Toğanşahlu Boyat — İrəvan xanlığının Sürməli mahalında kənd adı.[1] XIX əsrə aid məlumatda Toxanşalu-Bayat kimidir.[2]XIX əsrə aid mə’lumatda Toxanşalu-Bayat kimidir[3]
Tarixi İrəvan xanlığı, Sürməli mahalı əraziləri | |
Toğanşahlu Boyat | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1728 |
Ləğv edilib | 1918 |
İndiki adı | Masis |
Adının dəyişdirilmə tarixi | 1935 |
1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonra ermənilər yerləşmişlər.[4][5]
Kənd 1935-ci ildə ermənicə Masis adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Tokanşalu Sufla ("aşağı") adlı iki kənd göstərilir[6].[7] Sonralar bu iki kəndi bir-birindən fərqləndirmək üçün biri Tokanşalu Boyat (yəni "Boyat kəndi yaxınlığında Tokanşalu kəndi), dtgəri Tokanşalu Qacar (yəni "Qacar kəndi yaxınlığında Tokanşalu kəndi") adlandırılmışdır. Toponimin sonluğunu təşkil edən "şalu" sözü göstərir ki, Tokan tayfa adıdır. Tokan (əsli Toğan, yaxud Tuqan) mənşəyi və tarixi aydın olmayan qədim tayfa adıdır. Albaniyanın Arsak (Dağlıq Qarabağ) bölgəsində ("Alban tarixi", I kitab, 28-ci fəsil) hələ V əsrin əvvəllərində Dib-Toqan (ermənicə yazılışda Divtakan kimidir). (X əsr ərəb müəllifi İstəxrinin məlumatında Divdakan), XIII əsrdə yenə orada Taqan (ermənicə yazılışı Taqanans kimidir[8] kənd adları məlumdur. 1727-ci ilə aid türkcə mənbədə Dağlıq Qarabağın Dizak mahalında Taqan kəndinin adı çəkilir[9] Kəlbəcər rayonunda Tağanalı=Su çayının adında da bu etnonim qalmaqdadır.[10]