Uncinaria stenocephala (lat. Uncinaria stenocephala)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ.
Uncinaria stenocephala | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes. ???: Uncinaria stenocephala |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ayrı cinslidir. Pərdənin baş hissəsində dorsal yerləşmiş, ağız dəliyi 0,135-0,150 mm dərinlikdə olan enli və yaxşı inkişaf etmiş ağız kapsuluna keçir. Ağız kapsulasının dərinliyində iki lansetşəkilli lövhələr vardır. Qida borusunun ön hissəsində bir dorsal cüt olmayan çıxıntılar median xəttin üzərində yerləşir. Erkəklərin uzunluğu 7,2 mm. Maksimal eni isə 0.28 mm-dir. Qida borusunun uzunluğu 0.58 mm-dir. Sinir həlqəsi və servikal sormaclar bədənin ön hissəsindən 0,384 mm-dir. Sormaclar 0.013 mm-dir. Bunlardan bir az aralı iki cüt böyük olmayan oturaq sormaclar yerləşir.[1]
Yetkin forması nazik bağırsaqda parazitlik edir. Bağırsaq şirəsi ilə qidalanır. Müxtəlif cinsli olub, yumurta qoymaqla çoxalır. Reproduktivliyi və xromosom göstəriciləri məlum deyil. Mühafizəyə ehtiyac yoxdur.
Dünyada – 11 növ, Qafqazda – 3 növ, Azərbaycanda – 3 növ ilə təmsil olunmuşdur. Azərbaycanda hər yerdə (ev pişiyində, it, tülkü, çaqqal, canavar) yayılmıdır.[1]