Trabzon yürüşü (1505) — 1501-ci ildə Səfəvi dövləti yaradıldıqdan qısa müddət sonra Qızılbaş ordusunun Anadoluya yürüşləri nəticəsində meydana çıxmış döyüş.[1][3]
Səfəvilərin Trabzon yürüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibələri | |||
Tarix | 1505 | ||
Yeri | Trabzon | ||
Səbəbi | Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər | ||
Nəticəsi | Osmanlı İmperiyası qalib gəldi.[1][2] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Şah İsmayılın qardaşı İbrahim bir qədər qoşunla Anadoluya yağma məqsədilə yürüşə çıxmış və bu əsnada bir sıra Osmanlı mülklərini yağmalamışdır.[1] Buna cavab olaraq Trabzon valisi olan şahzadə Səlim öz ordusu ilə cavab tədbirləri görmüş və nəticədə Səfəvi ordusu məğlub olmuş, geri çəkilmişdir.[1] Bunun ardınca Səlim bir qrup döyüşçünü Səfəvilərin qərb sərhədləri boyunca yağma yürüşü etmək tapşırığı ilə göndərmişdir.[1] Bundan sonra Şah İsmayıl öz elçi heyyətini Səlimin etdiklərindən şikayət etmək üçün Osmanlı sultanı II Bəyazidin yanına göndərmişdir. Həmçinin elçi heyyətinin tapşırıqlarından biri silah-sursatın geri qaytarılması idi.[1] II Bəyazid silah-sursatı geri qaytarmasa da, cavab olaraq bahalı hədiyyələrlə birlikdəelçi heyyəti göndərmiş və dostluq sözü vermişdir.[1]
Hələ şahzadə olarkən Səlim 1505-ci il döyüşündən əlavə, 1507 və 1510-cu illərdə də döyüşmüşdür.[4][5][6]