 223 növ mamır və 265 növ də şibyə vardır.
Taymır Dövlət Təbiət Qoruğu əsas simasını tundra müəyyənləşdirir: yayda parlaq və bol, qışda şiddətli və kasad. Burada təbiət davamlı bitki örtüyünü qoruyub saxlamaq üçün kifayət qədər gücə malik deyildir, buna görə yüksək yerlərdə kol və mamırları çılpaq torpaq hissələri əvəz edir. Cənubdan kol-mamır geniş yayılmışdır. Müxtəlif mənşəli bataqlıq bitkilərinə də rastlanılır. Yuxarı Taymırın sol sahili boyunca qoruğun ərazisini təşkil edən Bırranqa dağlarının yüksək və hamar hissələrində Arktika çöllərinin kəsişmələri var. Bu hissə qoruğun ən sərt ərazisidir.
Meşətundra iki ərazi ilə təmsil olunur: Arı-Mas və Lukunski. Orada Larix gmelinii ağacları böyüyür. Arı-Masdakı ağacların hündürlüyü 10 metrə çatır və bu unikal meşənin 72° ş.e. yerləşməsinə inanmaq çətindir[2].
Qoruqda 21 növ məməli yaşayır. Dünyada ən böyük vəhşi şimal maralı sürüsü burad yerləşir. XX əsrin 70-ci illərində Taymır tundrasına bir sürü müşk öküzünün köçürülməsi ilə bağlı bir sınaq başladı. İndi Kanada və ABŞ-dən gətirilən bu heyvanların nəsillərinin təxmini sayı 8 mini keçir. Qoruqda 116 quş növü aşkar edildi. Onlardan 74-ü qoruqda yuvalayır. sularında isə 15-dən çox balıq növü tapılmışdır.