Abdallar (Qırxbulaq)

Avdalarİrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim.[2]

Kənd
Avdalar
40°08′16″ şm. e. 44°39′08″ ş. u.
Ölkə  Ermənistan
Region Qırxbulaq mahalı
Rayon Ellər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.400 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 608 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Avdalar xəritədə
Avdalar
Avdalar

Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır.[3]

Toponim abdal türk tayfasının adına[4] cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur.

Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.[5]

1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.[6]

1948-1949-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44
  4. Пигулевская Н. Сирийские источники по истории народов СССР, М.Л., АН СССР, 1941. s.165
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 44-45, 124-125
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 45, 125

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]