Tofiq Hüseynov (iqtisad elmləri doktoru)

Tofiq Həsən oğlu Hüseynov – Azərbaycan iqtisadçısı, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, "Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor.

Tofiq Hüseynov
bayraq
Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini
bayraq2
1992 – 28 oktyabr 1992[1]
NazirSaleh Məmmədov
ƏvvəlkiEldar Şahbazov
SonrakıFikrət Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1937(1937-12-27) (86 yaş)
Doğum yeri
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi İqtisad elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası

Təltifləri “Əmək veteranı”, “Rəşadətli əməyə görə” medalı, Azərbaycan Respublikasının "Əməkdar iqtisadçı"sı, “Tərəqqi” medalı [2]

1937-ci ildə Laçın rayonunun Şəlvə kəndində anadan olmuş, 1960-cı ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin iqtisadiyyatı" fakültəsini bitirmiş və "İqtisadçı" ixtisası verilmişdir. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı İnstitutunun əyani aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək Bakı şəhərinə qayıtmışdır. 1967–1980-ci illərdə Azərbaycan Respublikasının Dövlət Plan Komitəsinin elmi-tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsində işləmişdir. 1980–2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri işləmişdir. 1988-ci ildə Tofiq Hüseynova Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə təşəkkür elan edilmiş və mükafatlandırılmışdır. T. Hüseynov investisiya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr edilmiş 130-dan çox əsərin, o cümlədən, 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Elmi-tədqiqat işləri investisiya tikinti kompleksi, iqtisadiyyatın diversifikasiyası, iqtisadi-sosial səmərəlilik problemləri ilə bağlıdır. Tofiq Hüseynov "Azərbaycan Milli Ensiklopediyası"nda məqaləsi ("tikinti") dərc edilmiş müəlliflərdən biridir. Son 4 ildə ölkənin iqtisadi və sosial inkişaf problemlərinə həsr olunmuş 14 məqaləsi "Azərbaycan" və "Respublika" qəzetlərində nəşr edilmişdir. 2000-ci ildən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri vəzifəsində çalışır, iqtisad elmləri doktorudur, baş elmi işçi (dosent) elmi ada layiq görülmüşdür. T. Hüseynov "Əmək veteranı" , "Rəşadətli əməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilmiş, Azərbaycan Respublikasının əməkdar iqtisadçısıdır. 1996–2009-cu illərdə Azərbaycanın Milli iqtisadi inkişaf modelinə həsr olunmuş məqalələri nəşr edilmişdir. "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın müasir durumunun qiymətləndirilməsi və investisiya siyasəti" mövzusunda araşdırma aparmış, onun əsasında təhriri məruzə hazırlamış, AMEA Rəyasət Heyətində məruzə ilə çıxış etmişdir. Məruzə bəyənilmiş, İqtisadi İnkişaf, Sənaye və Energetika Nazirliyinə təqdim edilmiş və müsbət qiymətləndirilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar, sənayeləşdirmə, məşğulluq", "Elm" nəşriyyatı, Bakı, 2009
  2. Крупнопанельное домостроение в Азерб ССР Издво "Азернешр", Баку. 1976
  3. "Azərbaycan iqtisadiyyatı" "Elm", Bakı. 2003
  4. Azərbaycanda bazar sisteminin iqtisadi problemləri. AMEA, "Elm", Bakı. 2004
  5. Эффективность основных фондов Строительства в Азерб. ССР Издво "Азернешр", Баку. 1981
  6. İnkişaf etmiş ölkələrdə makroiqtisadi tənzimlənmə təcrübəsi Jurnal "Audit və iqtisadiyyat", № 2 B. 2005, s. 5–13
  7. İnvestisiyaların iqtisadi tənzimləmə vasitələrinin gücləndirilməsi istiqamətləri. AMEA, Xəbərlər, Humanitar və ictimai elmlər seriyası, № 1, B., 2005, s.97–113
  8. Azərbayganın iqtisadi qurumunun qiymətləndirilməsi və investisiya siyasəti "Dirçəliş-XXI əsr" jurnalı, B., 2006, s.272–284, № 94–95
  9. "İnvestisiyaların stimullaşdırılması və vergi siyasəti". Jurnal, "Vergi xəbərləri", B.,2008, № 2
  10. Qlobal iqtisadi böhran və investisiyalar. "Modernləşdirmə və sosial-iqtisadi inkişafın regional problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları B.,2009, s.211–220
  11. Sahibkarlığın investisiya təminatının tənzimlənməsi məsələləri "Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və beynəlxalq təcrübə", ümumi Respublika nəzəri-praktiki konfransın materialları, B., 2006, "Beynəlxalq universitet nəşriyyatı", s.33–39
  12. Xarici amillərdən asılılığı minimuma necə endirmək olar "Azərbaycan" qəzeti, 18.05.2006
  13. Yeni inkişaf mərhələsi yeni iqtisadi siyasətə əsaslanır. Yeni inkişaf mərhələsi yeni iqtisadi siyasətə əsaslanır. İdxalı əvəzedən, yoxsa ixrac yönümlü iqtisadi siyasət "Azərbaycan" qəzeti, 03.06.2006
  14. Milli prioritetlərin seçilməsi "Azərbaycan" qəzeti, 29.06.2006
  15. Tarazlı iqtisadi inkişafın investisiya təminatının aktual məsələri "Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində: uğurlar, problemlər, təkliflər", elmi-praktiki konfransın materialları, s. 29–42, B., "Elm", 2006
  16. Azərbaycanın milli iqtisadi inkişaf modeli və onun xüsusiyyətləri AMEA, Xəbərlər, Humanitar və ictimai elmlər seriyası, 2006, № 2, B., "Elm", s.47–66
  17. Elmin inkişaf strategiyası və yüksək ixtisaslı elmi kadrların hazırlanması "Azərbaycan"qəzeti, 20.12.2009
  18. Görkəmli alim, mahir təşkilatçı "Elmə həsr olunmuş şərəfli ömür", "Elmi-nəzəri konfransın materialları", B., 2010, s.15
  19. Heydər Əliyev və Azərbaycanda investisiya-tikinti kompleksinin inkişafı, "Ümumi lider Heydər Əlirzə oğlu Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfransların materialları", B., 2009, AMEA İqtisadiyyat İnstitutu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. T.H. Hüseynov haqqında[ölü keçid]
  2. https://president.az/articles/303 Arxivləşdirilib 2014-08-29 at the Wayback Machine29