Telefon köşkü (film)

Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi.

Telefon köşkü
ing. Phone Booth
Janr triller filmi, döyüş filmi, müəmma filmi, Psixoloji triller
Rejissor
Prodüserlər
Baş rollarda
İstehsalçı 20th Century Fox[2]
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 10 sentyabr 2002, 7 avqust 2003[5], 2002
Müddət 81 ± 1 dəq.[6]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Los-Anceles
IMDb ID0183649

Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir.

Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək...

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur.
  • Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir.
  • Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi.
  • Maykl Bey filmin rejissoru ola bilərdi.
  • Film əsasən Nyu-York universiteti tələbəsinin 1996-cı ildə lentə aldığı "Xəttin sonu" adlı qısametrajlı filmin motivləri əsasında ekranlaşdırılıb.
  • Snayperçinin tam aydın görünmədiyi səhnə əvvəlcə Ron Eldardın, sonra isə Kifer Sazerlendin iştirakı ilə çəkilib.
  • Filmin premyerası 2002-ci il noyabrın 15-nə planlaşdırılmışdı. Amma Merilenddəki faciədən sonra film 2003-cü il aprelin 4-ü üzə çıxdı.
  • 1960-cı illərdə Larri Koen filmin konsepsiyasını Alfred Hiçkoka təklif edir. İdeya Alfred tərəfindən bəyənilsə də, qəhrəmanın niyə telefon köşkündən çıxa bilmədiyinin səbəbini fikirləşə bilmirlər. Koen 1990-cı illərdə ssenarini yenidən vərəqləyir və snayperçi ideyasını fikirləşir.
  • Larri Koen filmin ssenarisini bir aya yazıb.
  • İrlandiyada film "Telefon qutusu" adı altında ekranlara çıxıb.
  • Filmdəki bütün səhnələr ardıcıllıqla lentə alınıb.
  • Film 12 günə lentə alınıb. 10 gün telefon köşkünün içindəki çəkilişlər üçün, 2 gün isə telefon köşkünün ətrafındakı çəkilişlər üçün lazım olub.
  • Styu günahlarını etiraf etdiyi səhnə bircə dubla lentə alınıb.
  • Keti Holmsla restorandakı kadr dubllararası fasilələrdə lentə alınıb. Ketinin baxışları rejissorun xoşuna gəlir və epizodu filmə əlavə etmək qərarına gəlir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]