Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام[1], q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristian və ələvilərdir.
Şəhər | |
Tərabülüs əş-Şam | |
---|---|
ərəb. طرابلس الشام | |
34°26′00″ şm. e. 35°50′00″ ş. u. | |
Ölkə | Livan |
Region | əş-Şimal mühafəzəsi |
Başçı | Aməl əl-Rafi |
Tarixi və coğrafiyası | |
Sahəsi | 41 km² |
Mərkəzin hündürlüyü | 222 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi | 850 000 nəfər (2014) |
Dini tərkibi | islam, rumi ortodoks xristianlıq |
Rəsmi dili | ərəb dili |
Digər | |
tripoli-lebanon.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tripolis şəhərinin adı yunan dilindən gəlir.[Q 1][Q 2] Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi. 645-ci ildə Ərəblər tərəfindən işğal edilir. 1070-ci ildən 1109-cu ilə qədər Misirdə hakimiyyətdə olan Fatimilər xilafətinin vassallığında olan Banu-Əmmar ailəsi tərəfindən idarə edilirdi[2]. 1109-cu ildə Səlibçilər tərəfindən işğal edilir. 1289-cu ildə Məmlüklər tərəfindən fəth edilir. 1516-cı ildə I Sultan Səlimin Misir yürüşündə işğal edilir[3]. Osmanlıların tərkibində 1517-ci ildə Şam əyalətinin, 1534-cü ildə Hələb əyalətinin tərkibinə daxil edilir[4]. 1579-cu ildə isə Tərabülüs əş-Şam əyaləti təsis edilir.[5]
I Dünya Müharibəsi dövründə fransızlar tərəfindən ələ keçirildi. 1946-cı ildə isə Livanın tərkibinə daxil olur.