Torniklər

Taronitlər (yun. Ταρωνίτης), Torniklər (gürc. თორნიკე) və ya Taronikyanlar (erm. Թոռնիկյանների ) — gürcü[1]erməni[2] əsilli Bizans zadəgan ailəsi.

Ailənin əsası Taron çarlığının knyazları olan Qreqori və Baqrat qardaşları tərəfindən qoyulmuşdur. Onlar 968-ci ildə çarlığın ərazilərini mülk və yüksək vəzifə əvəzində Bizans imperiyasına verir. Feodor Monomaxın həyat yoldaşı və IX Konstantinin anası Tornik ailəsindən idi.[3]

Ailə X əsrin axırları və XI əsrin əvvəllərində hərbi aristokratiyada əhəmiyyətli yer tutmuşdur. Ailə XII əsrdə mülki bürokratlar olmuş və Konstantinopol şəhərində yüksək dövlət vəzifələrini tutmuşdur. Ailə Dördüncü Səlib yürüşü zamanı, 1204-cü ildə Konstantinopol şəhərinin yağmalanmasından sonra təsirini sonra itirmişdir.[4]

  1. Piters, Pol. "Un colophon géorgien de Thornik le Moine". Analecta Bollandiana (fransız). 50. 1932: 358–371. doi:10.1484/j.abol.4.00765. ISSN 0003-2468. İstifadə tarixi: June 16, 2020.
  2. ადონცი, ნიკოლოზ. [www.jstor.org/stable/44168263 "LES TARONITES A BYZANCE"] (#bad_url). Byzantion (fransız). 11. 1936: 31. İstifadə tarixi: June 16, 2020.
  3. Momarts-Braun, Stanford. "Foundations". Foundation for Medieval Genealogy (ingilis). 2 (2). 2008: 158–162. ISSN 1479-5086 1479-5078 1479-5086 (#bad_issn). (#accessdate_missing_url)
  4. Darruz, Jan. "Les discours d'Euthyme Tornikès (1200-1205)". Revue des études byzantines (fransız). 26 (1). 1968: 53–117. doi:10.3406/rebyz.1968.1400. ISSN 0766-5598. İstifadə tarixi: June 16, 2020.