Suriya-Het çarlıqları

E.ə. 800-cü ildə Suriya-Het çarlıqlarının təxmini sərhədləri.

Son Het, Yeni Het və ya Suriya-Het çarlıqlarıAnadolunun cənub-qərbində və müasir Suriyanın şimalında erkən Dəmir dövrünə aid siyasi formasiyalar. Bu dövlətlər e.ə. 1180-ci ildə yaranmış, təxminən e.ə. 700-cü ilə qədər mövcudluğunu qorumuşdur. Bu çarlıqların əhalisi əsasən luvi, aramiFinikiya dillərində danışırdılar.

Müasir ingilisdilli ədəbiyyatda "Yeni Het çarlıqları" termini dar mənada MilidKarkemiş kimi luvilərin hakimiyyətdə olduğu dövlətlərə istinad etmək üçün istifadə edilir. Bundan başqa, "Suriya-Het krallıqları" termini daha geniş bir termin olub, cənubi və mərkəzi Anadoluda, eləcə də Suriyada yaranmış bütün dövlətləri – TabalKue kimi Het dövlətinin süqutundan sonra yaranmış padşahlıqları əhatə edir.[1]

  1. Hawkins, John David; 1982a. «Neo-Hittite States in Syria and Anatolia» in Cambridge Ancient History (2nd ed.) 3.1: 372—441. Also: Hawkins, John David; 1995. «The Political Geography of North Syria and South-East Anatolia in the Neo-Assyrian Period» in Neo-Assyrian Geography, Mario Liverani (ed.), Università di Roma «La Sapienza», Dipartimento di Scienze storiche, archeologiche e anthropologiche dell’Antichità, Quaderni di Geografia Storica 5: Roma: Sargon srl, 87-101.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]