Temur Nodaroviç Çxeidze (gürc. თემურ ნოდარის ძე ჩხეიძე;18 noyabr 1943, Tbilisi – 5 iyun 2022) — sovet, gürcü və rus teatr rejissoru, aktyoru.[1]. Gürcüstan SSR-nin xalq artisti (1981), Rusiya Federasiyasının xalq artisti (1994), Lenin mükafatı laureatı (1986).
Temur Çxeidze | |
---|---|
Doğum tarixi | 18 noyabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 2022 (78 yaşında) |
Fəaliyyəti | aktyor, kino aktyoru |
Təhsili |
|
Teatr | |
Mükafatları |
|
Temur Çxeidze Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda Dmitri Aleksidzenin emalatxanasında təhsil alıb. 1965-ci ildə institutu bitirdikdən sonra Zuqdidi Dram Teatrında rejissor işləyib (1967-ci ilə qədər). Sonra 1967-1970-ci illərdə Tbilisi Gənclər Teatrında, 1970-1980-ci illərdə isə Şota Rustaveli Teatrında işləyib.[2]
1991-ci ildən Q.A.Tovstonoqov adına Böyük Dram Teatrı ilə sıx əməkdaşlıq etmiş, lakin uzun müddət baş rejissor vəzifəsindən imtina etmişdir.[2] Sonralar Çxeidze bu barədə deyirdi: “Bildim: burada nə etsəniz, Tovstonoqovun dövründəkindən də pis olacaq. Ancaq bu yoxdur və ümumiyyətlə Tovstonoqlar çox nadir hallarda doğulur. Və həyat davam edir, mən isə bir vaxtlar mövcud olan teatra heyran olaraq, onu Tovstonoqov kimi səhnələşdirə bilmərəm”.[3] Buna baxmayaraq, 2004-cü ildə Çxeidze teatrın bədii rəhbəri Kiril Lavrovun uzun illər apardığı danışıqların nəticəsində BDT-nın baş direktoru təyin edildi. 2007-ci ildə Lavrovun ölümündən sonra o, teatrın bədii rəhbəri olub.[2]
Son illərdə tənqidçilər Böyük Dram Teatrındakı durğunluqdan yazır. 2013-cü il fevralın 19-da Temur Çxeidze teatrdan istefa verir. O, martın 4-də keçirdiyi mətbuat konfransında istefasının səbəblərini belə açıqlayır: “İndi bəlkə də elə vaxt gəlib çatıb ki, Böyük Dram Teatrında şəxsən mənim edə bilmədiyim dəyişikliklər lazımdır. Çoxları məni retrograd adlandırsa da, amma bu, mənim prinsipial yolum idi - Tovstonoqov irsini qorumaq yolu idi. Əminəm ki, 10 ildən az vaxt keçəcək və rus teatrına yenə klassika lazım olacaq. Bir gənc mənə dedi ki, ifalarım anaxronizm kimi qəbul edilir. Dürüstlüyünə görə ona təşəkkür edirəm”.[4]
Temur Çxeidze 5 iyun 2022-ci ildə vəfat edib.[5]
Mariinski Teatrında:
2004-cü ildə o, Dövlət Akademik Böyük Teatrında Dmitri Şostakoviçin "Mtsenskli Ledi Makbet" operasını tamaşaya qoyub. Çxeidze, xaricdə rus bəstəkarlarının operalarını: 1991-ci ildə La Skalada Sergey Prokofyevin “Qumarbaz” və 2001-ci ildə Metropoliten-operada; 2004-cü ildə Paris və Bordodakı Fransız opera teatrlarında N.A.Rimski-Korsakovun "Çar gəlini"ni səhnələşdirib.[6]