Reki Kavahara (川原 礫, Kawahara Reki?, d. 17 avqust 1974[1][2]) — Yaponiya yazıçısı. "Sword Art Online" və "Accel World" ranobe və manqa seriyalarının müəllifi kimi tanınır. Hər iki ranobe əsasında anime serialları çəkilmişdir. Kavaharanın digər əsərləri arasında "The Isolator" və "Sword Art Online: Progressive" spin-off seriyası da var.
Reki Kavahara | |
---|---|
川原 礫 (Kawahara Reki?) | |
Təxəllüsləri | Fumio Kunori (九里 史生, Kunori Fumio?) |
Doğum tarixi | |
Doğum yeri | Qunma prefekturası, Yaponiya |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Təhsili |
|
Fəaliyyəti | roman yazıçısı |
Əsərlərinin dili | yapon dili |
Tanınmış əsərləri | "Accel World", "Sword Art Online", "The Isolator" |
wordgear.x0.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ən tanınmış əsəri "Sword Art Online" ranobesidir. "Sword Art Online" seriyasını ilk dəfə 2002-ci ildə Fumio Kunori (九里 史生, Kunori Fumio?) təxəllüsü ilə veb-roman şəklində yayımlamışdır. Kavahara 2008-ci ildə "Accel World" ranobesi ilə 15-ci Dengeki Roman Mükafatı müsabiqəsinə qatılmış və romanı baş mükafatı qazanmışdır.[3] "Accel World" ilk dəfə 10 fevral 2009-cu ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında çap olunmuşdur.[4] 10 oktyabr 2015-ci ilə kimi 19 cildi işıq üzü görmüşdür.[5] 2012-ci ilin aprelində isə anime adaptasiyası çəkilmişdir.[6] "Accel World" ranobesinin uğurundan sonra Kavahara "Sword Art Online" ranobesini çap etdirmişdir. 2016-cı ilin aprelinə kimi[7] 20 cildi, "Sword Art Online: Progressive" spin-off seriyasının isə 6 cildi nəşr olunmuşdur.[8] 2012-ci ilin iyulunda anime serialı yayımlanmağa başlamış və böyük alqış toplamışdır.[9] Anime serialının ikinci mövsümü "Sword Art Online II" 2014-cü ilin iyulunda nümayiş etdirilməyə başlamışdır.[10] 31 dekabr 2013-cü ildə "Sword Art Online Extra Edition" telefilmi yayımlanmışdır.[11] 2017-ci ildə isə "Sword Art Online: Ordinal Scale" adlı anime filmi ekranlaşdırılmışdır.[12]
"The Isolator" (絶対ナル孤独者, Zettainaru Aisorēta?) 2004-cü ildə onlayn formatda yayımlanmağa,[13] 2014-cü ilin iyununda isə çap olunmağa başlamışdır.[14] Üç ranobe və bir manqa yazılmışdır.[15]