Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Saleh Məmmədəli oğlu Məmmədov (12 avqust 1956, Pələkli, Tovuz rayonu) — Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1992–1993), iqtisad elmləri dokturu, professor.
Saleh Məmmədov | |
---|---|
5 oktyabr 1992[1] – 9 dekabr 1993[2] | |
Əvvəlki | Bədir Qarayev |
Sonrakı | Fikrət Yusifov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 avqust 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu |
Saleh Məmmədov 1956-cı ilin avqust ayının 12-də Tovuz rayonunun Çatax sovetliyinin Pələkli kəndində anadan olmuşdur. 1973-cü ildə rayonun Çatax kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973–1977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və statistika fakültəsində təhsil almışdır. 1977–78-ci illərdə hərbi xidmətdə olmuşdur.
1980-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə ixtisası üzrə aspiranturasına daxil olmuş, aspiranturanı bitirərək, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Ardınca, İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunda doktorantura üzrə təhsilini davam etdirərək iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.
Ailəlidir, üç övladı var.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində başlamış, doktorantura təhsilini bitirdikdən sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə kafedrasında fəaliyyət göstərmişdir.
Dövr ərzində, Azərbaycan KP MK-nin iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdir.
1992-ci ilin oktyabrında Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilmiş və 1993-cü ilin dekabrında vəzifəsindən azad edilmişdir. 17 mart 1993-cü il tarixində Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü təyin edilmişdir.[3] Bundan sonra fəaliyətini Bakı şəhər icra hakimiyyətində icra başçısının məsləhətçisi kimi davam etdirmiş, həmçinin müxtəlif universitetlərdə elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur.
"Azərbaycanın sosial-iqtisadi inkişaf proqramı (2000–2050-ci illər)" kitabının, "İnflyasiya və maliyyə bazarı" monoqrafiyasının müəllifidir.