Accel World (アクセル・ワールド, Akuseru Wārudo?, azərb. Sürətləndirilmiş dünya) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır. Reki Kavaharanın orijinal hekayəsi ilə çəkilən "Accel World: Infinite Burst" (azərb. "Sürətləndirilmiş dünya: Sonsuz partlayış") anime filminin premyerası Yaponiyada 23 iyul 2016-cı ildə baş tutmuşdur.
Accel World | |
Birinci ranobe cildinin üzlüyü. Personaj: Kuroyukihime | |
アクセル・ワールド (Akuseru Wārudo) azərb. Sürətləndirilmiş dünya | |
---|---|
Janr | döyüş, kiberpank, romantika |
Manqa | |
Manqaka | Reki Kavahara |
Rəssam | HiMA |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 10 fevral 2009 – hazırda |
Cildlər | 27 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Reki Kavahara |
Rəssam | Hiroyuki Ayqamo |
Nəşriyyat | ASCII Media Works |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | may 2010 – hazırda |
Cildlər | 5 |
Manqa | |
Axel World | |
Yazıçı | Reki Kavahara |
Rəssam | Ryuryuu Akari |
Nəşriyyat | ASCII Media Works |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | may 2010 – hazırda |
Cildlər | 3 |
Manqa | |
Accel World / Dural: Magisa Garden | |
Yazıçı | Reki Kavahara |
Rəssam | Ayato Sasakura |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 27 yanvar 2012 – hazırda |
Cildlər | 4 |
Anime | |
Rejissor | Masakazu Obara |
Prodüsser | Hiroyuki Yoşino |
Studiya | Sunrise |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, TVS, CTC, tvk, TVA, MBS, AT-X, HBC, RKB, BS11 |
Digər kanallar | |
Buraxılış tarixi | 6 aprel 2012 – 21 sentyabr 2012 |
Seriyalar | 24 + 2 OVA (seriya siyahısı) |
Video oyun | |
Accel World: Ginyoku no Kakusei | |
Hazırlayan | Banpresto |
Nəşr edən | Namco Bandai Games |
Janr | döyüş |
Platforma | PlayStation 3, PlayStation Portable |
Buraxılış tarixi | 13 sentyabr 2012 |
Video oyun | |
Accel World: Kasoku no Chōten | |
Hazırlayan | Banpresto |
Nəşr edən | Namco Bandai Games |
Janr | döyüş |
Platforma | PlayStation 3, PlayStation Portable |
Buraxılış tarixi | 31 iyul 2013 |
Video oyun | |
Accel World End of Burst | |
Nəşr edən | Namco Bandai Games |
Platforma | iOS, Android |
Buraxılış tarixi | 2016 |
Anime filmləri | |
2046-cı ildir. Haruyuki "Haru" Arita qısaboylu, artıq çəkili, Umesato məktəbinin tələbələri tərəfindən tez-tez lağa qoyulan oğlandır. Harunun həyatda sahib olduğu yeganə şey real həyatın əzablarından qurtulub Neyrolinkeri ilə məktəbin yerli şəbəkəsinə qoşulub təkbaşına virtual skvoş oynamaqdır. Lakin bir gün Harunun videooyunlardakı bu anadangəlmə bacarığı məktəbin ən populyar qız tələbəsi və Tələbə Şurasının vitse-prezidenti Kuroyukihimenin (hərfi tərcümədə "Qara qar şahzadəsi") diqqətini çəkir.
Haruya ona lağ edənlərə qarşı kömək etdikdən sonra Kuroyukihime ona "Brain Burst" (azərb. "Beyin partlayışı") adlı gizli proqram verir. Bu proqram vasitəsilə insanın dərketmə qabiliyyətini 1000 dəfə sürətləndirib, zamanı demək olar ki, dayandırmaq mümkündür. Belə ki, real həyatda keçən 1 saniyə "Brain Burst" proqramında 16 dəqiqə 40 saniyəyə bərabərdir. Haruyuki tezliklə öyrənir ki, "Brain Burst" sadəcə adi proqram deyil, həm də artırılmış reallığa malik kütləvi çoxoyunçulu onlayn faytinq oyunudur və 2039-cu ildə istehsal olunmuşdur. Bu oyunda oyunçular bir-birilərinə qarşı döyüşməli və Burst xalları əldə etməlidirlər. Oyunçunun Burst xalı nə qədər çoxdursa, real həyatda zamanı da o qədər çox sürətləndirə bilər. Bütün Burst xallarını itirən oyunçu isə "Brain Burst" proqramını həmişəlik itirir.
Kuroyukihime Haruya bildirir ki, kim oyunda 9-cu səviyyəyə çatan 6 oyunçunu — "Saf rənglərin altı kralı"nı məğlub edib 10-cu səviyyəyə çata bilsə, "Brain Burst" proqramın yaradıcısı ilə görüşə biləcək. Buna görə Kuroyukihime Harudan kömək istəyir. Haru özünə "Silver Crow" (azərb. "Gümüş qarğa"), Kuroyukihime isə özünü "Black Lotus" (azərb. "Qara lotus") ləqəbini götürür və onlar məqsədlərinə çatmaq üçün birlikdə işləməyə başlayırlar.
"Accel World" HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyasıdır. Kavahara ranobeni 2008-ci ildə baş tutan 15-ci Dengeki Roman Mükafatına təqdim etmiş və baş mükafatı qazanmışdır.[1] Ranobenin ilk cildi 10 fevral 2009-cu ildə ASCII Media Works tərəfindən Dengeki Bunko imprinti altında nəşr olunmuşdur.[2] 2024-ci ilin martuna kimi 27 cildi çapdan çıxmışdır.[3] Japan Expo USA tədbirinin panelində Yen Press ranobeni Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamış[4] və ilk cildi 22 iyul 2014-cü ildə nəşr etmişdir.[5]
23-29 iyul 2016-cı il tarixləri arasında "Accel World: Infinite Burst" filmini izləmək üçün kinoteatrlara gedən şəxslər Reki Kavahara tərəfindən yazılmış "Accel World -Mugen e no Chōyaku" (azərb. "Sürətləndirilmiş dünya: Sonsuzluğa tullanmaq") adlı qısa hekayəni əldə etmişdirlər.[6]
№ | Başlıq | Yapon versiyasının nəşr tarixi | İngilis versiyasının nəşr tarixi |
---|---|---|---|
1 | Kuroyukihimenin qayıdışı Kuroyukihime no Kikan (黒雪姫の帰還) | 10 fevral 2009[2] ISBN 978-4-04-867517-8 | 22 iyul 2014[5] ISBN 978-0-316-37673-0 |
2 | Qız fırtına şahzadəsi Kurenai no Bōfūki (紅の暴風姫) | 10 iyun 2009[7] ISBN 978-4-04-867843-8 | 18 noyabr 2014[8] ISBN 978-0-316-29636-6 |
3 | Alaqaranlıq soyğunçusu Yūyami no Ryakudatsusya (夕闇の略奪者) | 10 oktyabr 2009[9] ISBN 978-4-04-868070-7 | 24 mart 2015[10] ISBN 978-0-31-629637-3 |
4 | Mavi səmaya doğru uçmaq Aozora e no Hisyō (蒼空への飛翔) | 10 fevral 2010[11] ISBN 978-4-04-868327-2 | 21 iyul 2015[12] ISBN 978-0-31-629638-0 |
5 | Uçan ulduz işığı körpüsü Hoshikage no Ukihashi (星影の浮き橋) | 10 iyun 2010[13] ISBN 978-4-04-868593-1 | 17 noyabr 2015[14] ISBN 978-0-31-629639-7 |
6 | Shrine Maiden of the Sacred Fire Jōka no Miko (浄火の神子) | 10 oktyabr 2010[15] ISBN 978-4-04-868969-4 | 22 mart 2016[16] ISBN 978-0-31-629640-3 |
7 | Fəlakət zirehi Saika no Yoroi (災禍の鎧) | 10 fevral 2011[17] ISBN 978-4-04-870276-8 | 20 sentyabr 2016[18] ISBN 978-0-31-635819-4 |
8 | Taleyin qoşalaşmış ulduzu Unmei no Rensei (運命の連星) | 10 iyun 2011[19] ISBN 978-4-04-870550-9 | 13 dekabr 2016[20] ISBN 978-0-31-631761-0 |
9 | Yeddi min illik dua Nanasennen no Inori (七千年の祈り) | 10 oktyabr 2011[21] ISBN 978-4-04-870954-5 | 21 mart 2017[22] ISBN 978-0-31-650270-2 |
10 | Elementlər Elements | 10 dekabr 2011[23] ISBN 978-4-04-886241-7 | 20 iyun 2017[24] ISBN 978-0-31-646605-9 |
11 | Karbid qurdu Chōkō no Ōkami (超硬の狼) | 10 aprel 2012[25] ISBN 978-4-04-886521-0 | 19 sentyabr 2017[26] ISBN 978-0-31-646606-6 |
12 | Qırmızı emblem Aka no Monshō (赤の紋章) | 10 avqust 2012[27] ISBN 978-4-04-886795-5 | 12 dekabr 2017[28] ISBN 978-0-31-646607-3 |
13 | Sukənarı mayak Mizugiwa no Gōka (水際の号火) | 10 fevral 2013[29] ISBN 978-4-04-891330-0 | 10 aprel 2018[30] ISBN 978-1-97-530006-7 |
14 | Coşqun işığın mələyi Gekkō no Daitenshi (激光の大天使) | 7 iyun 2013[31] ISBN 978-4-04-891608-0 | 26 iyun 2018[32] ISBN 978-1-97-532723-1 |
15 | Son və başlanğıc Owari to Hajimari (終わりと始まり) | 10 oktyabr 2013[33] ISBN 978-4-04-866005-1 | 18 sentyabr 2018[34] ISBN 978-1-97-532725-5 |
16 | Şirayukihimenin yuxusu Shirayukihime no Madoromi (白雪姫の微睡) | 8 fevral 2014[35] ISBN 978-4-04-866320-5 | 18 dekabr 2018[36] ISBN 978-1-97-532727-9 |
17 | Ulduzlar beşiyi Hoshi no Yurikago (星の揺りかご) | 10 oktyabr 2014[37] ISBN 978-4-04-866936-8 | 19 mart 2019[38] ISBN 978-1-97-532729-3 |
18 | Qara qoşa qılınclı qılıncoynadan Kuro no Sokenshi (黒の双剣士) | 10 iyun 2015[39] ISBN 978-4-04-865189-9 | 18 iyun 2019[40] ISBN 978-1-97-532731-6 |
19 | Qaranlıq dumanlığın məftunluğu Nega Nebulus no Inryoku (暗黒星雲の引力) | 10 oktyabr 2015[41] ISBN 978-4-04-865438-8 | 9 sentyabr 2019[42] ISBN 978-1-97-533218-1 |
20 | Ağ və qara rəqabət Shiro to Kuro no Sōkoku (白と黒の相剋) | 10 iyun 2016[43] ISBN 978-4-04-892115-2 | 17 dekabr 2019[44] ISBN 978-1-97-533271-6 |
21 | Qar spriti Yuki no Yōsei (雪の妖精) | 10 dekabr 2016[45] ISBN 978-4-04-892390-3 | 21 aprel 2020[46] ISBN 978-1-97-533273-0 |
22 | Günəş mütləq alov tanrısı Zetsuen no Taiyōshin (絶焔の太陽神) | 10 noyabr 2017[47] ISBN 978-4-04-893465-7 | 22 sentyabr 2020[48] ISBN 978-1-97-533277-8 |
23 | Kuroyukihimenun etirafı Kuroyukihime no Kokuhaku (黒雪姫の告白) | 7 sentyabr 2018[49] ISBN 978-4-04-893917-1 | 15 dekabr 2020[50] ISBN 978-1-97-533275-4 |
24 | Mavi çiçəyin qılınc adaçayı Seika no Kensen (青華の剣仙) | 10 avqust 2019[51] ISBN 978-4-04-912676-1 | 27 aprel 2021[52] ISBN 978-1-97-532133-8 |
25 | Ölüm tanrısı Shūen no Kyoshin (終焉の巨神) | 10 sentyabr 2020[53] ISBN 978-4-04-913440-7 | 9 noyabr 2021[54] ISBN 978-1-97-533508-3 |
26 | Göylərin qalibi Retten no Seifukusha (裂天の征服者) | 10 mart 2022[55] ISBN 978-4-04-914133-7 | 22 avqust 2023[56] ISBN 978-1-97-536784-8 |
27 | Dördüncü sürətlənmə Daishi no Kasoku (第四の加速) | 8 mart 2024[3] ISBN 978-4-04-915389-7 | — |
Hiroyuki Ayqamonun rəssamlığı ilə istehsal olunmuş "Accel World" adlı manqa adaptasiyası ASCII Media Works nəşriyyatının "Dengeki Bunko Magazine" jurnalında 2010-cu ilin mayında nəşr olunmağa başlamışdır. Manqa 5 tankobon cildində toplanmış və 27 iyul 2011-ci ildən[57] 27 fevral 2014-cü ilə kimi buraxılmışdır.[58] "Dengeki Bunko Magazine" jurnalının 2010-cu il may buraxılışında Ryuryuu Akarinin rəssamı olduğu "Axel World". (あくちぇる・わーるど。, Akucheru Wārudo?) adlı yonkoma komiks stripi serializasiya olunmağa başlamışdır. 27 iyul 2011-ci ildən[59] 26 oktyabr 2013-cü ilə qədər 3 tankobon cildi buraxılmışdır.[60] 2014-cü ilin fevralında Yen Press "Accel World" manqasının Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır.[61] İlk üç cild, uyğun olaraq, 23 sentyabr 2014-cü ildə, 16 dekabr 2014-cü ildə və 24 mart 2015-ci ildə nəşr olunmuşdur.[62][63][64]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 27 iyul 2011[65] | ISBN 978-4-04-870630-8 | 23 sentyabr 2014[66] | ISBN 978-0-316-33586-7 |
2 | 27 iyul 2011[67] | ISBN 978-4-04-870634-6 | 16 dekabr 2014[68] | ISBN 978-0-316-29634-2 |
3 | 27 avqust 2012[69] | ISBN 978-4-04-886421-3 | 24 mart 2015[70] | ISBN 978-0-316-29635-9 |
4 | 27 fevral 2013[71] | ISBN 978-4-04-891398-0 | July 21, 2015[72] | ISBN 978-0-316-30216-6 |
5 | 27 fevral 2014[73] | ISBN 978-4-04-866389-2 | 27 oktyabr 2015 | ISBN 978-0-316-30614-0 |
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 27 iyul 2011[74] | ISBN 978-4-04-870619-3 |
2 | 27 avqust 2012[75] | ISBN 978-4-04-886808-2 |
3 | 26 oktyabr 2013[76] | ISBN 978-4-04-866082-2 |
4 | 27 mart 2015[77] | ISBN 978-4-04-869342-4 |
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 27 avqust 2012[78] | ISBN 978-4-04-886934-8 |
2 | 27 aprel 2013[79] | ISBN 978-4-04-891617-2 |
3 | 27 yanvar 2014[80] | ISBN 978-4-04-866238-3 |
4 | 27 sentyabr 2014[81] | ISBN 978-4-04-866839-2 |
Sunrise studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2012-ci ildən 21 sentyabr 2012-ci ilə kimi yayımlanmışdır.[82] 13-cü seriyaya qədər istifadə olunmuş açılış mahnısı May'n tərəfindən ifa olunan "Chase the world" (azərb. "Dünyanı güdmək"), bağlanış mahnısı Kotoko tərəfindən ifa olunan "→unfinished→" (azərb. "→bitməmiş→") mahnısıdır. 14-cü seriyadan etibarən açılış mahnısı kimi Altima tərəfindən ifa olunan "Burst the Gravity" (azərb. "Qravitasiya partlayışı") mahnısı, bağlanış mahnısı kimi isə Saçika Misava tərəfindən ifa olunan "unite." (azərb. "birləşin.") mahnısı səsləndirilmişdir.[83] Anime serialının istehsalında Sunrise ilə yanaşı, Warner Home Video, ASCII Media Works, Namco Bandai Games və Genco şirkətləri iştirak etmişdir. Viz Media 6 aprel 2012-ci ilə kimi anime serialını Hulu-da yayımlayacağını açıqlamışdır.[84] İngilis dilinə dublaj edilmiş versiyası Viz Media-nın onlayn anime xidməti Neon Alley-də 19 aprel 2013-cü ildə yayımlanmağa başlamışdır.[85] Reki Kavaharanın orijinal hekayəsi ilə çəkilən "Accel World: Infinite Burst" (azərb. "Sürətləndirilmiş dünya: Sonsuz partlayış") anime filminin premyerası Yaponiyada 23 iyul 2016-cı ildə baş tutmuşdur.[86]
Ranobe seriyası əsasında Banpresto tərəfindən PlayStation 3 və PlayStation Portable platformaları üçün iki videooyun istehsal olunmuş və Namco Bandai Games tərəfindən nəşr olunmuşdur.[87] Birinci oyun "Accel World: Awakening of the Silver Wings" (アクセル・ワールド ─銀翼の覚醒─, Akuseru Wārudo -Gin'yoku no Kakusei-?, azərb. "Sürətləndirilmiş dünya: Gümüş qanadların oyanışı") Yaponiyada 13 sentyabr 2012-ci ildə, ikinci oyun "Accel World: The Peak of Acceleration" (アクセル・ワールド ─加速の頂点─, Akuseru Wārudo -Kasoku no Chōten-?, azərb. "Sürətləndirilmiş dünya: Sürətləndirmənin pik həddi") Yaponiyada 31 yanvar 2013-cü ildə buraxılmışdır. Oyunların məhdud nəşrlərinə OVA seriyaları (PS3 versiyası üçün Blu-ray, PSP versiyası üçün DVD) daxil edilmişdi.[88] PSP üçün nəzərdə tutulmuş "Z.H.P. Unlosing Ranger VS Darkdeath Evilman" oyununda Gümüş qarğa açıla bilən kostyumdur. "Sword Art Online: Lost Song" oyununda Qara lotus əldə edilə bilən personaj və döyüşülə biləcək rəqiblərdən biridir.[89]
2016-cı ilin oktyabrında "Accel World VS Sword Art Online: Millennium Twilight" adlı videooyun anons edilmişdir. Oyun "Sword Art Online" franşizi ilə birlikdə krossover təşkil edəcək və 2017-ci ildə Bandai Namco Entertainment tərəfindən Playstation 4 və Playstation Vita platformaları üçün buraxılacaq.[90] Bundan əlavə, 2016-cı ildə iOS və Android platformaları üçün "Accel World End of Burst" adlı oyun buraxılacaq.[91]
Anime News Network anime üçün A+ reytinqi vermiş və "Sword Art Online"-a bənzədiyini qeyd etmişdir.[92] Kotaku-nun əməkdaşı Riçard Eysenbeys animeni yaxşı düşünülmüş hekayəsinə, əsas personajlarına və böyük protaqonistinə görə tərifləmiş, lakin üçüncü arkına görə tənqid etmişdir. Sonda isə animenin "güclü" başladığını, amma "zəif" bitdiyini qeyd etmişdir.[93] Nifrigel soundrek, presonajlar və hekayə baxımından anime haqqında xoş sözlər demiş, amma Reki Kavaharanın virtual reallıq mövzusunda biliklərinin az olmasının çatışmazlıq olduğunu bildirmişdir.[94]