Tit Kvinksi Flaminin

Tit Kvinksi Flaminin (lat. Titus Quinctius Flamininus; təq. e.ə. 229[1], Qədim Romae.ə. 174[2], bilinmir) — Qədim Roma siyasi xadimi və sərkərdəsi. İkinci Pun müharibəsinin iştirakçısı olmuşdur E.ə. 205–204-cü illərdə imperiya propretoru səlahiyyətləri ilə Tarentin komendantı olmuşdur. E.ə. 198 ildə konsul (pretor vəzifəsini icra etmədən), e.ə. 197–194-cü illərdə prokonsul idi. E.ə. 197-ci ildə yunan müttəfiqləri ilə birlikdə Kinoskefala yaxınlığında Makedoniyalı V Filippin ordusunu məğlubiyyətə uğratmış və onunla sülh müqaviləsi bağlamışdır. Özünün filellin olduğunu bildirərək Yunanıstanda müxtəlif qüvvələr arasında manevretmə siyasəti yürütmüşdür. E.ə. 196-cı ildə İstmiya oyunları zamanı Elladanın “azad olunmasını” elan etmişdir. E.ə. 195-ci ildə Axayya ittifaqının xahişi ilə Sparta tiranı Nabis üzərinə hücum etmiş, onu məğlubiyyətə uğradaraq Arqosdan çıxarmışdır. E.ə. 194-cü ildə qoşunlarını Elladadan çıxarsa da, onun əsas məntəqələrində (Korinf, XalkidaDemetriada) qarnizonlar saxlamışdı. E.ə. 189-cu ildə senzor olmuşdur.[4]

Tit Kvinksi Flaminin
lat. Titus Quinctius Flamininus
Qədim Roma senatoru[d]
bilinmir – bilinmir
e.ə. 198 – e.ə. 198
Şəxsi məlumatlar
Doğum tarixi təq. e.ə. 229[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 174[2]
Vəfat yeri
  • bilinmir
Atası güm. [3]
Anası bilinmir
Həyat yoldaşı
  • bilinmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 T. Quinctius (45) T. f. L. n. Flamininus // Digital Prosopography of the Roman Republic (ing.).
  2. 1 2 Flaminius, Titus Quintius // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. QUIN0999 T. Quinctius (45) T. f. L. n. Flamininus // Digital Prosopography of the Roman Republic (ing.).
  4. FLAMİNİN Tit Kvinksi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 9-cu cild: Fedinq – Gitara. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2020. 600 səh.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]