Yerli anestetiklər

Lokal anestetiklərin əksəriyyəti kimyəvi quruluşuna görə iki ümumi qrupa bölünür: tərkibində efir rabitəsi olanlar (yuxarıdakı) və tərkibində amid rabitəsi olanlar (aşağıdakı)

Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur.[1][2][3]

Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir:

  • Hidrofil hissə – karbon radikalları olan hissə
  • Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu
  • Lipofil hissə – aromatik qrup

Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.[1]

Lipofil hissənin aromatik qruplarına görə

[redaktə | mənbəni redaktə et]

Tərkibindəki rabitənin növünə görə

[redaktə | mənbəni redaktə et]

İstifadəsinə görə

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Qəniyev, Musa. Farmakologiya (dərslik) (az.). 2 cilddə, I hissə (X nəşr). Bakı: TƏBİB. 2019. 156–182.
  2. "Types of Anaesthesia". www.nhs.uk. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  3. "Local anaesthesia". www.nhs.uk. 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.