Tomas Steys (ing. Thomas Steitz; 23 avqust 1940[1][2][…], Miluoki, Viskonsin[4][5][…] – 9 oktyabr 2018[3]) — amerikalı biokimyaçı, 2009-cu ildə Venkatraman Ramakrişnan və Ada Yonat ilə bərabər "Ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşdür.[7]
Tomas Steys | |
---|---|
ing. Thomas Arthur Steitz | |
Doğum tarixi | 23 avqust 1940[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 2018[3] (78 yaşında) |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[6] |
Elm sahəsi | kristalloqrafiya |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Uilyam Lipskomb |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Milli Elmlər Akademiyasının (1990-cı ildən),[8] Amerika İncəsənət və Elmlər Akademiyasının (1990-cı ildən), London Kral Cəmiyyətinin (2011-ci ildən) əcnəbi üzvüdür.[9]
Tomas Steys 23 avqust 1940-cı ildə Miluokidə (ABŞ) anadan olmuşdur. O, Lourens Kollecində (Appleton, Viskonsin) kimya üzrə bakalavr dərəcəsini (BA, 1962), Harvard Universitetində molekulyar biologiya və biokimya üzrə doktorluq dərəcəsini (Ph. D.) almışdır.
Kimya professoru kimi T. Steys 1986-cı ildən Yel Universitetində və Howard Hughes Tibb İnstitutunda molekulyar biofizika və biokimya kafedralarında çalışmışdır. O, Yel Universitetinin molekulyar biofizika və biokimya üzrə professoru olan Joan A. Steitz ilə evlənmişdir. Onlar Konnektikut ştatının Branford şəhərində yaşayırdılar və Con adlı bir oğulları var idi.
2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[12][13][14]