Toyokiçi Harada

Toyokiçi Harada (原田豊吉, Harada Toyokiçi?, 1 yanvar 1861, Edo[d]2 dekabr 1894)Yaponiya geoloqupaleontoloqu. O, Yaponiyanın ilk müasir geoloqu hesab olunur.[1] "Yaponiya geologiyasının atası" olan Edmund Naumanın tələbəsi və davamçısı olmuşdur.[2]

Toyokiçi Harada
yap. 原田豊吉
Doğum tarixi 1 yanvar 1861(1861-01-01)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1894(1894-12-02) (33 yaşında)
Vəfat səbəbi vərəm
Uşağı
  • Kumao Harada[d]
İş yeri
Təhsili

Toyokiçi Harada 1859-cu ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur.[3] 1874-cü ildə təhsil almaq məqsədilə Almaniyaya getmiş və Friburq Universitetində geologiya, mineralogiyapaleontologiya dərsləri almışdır.[4] 1880-ci ildə Almaniyanın Heydelberq Universitetində paleontologiya sahəsində ixtisaslaşmışdır.[4] Alp dağlarında geoloji tədqiqatlarla məşğul olduqdan sonra 1883-cü ildə Yaponiyaya qayıtmış və Daxili İşlər Nazirliyinə daxil olmuşdur.[4]

Harada Tokio Universitetində geologiya üzrə professor olmuş,[3] eləcə də, fosillər haqqında dərslər demişdir.[4] O, bir çox geoloji tədqiqat aparmış və Yaponiyanın geoloji mənşəyini öyrənməyə çalışmışdır.[4] Edmund Nauman ilə Yaponiyanın geoloji quruluşu haqqında debatlar aparmışdır.[4] 1891-ci ildə növbəti dəfə Avropaya səyahət etmiş, lakin yolda xəstələnərək ölmüşdür.[4]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 141. ISBN 0-87011-622-3. İstifadə tarixi: 12 noyabr 2022.
  • Tanaka, Stefan. New Times in Modern Japan (ingiliscə). Princeton University Press. 2004. səh. 47. ISBN 0-691-11774-8. İstifadə tarixi: 12 noyabr 2022.
  • Dictionnaire historique du Japon (fransızca). VII. 1981. səh. 63. İstifadə tarixi: 12 noyabr 2022.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 239. İstifadə tarixi: 12 noyabr 2022.