Tomas Biçem

Tomas Biçem (29.4.1879, Liverpul yaxınlığında Sent-Helens – 8.3.1961, London) — ingilis dirijoru, impresario.[1]

Tomas Biçem
ing. Thomas Beecham
Tomas Biçem 1948-ci ildə
Tomas Biçem 1948-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Liverpul yaxınlığında Sent-Helens
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri London
Vəfat səbəbi koronar tromboz[d]
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Fəaliyyət illəri 1899–1961
Janr Klassik musiqi
Albom şirkətləri RCA Records, EMI[d]
Mükafatları "Fəxri legion" ordeni kavaleri commander of the Order of the Crown of Italy‎
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Londonda Ülyahəzrət Teatrı

İri əczaçılıq fabrikinin sahibi və musiqi həvəskarı C. Biçemin oğludur. Sistemli musiqi təhsili almamış, kompozisiyanı Ç. Vud və M. Moşkovskidən öyrənmişdir. Dirijor kimi debütü Şekspir memorial teatrında (Klapem, 1905) olmuşdur. 1909-cu ildə öz simfonik orkestrini yaratmışdır. Londondakı “Kovent-Qarden” teatrının dirijoru (1910-cu ildən, 193239-cu illərdə baş dirijor və bədii rəhbər; sonuncu çıxışı 1951-ci ildə olmuşdur). Böyük Britaniyada Dyagilevin rus baletinin (1911, 1913), çıxışlarını, M.P. Musorqski, N.A. Rimski-Korsakov və A.P. Borodinin operalarının London premyeralarını təşkil etmişdir.[1]

London filarmonik (1932-ci ildən) və Kralfilarmonik (194660) orkestrlərinin yaradıcısı, rəhbəri və dirijoru olmuşdur. Ən böyük xarici orkestrlərlə qastrolda olmuşdur (o cümlədən Nyu-York, Boston, Berlin filarmonik orkestrləri ilə), məşhur opera teatrlarında (o cümlədən “Metropoliten-opera”, 194244) işləmişdir.[1]

Biçemin son çıxışı 1960-cı ildə olmuşdur. Repertuarı klassik və romantik operalardan ibarət idi (V.A. Mot sartın “Hamı belə edir” operasını səhnə üçün bərpa etmişdir), Barokko bəstəkarlarından G.F. Hendelə üstünlük verirdi, 20-ci əsr musiqisini özünün seçimi ilə ifa edirdi: R. Ştrausun “Salomeya” və “Elektra” (1910), “Qızıl gül kavaleri” və “Ariadna Naksosda” operalarının London premyeralarına (1913) dirijorluq etmiş, ömrüboyu dostu F. Diliusun musiqisini (onun ən gözəl ifaçısı sayılır) təbliğ etmişdir. Au dioyazıları arasında P.İ. Çaykovskinin 3-cü simfoniyası, M.A. Balakirevin 1-ci sim foniyası, S.S. Prokofyevin 1-ci skripka konserti var.[1]

  1. 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 22. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]