Topçubaşov Mərkəzi

Topçubaşov Mərkəzi (adətən "Topchubashov Center" olaraq da adı hallanır) — Azərbaycanda beynəlxalq əlaqələr və təhlükəsizlik sahələrində fəaliyyət göstərən araşdırma mərkəzi. "Topçubaşov Mərkəzi" Azərbaycanın aparıcı araşdırma mərkəzlərindən biridir.[1]

Topçubaşov Mərkəzi
Növü araşdırma mərkəzi
Yaranma tarixi 2018
Rəsmi dili Azərbaycan, ingilis
Mərkəzi
Qurucusu
top-center.org/az
top-center.org/en

Tarixi[redaktə | mənbəni redaktə et]

"Topçubaşov Mərkəzi" 2018-ci ilin aprel ayında siyasət və idarəetmənin müxtəlif aspektləri barəsində yazan müəlliflər üçün onlayn platforma olan "Politicon" səhifəsini idarə edən komanda tərəfindən qurulmuşdur.[2] Mərkəzin əsas iki qurucusu Rusif Hüseynov (direktor)[3] və Murad Muradovdur (direktor müavini).[4][5] Mərkəz Bakı şəhərində fəaliyyət göstərən Regional Araşdırmalar İctimai Birliyi daxilində fəaliyyət göstərir.[6]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Topçubaşov Mərkəzi"nin işi müxtəlif tədqiqat proqramlarının fəaliyyətinə əsaslanır. Tədqiqat proqramına beynəlxalq və daxili siyasət, geosiyasət, təhlükəsizlik, dövlət siyasəti və Cənubi Qafqaz, Orta Şərq, Şərqi AvropaAvrasiyanın iqtisadiyyatı daxildir.[2] Mərkəzin əsas məqsədlərindən biri də Azərbaycandakı yenilikləri, siyasi prosesləri və Qarabağdakı vəziyyəti dünya mətbuatına düzgün şəkildə çıxarmaqdır ki, burada dərc olunan yazılar Qərb mətbuatına da çıxmışdır.[7] "Topçubaşov Mərkəzi" fəaliyyət göstərdiyi müddətdə konfranslar təşkil etmiş,[8][9] müsabiqələr keçirmiş[10][11] və kitabların nəşrində iştirak etmişdir.[12] Mərkəz həmçinin, müxtəlif media şirkətləri və təşkilatları ilə məsləhətçi kimi işləyir.[6] Mərkəzin təşəbbüsü ilə müharibədən sonra makedoniyalı, serbiyalıbosniyalı jurnalistlər Qarabağda azad olunmuş torpaqlara dəvət olunmuşdur.[7]

Mərkəzin nəzdində bir neçə mətbu orqan fəaliyyət göstərir. Bunlara "Topçubaşov Mərkəzi", "Politicon" və "Şərqə baxış" onlayn platformaları daxildir. Mətbu orqanların fəaliyyətinin əsas istiqamətini siyasi-iqtisadi, tarixi məsələlərin işıqlandırılması, müxtəlif təhlillər və reportlar təşkil edir.[13]

Əməkdaşlıqlar[redaktə | mənbəni redaktə et]

"Topçubaşov Mərkəzi" Azərbaycan daxilində ADA UniversitetiBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə,[14][15] beynəlxalq səviyyədə Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi (ANKASAM; Türkiyə),[16] German Marşall Fondu (GMF; ABŞ-Almaniya),[17] Almaniya Xarici Münasibətlər Şurası (DGAP; Almaniya), Konrad Adenauer Fondu (KAS), Fridrix Ebert fondu (FES; hər ikisi Almaniya),[18] Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS; Pakistan),[19] "New Eastern Europe" (NEE; Polşa)[20] və "Visegrad Insight" (Polşa)[21] kimi qurumlarla əməkdaşlıq edir.

Qəbul[redaktə | mənbəni redaktə et]

"Topçubaşov Mərkəzi" Harvard Universitetinin Rusiya və Avrasiya Tədqiqatları üzrə Mərkəzinin "Kaspiana" media resursları layihəsinin Azərbaycanla bağlı tövsiyə olunan mənbələr sırasına daxil edilmişdir.[22]

Təşkil edilən tədbirlər[redaktə | mənbəni redaktə et]

"Topçubaşov Mərkəzi"nin keçirdiyi ilk böyük tədbir "Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri" adlı konfrans olmuşdur. 2019-cu ilin yanvarında keçirilən konfransa xarici və yerli siyasi ekspertlər, o cümlədən digər qonaqlar iştirak etmişdir. Konfrans çərçivəsində "Şərqi Avropa ölkələrinin təhlükəsizlik strategiyalarının qiymətləndirilməsi" və "Post-sovet ölkələri: sərhədlərdə təhlükəsizliyin balanslaşdırılması" mövzularında panel müzakirələri keçirilmişdir.[8]

Mərkəz Ermənistanın "Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzi" ilə əməkdaşlıq edərək 2021-ci ildə "Qarabağın gələcəyi" adlı müzakirələr seriyasına başlamışdır. Seriyanın birinci hissəsi olan "2021-2025-ci illərdə və sonrakı dövrdə Qarabağın taleyi" başlıqlı müzakirələr 11 may 2021-ci ildə keçirilmişdir.[18] Layihənin koordinatorları "Topçubaşov Mərkəzi"ndən Rusif Hüseynov, "Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzi"ndən Benyamin Poqosyan olmuş, müzakirələr "Fridrix Ebert Fondu"nun əməkdaşları Feliks Hess və Salome Alaniyanın modetatorluğu ilə baş tutmuşdur.[23] 3 iyunda seriyanın ikinci hissəsi – "Türkiyə - Rusiya əlaqələri və Qarabağ",[24] 30 iyunda "ABŞ və Aİ-nin Qarabağ müharibəsindən sonrakı dövrdə rolu: humanitar yardım və onun təsirləri",[25] 12 sentyabrda "ATƏT-in Minsk qrupunun Qarabağ müharibəsindən sonrakı dövrdə rolu",[26] 8 oktyabrda "2020-ci il Qarabağ müharibəsindən sonra İranın Cənubi Qafqazda rolu",[27] 2 noyabrda isə seriyanın altıncı və sonuncu hissəsi olan "İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya xətlərinin açılması imkanları və onun sərhəddə yaşayan əhaliyə təsiri" başlıqlı müzakirələr keçirilmişdir.[28] Keçirilən müzakirələrdə Azərbaycan tərəfi Fərid Şəfiyev, Anar Vəliyev, Zaur Qasımov, Emin Milli, Turan Qafarlı və Ayaz Rzayev tərəfindən təmsil olunmuşdur.[23]

Mərkəz 8 noyabrda portuqaliyalı təhlükəsizlik eksperti Felipe Manuel Pate Duarte "Avropada hibrid təhdidlər: sosial medianın silah kimi istifadə olunması" başlıqlı ictimai mühazirəsini təşkil etmişdir.[29]

24 noyabrda mərkəzin təşkilatçılığı ilə "Müharibədən 1 il sonra: keçmişə və gələcəyə baxış" adlı tədbir keçirilmişdir. Tədbirdə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, analitik mərkəzlərin təmsilçiləri, tələbələr və media təmsilçiləri iştirak etmişdir. Fuad Çıraqov, Heydər Mirzə, Fərhad Məmmədov və Rusif Hüseynov tədbirdə spiker qismində iştirak etmişdir[30][31]

Nəşrlər[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycanın Təşəkkülü" (azərbaycanca). Bakı: Topçubaşov Mərkəzi, "Çapar". 2021.[32]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tuna, Oğul. "Azerbaycan diplomasisinden çıkarılacak dersler". Anadolu Agentliyi (türk). 15 dekabr 2021. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2022.
  2. 1 2 "Topchubashov Center". Diplomatic Review (ingilis). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  3. Erkeç, Ülviye Filiyeva, redaktor"Political Expert Rusif Huseynov: "Armenia is the one that should improve relations with its neighbors"". Ankara Center for Crisis and Policy Studies (ingilis). 25 sentyabr 2021. Archived from the original on 2023-08-06. İstifadə tarixi: 30 sentyabr 2021.
  4. "Murad Muradov". Modern Diplomacy (az.). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  5. "Murad Muradov". Topçubaşov Mərkəzi (az.). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  6. 1 2 "Haqqımızda". Topçubaşov Mərkəzi (az.). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  7. 1 2 Rusif Hüseynov. Topçubaşov Mərkəzinin fəaliyyəti (az.). Bakı: İctimai TV. 21 sentyabr 2021. Archived from the original on 2023-08-30. İstifadə tarixi: 27 oktyabr 2021.
  8. 1 2 "Bakıda "Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri" adlı konfrans keçirilib (FOTO)". Trend İnformasiya Agentliyi (az.). 27 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  9. "Topchubashov Center to host int'l conference on security issues in Eastern Europe, post-Soviet space". NEWS.AZ (az.). Beynelkhalg Khabar. 11 yanvar 2019. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  10. "Call for Applications, Topchubashov Essay Competition 2018". Edu.active (ingilis). 8 iyul 2018. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  11. "Topçubaşov esse müsabiqəsi 2021". Topçubaşov Mərkəzi (az.). 4 may 2021. 27 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  12. ""Azərbaycanın Təşəkkülü" kitabı işıq üzü görüb". Topçubaşov Mərkəzi (az.). 6 oktyabr 2021. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  13. "Haqqımızda". Politicon (az.). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  14. "Еxperts of the NISS and of the Center of Analysis of International Relations (Azerbaijan) participated in the online-webinar". Ukrayna Milli Strateji Araşdırmalar İnstitutu (ingilis). 16 mart 2021. 17 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2021.
  15. "İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın AB və AİB-ə qarşı xarici siyasəti". Topçubaşov Mərkəzi (az.). 17 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2021.
  16. Erkeç, Ülviye Filiyeva, redaktor"Political Expert Rusif Huseynov: "Armenia is the one that should improve relations with its neighbors"". Ankara Center for Crisis and Policy Studies (ingilis). 25 sentyabr 2021. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2021.
  17. "Rusif Huseynov attended a GMF-organized cohort gathering". Topçubaşov Mərkəzi (ingilis). 24 sentyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2021.
  18. 1 2 "The future of Karabakh after the 2020 war: Destiny of Karabakh in 2021-2025 and beyond". Topçubaşov Mərkəzi (ingilis). 11 may 2021. 30 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  19. "Topçubaşov Mərkəzi ilə CGSS arasında memorandum imzalanıb". Topçubaşov Mərkəzi (az.). 16 noyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  20. "Talk Eastern Europe – Episode 15: Azerbaijan in the global debate". New Eastern Europe (az.). 26 iyun 2019. 17 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2021.
  21. "Rusif Huseynov". Visegrad Insight (ingilis). Res Publica Foundation. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  22. "Media: Azerbaijan" (ingilis). Harvard Universiteti. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2021.
  23. 1 2 ""Qarabağın gələcəyi" müzakirələr seriyası başa çatıb". Topçubaşov Mərkəzi (ingilis). 17 noyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  24. "The future of Karabakh after the 2020 war: The Russia - Turkey relations and Karabakh". Topçubaşov Mərkəzi (ingilis). 3 iyun 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  25. "US and EU role after the 2020 Karabakh war: The humanitarian assistance and its impact". Topçubaşov Mərkəzi (ingilis). 30 iyun 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  26. "The role of the OSCE Minsk group after the 2020 Karabakh war". Topçubaşov Mərkəzi (ingilis). 12 sentyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  27. "The role of Iran in the South Caucasus after the 2020 Karabakh war". Topçubaşov Mərkəzi (ingilis). 8 oktyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  28. "The prospect of opening of communications in the region after the 2020 Karabakh war and its impact on border population". Topçubaşov Mərkəzi (ingilis). 2 noyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  29. "Hybrid threats in Europe: Weaponization of Social Media". Topçubaşov Mərkəzi (ingilis). 8 noyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  30. "Müharibədən 1 il sonra: keçmişə və gələcəyə baxış". Topçubaşov Mərkəzi (az.). 24 noyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  31. "Müharibədən bir il sonra: Keçmişə və gələcəyə baxış". Bakı: ATV. 24 noyabr 2021. 3 dekabr 2021 tarixində arxivləşdirilib (#archive_missing_url). (#accessdate_missing_url)
  32. "Book "Formation of Azerbaijan" ("Azərbaycanın Təşəkkülü") released". Topçubaşov Mərkəzi (ingilis). 6 oktyabr 2021. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]