Titan (peyk)

TitanGünəş sistemində Saturn planetinin peykidir. Günəş sistemində Yerin cavanlığına bənzər göy cismi bilirik ki, Titan'dır. Maraq cəlb edən Titanı araşdırdıqda kəşf etdik ki, onda yağışlı mövsümlər mövcuddur. Bu mövsüm başlandıqda peykdə tufanlar, fırtınalar qopur, eləcə də, leysanlar gedir. Bunun nəticəsində peykin səthi eroziyaya məruz qalır. Bir də Yerdən fərqli olaraq Titanda 1 mövsümün müddəti 7.5 Yer ilinə bərabərdir.

Titan
Kəşfi
Kəşf edənXristian Hüygens
Kəşf tarixi25 mart 1655
Şərəfinə adlandırılıb
Titanlar
Orbital xarakteristikası
Periapsidi1.186.680 km
Apoapsidi1.257.060 km
Böyük yarımoxu
1.221.870 ± 1 km
Nəyin peykidirSaturn
Özünə xas ekssentrisitet
0,0288
Kütləsi134,518 ± 0,003 yottagram[1][2]
Orta sıxlığı
1,8798 ± 0,0044 q/sm³[1]
Albedo0,22

Onların üzərində orqanik və ya karbonla zəngin örtük var. Bu "metan qarı" ola bilər.

Titan qatı fotokimyəvi dumanın içərisindədir. Buna görə Kassini onun üzərindəki obyektləri görmək üçün optik kameradan başqa alətlərdən istifadə etməli olur.

Alimlərin fikrincə, hazırda Titanın atmosfer quruluşu Yerdə ilk həyat ünsürlərinin yaranma dövrünə uyğun gəlir. Professor Ralf Kaiser peykin atmosferində hidrogen-karbon birləşmələrinin olduğunu və bu təbəqənin də Titanın səthini ultrabənövşəyi şüalardan qoruduğunu söyləyir. Alimin qənaətinə görə, bu, astrobiologiyada vacib amildir və mürəkkəb molekulların formalaşması üçün münbit şərait deməkdir.

Titanın yarısı buzlardan və yarısı daş hissəciklərindən təşkil olunub.Onun üzərində dağ silsilələri var. Dağ silsiləsinin uzunluğu 150 kilometrdir. Hündürlüyü isə min beş yüz kilometrə yaxındır.Kosmik aparat bu imicləri peyk üzərindən son dəfə keçərkən çəkə bilib.Alimlər dağların buzlaşmış maddələrdən ibarət olduğunu düşünürlər.

Alimlərin Titana olan maraqları çox böyükdür. Beləki, bu təbii peyk Yer kürəsinin ilkin çağlarını xatırladır.Havay Universitetinin alimləri Yerdə həyatın yaranma səbəblərini anlamaq üçün Saturnun peyki Titanı daha dərindən öyrənmək niyyətindədirlər. Bu universitetin mütəxəssisləri Titanın tədqiqi ilə məşğul olan beynəlxalq missiyanın üzvləridir və onlar üçün bu məqsədlə bir neçə laboratoriya da yaradılıb. Laboratoriyalarda Titanın atmosfer modeli imitasiya edilib. Prosesin dərk olunması həyatın yaranma mexanizmini qavramaqda açar rolunu oynaya bilər. Bu səbəbdən alimlər imitasiya laboratoriyalarında alınmış molekulları Titanın real atmosferində infraqırmızı spektral analiz vasitəsilə aşkar etmək fikrindədirlər.

  1. 1 2 (unspecified title). doi:10.1086/508812
  2. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.