Topal Yusif Paşa (ö. oktyabr 1716) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Topal Yusif Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Dəməşq əyaləti, Osmanlı imperiyası |
Həyat yoldaşı | Fatma Sultan |
Uşağı | Safiyə xanım Sultan |
Sultan Əhməd və Sultan Mustafa dönəminin mühüm dövlət xadimi olan Böyük Cəfər Paşanın qardaşıdır. Əndərunda təlim-tərbiyə alaraq 1696-cı ildə Raqqa sancaqbəyliyi ilə saraydan ayrıldı. 1698-ci ildə vəzir rütbəsi aldı və Sultan Mehmedin qızlarından Fatma Sultanla nigahlandı. 1699-cu ildə Diyarbəkir, 1700-cü ildə Mosul, 1702-ci ildə yenidən Diyarbəkir, 1703-cü ildə Bağdad və Anadolu, 1704-cü ilin mayında Ərzurum, 1712-ci ildə yenidən Anadolu, 1713-cü ildə Hələb bəylərbəyi təyin edildi. Ardından Dəməşq bəylərbəyliyinə gətirildi və 1716-cı ilin oktyabrında orada vəfat etdi. Vəfatının ardından yerinə qardaşı Cəfər Paşanın oğlu Gənc Əhməd Paşa gətirildi.
Fatma Sultanla olan nigahından Safiyə xanım Sultan (ö. 1710) adlı bir qızı dünyaya gəldi.