Venkatraman Ramakrişnan - (tam. வெங்கடராமன் ராமகிருஷ்ணன்; ing. Venkatraman Ramakrishnan; 1952[2]) hind mənşəli Amerika[8] və Britaniya biokimyaçısı, Tomas Steys və Ada Yonat ilə bərabər “Ribosomun strukturu və funksiyası ilə bağlı tədqiqatlarına görə” 2009-cu il Kimya üzrə Nobel Mükafatı laureatıdır.[9]
2012-ci ildə Knight Bakalavr dərəcəsini almışdır. 2003-cü ildə London Kral Cəmiyyətinin üzvü daha sonra, 2015-2020-ci illər arasında London Kral Cəmiyyətinin prezidenti kimi yüksək vəzifəyə qədər yüksəlmiş,[10] ABŞ Milli Elmlər Akademiyasının (2004-cü ildən),[11] Leopoldina (2010-cu ildən) və Amerika Fəlsəfə Cəmiyyətinin (2020-ci ildən) üzvü olmuşdur,[12] Hindistan Milli Elmlər Akademiyasının xarici üzvüdür (2009-cu ildən).
Venkatraman Ramakrişnan 1952-ci ildə Hindistanınn Tamil Nadu ştatının Çidambaram şəhərində [13] biokimyaçı alim ailəsində anadan olmuşdur. Üç yaşında o, ailəsi ilə birlikdə Qücərat ştatının Vadodara şəhərinə köçmüşdür. Burada onun valideynləri yerli universitetdə işləyirdilər. V.Ramakrişnan əvvəllər Hindistan Texnologiya İnstitutuna və Xristian Tibb Kollecinə daxil olmağa cəhd etsə də bu cəhdləri müsbət nəticələnməmişdir. Təhsilini əvvəl İsa və Məryəm monastırındakı orta məktəbdə, daha sonra isə eyni universitetdə oxumuşdur. 1971-ci ildə bakalavr dərəcəsi almışdır.[14]
1971-1976-cı illər arasında ABŞ-da təhsilini davam etdirmiş, Ohayo Universitetində[15][16] fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, sonra isə San-Dieqodakı Kaliforniya Universitetində daha iki il biologiya üzrə təhsil almışdır.[17]
Yel Universitetində Piter Murun rəhbərliyi altında dissertant kimi ribosomlarla işləməyə başlamışdır.[18] Təcrübəni başa vurduqdan sonra o, müraciət etdiyi 50-yə yaxın Amerika universitetinin heyətində iş tapa bilməmişdir[19] və Brookhaven Milli Laboratoriyasının əməkdaşlarına qoşulmuş və 1983-1995-ci illər arasında burada ribosomları öyrənməyə davam etmişdir. 1995-ci ildə Yuta Universitetində biokimya professoru vəzifəsinə təyin olunmuş, 1999-cu ildən isə 1991-1992-ci illərdə işgüzar səfərdə olduğu Kembric Universitetində molekulyar biologiya laboratoriyasında işləyir.
2002-ci ildən Avropa Molekulyar Biologiya Təşkilatının (AMBT) üzvüdür.
- Quqqenheym Təqaüdü (1991-ci ildən)[20]
- Tibb üzrə Louis-Jeantet Mükafatı (2007-ci il)
- Datta Mühazirəsi və Medalı, Avropa Biokimya Cəmiyyətləri Federasiyası tərəfindən təltif edilmişdir (2007-ci il)
- Böyük Britaniya Biokimya Cəmiyyətinin Hitli medalı (2008-ci il)
- Kimya üzrə Nobel Mükafatı (2009-cu il)
- Padma Vibhuşan (2010-cu il)
- Bernal Mühazirəsi, Birkbeck Kolleci (2015-ci il)
- Qızıl lövhə, Nailiyyətlər Akademiyası (2017-ci il)[21]
- ↑ 1 2 Ramakrishnan, Venki // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Venkatraman Ramakrishnan // Munzinger Personen (alm.).
- ↑ 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
- ↑ 1 2 Nobel Prize 2017: Know where India’s Nobel laureates studied (ing.). // The Indian Express 2017.
- ↑ 1 2 https://www.google.co.in/search?q=venkatraman+ramakrishnan+German+Academy+of+Sciences+Leopoldina&rlz=1C1WLXA_enIN808IN809&oq=venkatraman+ramakrishnan+German+Academy+of+Sciences+Leopoldina&aqs=chrome..69i57.8799j0j4&sourceid=chrome&ie=UTF-8.
- ↑ 1 2 https://www.financialexpress.com/world-news/indian-origin-nobel-laureate-venkatraman-ramakrishnan-calls-for-sensible-immigration-system-post-brexit/1317745/.
- ↑ 1 2 https://economictimes.indiatimes.com/news/politics-and-nation/nobel-prize-winner-venkatraman-ramakrishnan-to-deliver-lecture-in-delhi-on-january-8/articleshow/50352016.cms.
- ↑ Cambridge scientist scoops Nobel Prize for Chemistry (англ.) // The Daily Telegraph / C. Evans — London, Thailand: 2009. — ISSN 0307-1235; 1477-3805
- ↑ The Nobel Prize in Chemistry 2009 (англ.). Дата обращения: 7 октября 2009. Архивировано 8 апреля 2012 года.
- ↑ Sir Venki Ramakrishnan confirmed as President Elect of the Royal Society. Дата обращения: 19 марта 2015. Архивировано 15 ноября 2016 года.
- ↑ Venki Ramakrishnan Архивная копия от 5 мая 2019 на Wayback Machine (англ.)
- ↑ The American Philosophical Society Welcomes New Members for 2020. Дата обращения: 8 мая 2020. Архивировано 17 октября 2020 года.
- ↑ "Common root: Tamil Nadu gets its third laureate". Times of India. TNN. 2009-10-08. Архивировано 13 октября 2014. Дата обращения: 9 ноября 2011.
- ↑ 1 2 "Nobel laureate Venkat Ramakrishnan failed IIT, medical entrance tests". The Times Of India. 2010-01-05. Архивировано 11 апреля 2010. Дата обращения: 9 ноября 2011.
- ↑ "Venkatraman Ramakrishnan: A profile". Times of India. 2009-10-07. Архивировано 21 апреля 2016. Дата обращения: 7 октября 2009.
- ↑ "FACTBOX: Nobel chemistry prize – Who are the winners?". Reuters. 2009-10-07. Дата обращения: 7 октября 2009.
- ↑ "Profile: Dr Venkatraman Ramakrishnan". Indian Express. 2009-10-07. Дата обращения: 7 октября 2009.
- ↑ Venki Ramakrishnan Home Page (англ.). Laboratory of Molecular Biology. Дата обращения: 7 октября 2009. Архивировано из оригинала 8 апреля 2012 года.
- ↑ "Nobel laureate Venkat Ramakrishnan failed IIT, medical entrance tests". The Times Of India. 2010-01-05. Архивировано 11 апреля 2010. Дата обращения: 9 ноября 2011.
- ↑ John Simon Guggenheim Foundation. Venkatraman Ramakrishnan (англ.). gf.org. Дата обращения: 5 мая 2019. Архивировано 17 апреля 2019 года.
- ↑ "Arxivlənmiş surət". 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.