The Isolator

The Isolator (絶対ナル孤独者, Zettai naru Aisorēta?, azərb. İzolyator‎) — Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[1]

The Isolator
Birinci cildin üzlüyü. Personaj: Yumiko Azu.
絶対ナル孤独者
(Zettai naru Aisorēta)
azərb. İzolyator
Janr elmi fantastika
Manqa
ManqakaReki Kavahara
RəssamŞimeci
NəşriyyatASCII Media Works
Nəşr tarixi10 iyun 2014 – hazırda
Cildlər4 (cild siyahısı)
Manqa
YazıçıReki Kavahara
RəssamNaoki Koşimizu
NəşriyyatASCII Media Works
Tərcüməçi nəşriyyat
JurnalDengeki Daioh
Nəşr tarixiavqust 2015 – hazırda
Cildlər2 (cild siyahısı)
  Anime və manqa portalı

2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər.

Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir.

Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur. Ögey bacısı ilə sakit həyat tərzi keçirən Minoriyə bir gün yadplanetlilər tərəfindən həmişə arzuladığı "kimsəsizlik" gücü verilir. Lakin tezliklə Minori ona verilən bu gücə görə qatılmaq istəmədiyi müharibəyə qoşularaq İzolyator olur.

Minoru Utsuqi (空木 ミノル, Utsugi Minoru?)
Tomomi Minova (箕輪 朋美, Minowa Tomomi?)
Yumiko Azu (安須 ユミコ, Azu Yumiko?)
Norie Yoşimizu (由水 典江, Yoshimizu Norie?)

Reki Kavahara ranobeni əvvəlcə 23 noyabr 2004-cü ildən 20 iyul 2009-cu ilə kimi onlayn şəkildə saytında yayımlamışdır və bu zaman kəsiyində 40 cild yazmışdır.[2] Lakin peşəkar karyeraya başladıqdan sonra ranobeni yazmağı dayandırmışdır. 2014-cü ildə Reki Kavahara ranobeni nəşr etdirmək qərarına gəlmişdir.[3] ASCII Media Works ranobenin 4 cildini nəşr etmişdir.[4]

Ranobe seriyası 2014-cü ildə Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[5]

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]
Orijinal versiyasının nəşr tarixiOrijinal ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 10 iyun 2014[6]ISBN 978-4-04-866510-023 iyun 2015[7]ISBN 978-0-31-626059-6
2 10 fevral 2015[8]ISBN 978-4-04-869248-926 yanvar 2016[9]ISBN 978-0-31-626889-9
3 10 fevral 2016[10]ISBN 978-4-04-865748-822 noyabr 2016[11]ISBN 978-0-31-655272-1
4 10 may 2017[12]ISBN 978-4-04-892894-6

Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. İki cildi buraxılmışdır.[4] Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[1]

Orijinal versiyasının nəşr tarixiOrijinal ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 10 fevral 2016[13]ISBN 978-4-04-865656-624 yanvar 2017[14]ISBN 978-0-31-650464-5
2 8 oktyabr 2016[15]ISBN 978-4-04-892292-0

Ranobe seriyasının ikinci cildi 2015-ci ilin birinci yarısında 50.472 nüsxə satmış və Yaponiyada ən yaxşı satan 49-cu ranobe olmuşdur.[16]

Anime News Network-dan Rebekka Silverman ranobenin ilk cildini qiymətləndirərək personajların inandırıcı olduğunu və müəllifin əvvəlki əsərlərinə nisbətən daha yaxşı yazdığını bildirmişdir.[17]

  1. 1 2 "Yen Press Licenses Rokka Novels/Manga, Isolator, Big Order, Murciélago, Smokin' Parade Manga". Anime News Network. July 1, 2016. 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  2. Reki Kavahara. "最新のものが先頭に表示されます。過去の記事は上部メニュー「タイトル一覧」からどうぞ". Word Gear (yaponca). 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  3. "Sword Art Online/Accel World's Kawahara to Print Absolute Solitude Novels". ANN (ingiliscə). 8 fevral 2014. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  4. 1 2 "検索結果". ASCII Media Works (rəsmi saytı) (yaponca). 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  5. "Yen Press Licenses Akame Ga Kill!, Sword Art Online: Progressive, Kagerou Daze". ANN (ingiliscə). 13 iyun 2014. 2014-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  6. "絶対ナル孤独者1 -咀嚼者 The Biter-" (yaponca). ASCII Media Works. 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  7. "The Isolator, Vol. 1". Hachette Book Group (ingiliscə). 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  8. "絶対ナル孤独者2 ─発火者 The Igniter─" (yaponca). ASCII Media Works. 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  9. "The Isolator, Vol. 2". Hachette Book Group (ingiliscə). 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  10. "絶対ナル孤独者3 -凝結者 The Trancer-" (yaponca). ASCII Media Works. 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  11. "The Isolator, Vol. 3". Hachette Book Group (ingiliscə). 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  12. "絶対ナル孤独者《アイソレータ》4 ―刺撃者 The Stinger―" (yaponca). ASCII Media Works. 15 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  13. "絶対ナル孤独者1" (yaponca). ASCII Media Works. 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  14. "The Isolator, Vol. 1 (manga)". Hachette Book Group (ingiliscə). 7 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  15. "絶対ナル孤独者1" (yaponca). ASCII Media Works. 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  16. "Top-Selling Light Novels in Japan by Volume: 2015 (First Half)". ANN (ingiliscə). 2 iyun 2015. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  17. Rebekka Silverman. "The Isolator: Realization of Absolute Solitude". ANN (ingiliscə). 11 iyul 2015. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]