Trisiya Flores

Trisiya Flores (ing. Tricia Flores; 29 dekabr 1979) — qadınlar arasında uzunluğa tullanma və qaçış yarışlarında iştirak etmiş keçmiş belizli atlet.

Trisiya Flores
ing. Tricia Flores
Şəxsi məlumatlar
Tam adı Trisiya Mineliya Flores
Vətəndaşlığı
Doğum tarixi (44 yaş)
Doğum yeri
Boyu 1.70 sm
Çəkisi 60 kq
İdman növü Yüngül atletika

Flores 2008 Yay Olimpiya Oyunlarında Belizi uzunluğa tullanma yarışlarında təmsil edib. O, bu olimpiya oyunlarında Belizi təmsil edən yeganə qadın idmançı olmuşdur.[1] Pekin olimpiadası idmançının qatıldığı ilk Olimpiya Oyunları idi. Flores avqustun 18-də aralarında braziliyalı Mauren Hiqa Maqqi, amerikalı Qreys Apşou və isveçli Karolina Klüftündə olduğu A qrupunda 21 idmançıya qarşı mübarizə aparıb. O, 5.25 metrlik dərəcəylə A qrupunu 19-cu sırada tamamlayıb və final mərhələsinə yüksələ bilməyib. Ümumi sıralamada isə dərəcə ala bilməyən dörd atleti keçərək 42 idmançı arasında 38-ci yeri tutub.[2]

  1. "Tricia Flores" (İngiliscə). Sports-reference.com. 2008. 2015-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  2. "2008 Summer Olympics Results - Track and Field - Women's Long Jump Results" (İngiliscə). ESPN. 2008. 12 Avqust 2014 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]