Tiqran Ovanesi Nağdalyan (erm. Տիգրան Հովհաննեսի Նաղդալյան; 8 iyun 1966[1], İrəvan, SSRİ[1] – 28 dekabr 2002, İrəvan) — Ermənistan jurnalisti. İrəvanda qətlə yetirilmişdir.
Tiqran Nağdalyan | |
---|---|
erm. Տիգրան Նաղդալյան | |
Doğum tarixi | 8 iyun 1966[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 2002 (36 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Tiqran Ovanesi Nağdalyan 8 iyun 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur.[2]
1995–1997-ci illərdə "Azadlıq Radiosu"nda işləmişdir. O, Ermənistan İctimai Televiziyasının rəhbəri idi və burada həftəlik xəbərlər proqramını da aparırdı. Nağdalyan 1998–2008-ci illərdə Ermənistan Prezidenti olan Robert Köçəryanın dostu və tərəfdarı olmuşdu. O, həmçinin 1999-cu ildə Ermənistan parlamentinə hücumun lideri Nairi Hunanyanın məhkəməsində mühüm şahid kimi qəbul edilmişdir.[3]
28 dekabr 2002-ci idə İrəvanda valideynlərinin evinin girişində bir qrup müxalifət tərəfdarı tərəfindən başından güllə yarası almışdır. O, 36 yaşında xəstəxanada vəfat etmişdir.[4][5][6]
6 mart 2003-cü ildə Ermənistan polisi 6 şübhəlini həbs etmişdir.[7] 13 nəfər qətldə ittiham olunmuşdur. 7 nəfərə hökm oxunmuş, 6 nəfərə bəraət verilmişdir. Con Harutunyan sifarişli qatil olmaqda təqsirli bilinmiş, cinayətini etiraz etmişdir. Vazgen Sarkisyanın (keçmiş müdafiə naziri və baş nazir, 1999-cu ildə qətlə yetirilmişdir) və Aram Sarkisyanın (keçmiş baş nazir) qardaşı, biznesmen Armen Sarkisyan qətlin sifarişində təqsirli bilinmişdir. Onların hər ikisi 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ovanes Arutunyan vasitəçi qismində (prokurorluqla əməkdaşlıq etdiyinə görə cəzası yüngülləşdirilməklə) 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Müxalifət həbsin siyasi olduğunu və Sarkisyanın günah keçisi olduğunu iddia etmişdir. Onlar Nağdalyanın 1999-cu ildə parlamentə hücum haqqında çox şey bildiyi üçün öldürüldüyünü iddia etmişdilər.[3][5][8][9]
8 iyun 2004-cü ildə İrəvanın Zəkiyan küçəsində xatirə lövhəsi qoyulmuşdur.[10]