Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi.
Con Beyn | |
---|---|
John Bain | |
| |
Digər adları |
TotalBiscuit The Cynical Brit TotalHalibut |
Doğum tarixi | |
Doğum yeri | Spennimur, Darem, Böyük Britaniya |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Şarlott, Şimali Karolina, ABŞ |
Vəfat səbəbi | Metastazlaşmış düz bağırsaq xərçəngi |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Böyük Britaniya ABŞ |
Həyat yoldaşı | Qenna Beyn |
Uşağı | 1 |
Milliyyəti | ingilis |
Təhsili | De Monfort Universiteti |
Fəaliyyəti | YouTuber, televiziya prodüseri[d], videobloger[d] |
Fəaliyyət illəri | 2005–2018 |
Tanınır | Videooyunlarının ilkin nümayişi və tənqidi, kiberidman icmalçısı |
Mükafatları | Trend-oyunçu (2014) |
Vikianbarda əlaqəli mediafayllar |
Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir.
Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur. O, ibtidai və orta təhsili burada almışdır. Daha sonra o, De Montfort Universitetində hüquq üzrə təhsil almışdır. Beyn bu vaxtlar "Demon FM" radiostansiyasında ekstremal metal musiqi şousunda aparıcılıq edirdi.[2]
Beyn 2005-ci ildən 2010-cu ilə qədər "World of Warcraft Radio" radiostansiyasının sahibi olaraq fəaliyyət göstərmişdir. Radiostansiya "Blizzard Entertainment" şirkətinin hazırladığı "World of Warcraft" videooyununun azarkeşləri üçün yaradılmışdı. Beyn bu vaxtlar "BlizzCon" tədbirlərinə jurnalistlik etmək üçün çağırıldı. O, burada Qenna ilə tanış olmuşdur.[3] "World of Warcraft Radio"nu tərk edən Beyn Cynicalbrit.com adlı bir sayt açmışdır. O, burada videooyunlarla bağlı məzmun paylaşırdı.[4]
2010-cu ildə, Dünya maliyyə böhranı zamanı Beyn işlədiyi maliyyə məsləhət şirkəti tərəfindən vəzifədən azad edilmişdir.[5] Beynin işsizliyi "World of Warcraft: Cataclysm" adlı bir genişləndirmə paketinin beta buraxılışı ilə bir vaxtda idi. Buna görə də o, veb-saytın reklam gəliri sistemi ilə pul qazanmaq ümidiylə "YouTube"da geympley videoları paylaşmağa başlamışdır. Növbəti həftələrdə Beynin videoları çox məşhurlaşmışdı. Bir "StarCraft 2" icmalçısı olan "HuskyStarcraft" Beynə yaxınlaşmış və onu "The Game Station" (azərb. Oyun stansiyası; indiki Polaris) adlı kanal şəbəkəsinə dəvət etmişdir.
Beyn E3 2012 tədbiri üçün Sony Online Entertainment ilə partnyorluq müqaviləsi imzalamış və bir SOE kioskunda "PlanetSide 2" üçün icmalçılıq etmişdir.[6]
2014-cü ilin aprel ayının axırlarında Beyn yoğun bağırsağında xərçəngönü kütlənin olduğunu açıqlamışdır. Bu, kolorektal xərçəngin ilk əlamətlərindən biri idi. Beynin babası və nənəsi də vaxtilə bu xəstəliyə yoluxmuşdu.[7] Bir ay sonra, Beyn xərçəng xəstəliyinə yoluxduğunu və kimyəvi terapevtik müalicələrə başladığını açıqlamışdır.[8]
Bain 2015-ci ilin aprel ayında kompüter tomoqrafiyasının onun sağaldığını göstərdiyini açıqlamışdır. Buna baxmayaraq, 2015-ci ilin oktyabr ayında yeni bir kompüter tomoqrafiyası kolorektal xərçəngin müalicə olunduğunu, lakin xərçəngin qaraciyərini metaztaslaşdırdığını göstərmiş, həkimlər isə müalicənin olmadığını və Beynin iki və ya üç-illik ömrü qaldığını demişdir. Bu xəbərdən sonra Beyn öz kiberidman komandasını "Axiom"u ləğv etdiyini açılamışdır.[9] 2016-cı ilin yanvar ayında Beyn sosial mediadan uzaqlaşmaq qərarına gəlir, ancaq hələ də tənqidi videolar hazırlamağa davam edir.[10]
23 sentyabr 2016-cı il tarixində Beyn xərçənginin mutasiya olduğunu[11] və məqsədyönlü müalicəsinin onun qara ciyər şişinin ölçüsünü 50%-ə qədər azaltdığını (5 santimetrdən 2 santimetrə) açıqlamışdır.[12]
2017-ci ilin oktyabr ayında Beyn "H3 Podcast"da iştirak etmişdir. O, burada xəstəliyinin vəziyyəti barədə danışmışdır. O, xəstəliyinin vəziyyətini "sabit" (yəni xərçəng mövcudluğunu saxlayır, ancaq yayılmır) olduğunu və xərçəngin ən son mərhələdə – IV mərhələdə olduğunu demişdir.[13] Həmin ilin 22 noyabr tarixində o, kimyəvi terapiyanın artıq yararsız olduğunu açıqlamışdır.[14]
2018-ci ilin aprel ayının ortalarında Beyn ektremal bel ağrısına görə xəstəxanaya yerləşdirilmişdir. Həkimlər burada xərçəngin yenidən böyüməyə başladığını və Beynin onurğa sütununa təzyiq göstərdiyini aşkar etmişdir. Beynin klinik sınaqlar keçirməsinə baxmayaraq, həkimlər xərçəngin müalicəyə çox davamlı olduğunu və adi kimyəvi terapiyanın yararsız olduğunu aşkar etmişdir. Bütün bunlara əlavə olaraq, Beynin qaraciyər çatışmazlığından əziyyət çəkdiyi də aşkar edilmişdir. Həkimlər ona palliativ qulluq göstərməyə başlamışdır..[15] Uzun ömrü olmadığını bilən Beyn təqaüdə çıxdığını açıqlamışdır.[16] O, həyat yoldaşı Qenna ilə birlikdə podkasterlik işinə davam etməyi və ölümü nəticəsində podkasta Qennanın sahiblənməsini planlaşdırırdı.[17]
Con Piter Beyn 24 may 2018-ci il tarixində ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində 33 yaşında vəfat etmişdir.[18] Ölüm xəbərini həyat yoldaşı Qenna vermişdir.[19]