Terendez və ya Trndez (erm. տրնդեզ) — Erməni Həvari kilsəsi və Erməni Katolik Kilsəsi tərəfindən İsanın doğumundan 40 gün sonra qeyd olunan təmizlənmə bayramı.[1] Onun sreteniye ilə çox oxşar cəhətləri var. İki kilsə bunu müxtəlif günlərdə – 13 fevralda və 2 fevral qeyd edirlər.[2] Trndez bayramı paqan mənşəlidir. Bu, ilkin olaraq xristianlıqdan əvvəlki Ermənistanda yazın gəlişini və məhsuldarlığı simvolikləşdirən atəşpərəstlik ilə əlaqələndirilir. İnsanlar inanırdılar ki, odun gücü qışın soyuğunu aradan qaldıracaq, münbit torpaq və bol məhsul götürməyə imkan verəcək. Cütlüklər, xüsusən də yeni evlənənlər şans, firavanlıq və məhsuldarlıq üçün Trndez alovlarının üstündən tullanırdılar. Od külünün müalicəvi xüsusiyyətlərə malik olduğuna inanılırdı, çünki insanlar ondan ağrı üçün məlhəm kimi istifadə edir və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün göz qapaqlarına sürtürlər.[3][4][5]
Rusiya Federasiyasının bəzi şəhərlərində də (Moskva,[6] Ryazan[7] və s.) Terendez qeyd olunur.