Tokio alman kəndi

Tokio alman kəndi (東京ドイツ村, Tokyo Doitsumura?)Yaponiyada yerləşən və alman mədəniyyətinə həsr olunmuş park. Adına baxmayaraq Tokioda deyil, Çiba prefekturasının Sodeqaura şəhərində yerləşir.[1]

Tokio alman kəndi
Tokyo Doitsumura (東京ドイツ村?)
Məlumatlar
Parkın tipi əyləncə
Ölkə
Yerləşməsi Sodeqaura,  Çiba prefekturası, Yaponiya Yaponiya
Yaradılıb 2001
Saytı t-doitsumura.co.jp
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tokio alman kəndi layihəsinin əslində qolf meydançası olması planlaşdırılırdı, lakin 1980-ci illərin ortasında baş verən iqtisadi çətinliklər bu ideyanın tərk edilməsinə səbəb olmuşdur. Parkın qurucusu Almaniyaya səyahət etmiş, Almaniya təbiəti ilə Sodeqauranın təbiətinin çox oxşadığını görərək alman kəndi açmaq qərarına gəlmişdir.[1]

Park 2001-ci ildə açılmışdır. 2006-cı ildən etibarən parkda keçirilməyə başlanan "qış işıqlandırmaları" layihəsindən sonra parka gələnlərin sayı artmağa başlamışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Park 4 bölgəyə bölünüb: kənd bölgəsi, göl bölgəsi, market bölgəsi və park bölgəsi. Parkda qolf meydançaları, şeytan çarxı, uşaq meydançası, ev heyvanları zooparkı, balıqçılıq və qayıqçılıq üçün gölməçələr, şiitake istixanası, idman meydançaları, bazar yeri, çəmənliklər, kiçik bulaq, ferma sahələri, gül bağları yerləşir.[2] Yaponiyada xizəkçilik üçün ən böyük yamac[3] və Kanto regionundakı ən böyük atıcı qolf meydançası bu parkdadır. Ziyarətçilər Almaniyadan gətirilmiş qida məhsullarının (pivə, sosiska, donuz əti və s.) dadına baxa bilərlər.[4]

Hər qış burada keçirilən işıqlandırma Kanto bölgəsindəki 3 əsas işıqlandırma hadisəsindən biri hesab olunur.[3] Parkı işıqlandırmaq üçün 2,5 milyon lampadan istifadə olunur.[4]

  1. 1 2 3 "Tokyo German Village". Atlas Obscura (ingilis). 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
  2. "園内ガイド". 東京ドイツ村 | 千葉県袖ケ浦市にある花と緑のテーマパーク. 2023-03-13. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
  3. 1 2 "Country Farm Tokyo German Village | MustLoveJapan Video Travel Guide". www.mustlovejapan.com. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
  4. 1 2 "Country Farm Tokyo German Village". ANA (ingilis). 2010-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]