Aleksandr Çavçavadze

Çavçavadze Aleksandr Qarsevanoviç (1786–1846)-gürcü knyazı, şair, general-mayor.

Aleksandr Çavçavadze
gürc. ალექსანდრე გარსევანის ძე ჭავჭავაძე
Doğum tarixi 1786[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 (17) noyabr 1846[3]
Vəfat yeri
Uşaqları
Təhsili
  • Paje korpusu[d]
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Çavçavadze 1786-cı ildə Sankt-Peterburqda anadan olmuşdur[5]. Qarsevan oğlunun 9 yaşı tamam olanda onu oxumaq üçün Bamanın pansionuna göndərir. Aleksandr 1795-ci ildən 1799-cu ilədək həmin pansionatda yaşayır və oxuyur. Atasının ölümündən bir neçə il sonra anası ilə Tiflisə qayıdır.

Aleksandrın 19 yaşı olanda, yəni 1805-ci ildə evdən qaçır və Gürcüstanın azadlığı uğrunda üsyanlara başlayan gürcü şahzadəsi Parnooz Batonişvilinin dəstəsinə qoşulur. Üsyançılar istəyirdilər ki, Baqratiləri hakimiyyətə gətirsinlər. Üsyançılarla birlikdə həbs edilən Aleksandr mühakimə olunur və 30 noyabr 1805-ci ildə üç illiyə Tambova sürgün edilir. Bu zamanlar onun atası sağ olduğundan o, sürgündə çox qalmır. Atasının xidmətlərini nəzərə alan Rusiya çarı I Aleksandr onu paytaxta – Peterburqa çağırtdırır və Paj korpusunda oxumasına icazə verilir. Elə bu vaxtdan da onun hərbçi həyatı başlanır. 1809-cu ilin dekabrında onu saray qvardiyasının Qusar (rus ordusunun macar geyimli suvari əsgəri) polkuna hərbi xidmətə göndərirlər. 1811-ci ilin sentyabrında poruçik rütbəsilə (kiçik zabit) Gürcüstana qayıdan Aleksandr Çavçavadze 1813-1814-cü illərdə Rusiya-Fransa müharibəsində iştirak edir və Parisin alınmasında fəallıq göstərir. O, rus ordusunun baş komandanı Barklay de Tollinin yavəri idi.

Xarici hərbi yürüşlərdən qayıdan Aleksandr yenə də xidmətini davam etdirir. O, Abbasabad qalası, Naxçıvan, İrəvan, Diadin, Torpaqqala və Bəyazid ətrafında gedən döyüşlərdə iştirak edir.

Atası vaxtı ilə Peteburq sarayında səfir idi. Çavçavadze Napoleonun Rusiyaya hücumu zamanı Barklay de-Tollinin adyutantı olmuşdur. Gürcü ədəbiyyatında lirik şair və maarifçi kimi məşhurdur. A.Qriboyedov onun qızı Nina (1812–1857) ilə evlənmişdi.

Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında ―Erməni vilayəti‖ yaradıldı. Çavçavadze həmin vilayətə rəis təyin edildi.

Beləliklə, tarixi Azərbaycan torpaqlarında ―Erməni vilayəti" yaradılmış, gürcü isə ona rəis təyin edilmişdir. ―Erməni vilayəti‖ adlandırılan qurum 1840-cı ildə ləğv edilmişdir. 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olunmuşdu.

  1. Alekʻsandre Čavčavaże // Faceted Application of Subject Terminology.
  2. Aleksandr Garsevanovič Čavčavadze // NUKAT. 2002.
  3. Чавчавадзе, Александр Гарсеванович (rus.). // Русский биографический словарь / под ред. А. А. Половцов СПб: 1905. Т. 22. С. 5–9.
  4. 1 2 Чавчавадзе Александр Гарсеванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. "Musa QULİYEV, "Məşhur gürcü şairləri Naxçıvanda"". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]