Trotski (teleserial, 2017)

"Trotski" (rus. Троцкий) — Aleksandr Kott və Konstantin Statskinin rejissorluğu ilə çəkilmiş 8 seriyalı[1] Rusiya televiziya serialı. Serial Lev Trotskinin həyatını və onun XX əsrin siyasi hadisələrindəki rolunu əks etdirir. Premyerası 6 noyabr 2017-ci ildə Pervıy kanalda baş tutmuşdur. Serialın dünya premyerası Kannda keçirilən MIPCOM beynəlxalq televiziya sərgisində olub.[2]

Trotski
rus. Троцкий
Janr bioqrafik
dram
İlk baxış tarixləri 6 noyabr 20179 noyabr 2017, ORT
Rejissor Aleksandr Kott
Konstantin Statski
Operator Sergey Trofimov
Nikolay Boqaçyov
Uluqbəy Xamrayev
Prodüser Aleksandr Sekalo
Konstantin Ernst
Ssenarist Oleq Maloviçko
Ruslan Qaleyev
Pavel Teterski
Rollarda Konstantin Xabenski
Olqa Sutulova
Aleksandra Mareyeva
Maksim Matveyev
Yevgeni Stıçkin
Mixail Poreçenkov
Andrüs Paulaviçyus
Orxan Abulov
Yaş reytinqi 16+
Bəstəkar RyanOtter
Montajçı Aleksandr İvanov
Aleksandr Əmirov
Rəssam Sergey Tırin
İstehsalçı ölkə Rusiya Rusiya
İl 2017
Studiya "Sreda" prodüser şirkəti
Dil rus dili
İlk çıxış tarixi 6 noyabr 2017
Növü çoxseriyalı bədii televiziya filmi
Rəng rəngli
Mövsüm sayı 1
Seriya sayı 8
Telekanal ORT
IMDb ID7599132
1tv.ru/trotsky/

1940-cı ilin mayında Mexikonun ucqar ərazilərində polis geyimində olan kommunistlər rus inqilabının keçmiş lideri Lev Trotskinin evinə hücum edirlər. Onlar bir neçə saat ərzində evi atəşə tuturlar, lakin Trotski və xanımı müəmmalı şəraitdə sağ qalırlar. On bir illik sürgündə, demək olar ki, bütün yaxınlarını və doğmalarını itirmiş Trotski anlayır ki, əbədi düşməni İosif Stalin onu ömrünün sonuna qədər təqib edəcək. Onun əlindən qaçmaq mümkündür, lakin gizlənmək olmaz.

Beləliklə, Trotski döyüşə başlayır. Onun silahı güllə yox, sözlərdir. Trotski özündən sonra siyasi vəsiyyətnamə qalmasını istəyir. İlk dəfə tam səmimi olaraq, gənc yəhudi oğlanın necə yeni dünyanın peyğəmbərinə çevrilib nəhəng imperiyanı dağıtdığı haqqında danışır. Xatirələrin yazılması üçün o, özünün ideya əleyhdarı və Stalinə rəğbətilə seçilən Kanada jurnalistini öz yanına dəvət edir.

Film dünyanı həmişəlik dəyişən və bunun müqabilində hər şeyini qurban verən insanın hekayəsidir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Oleq Maloviçko, Ruslan Qaleyev, Pavel Teterski
Quruluşçu rejissorlar: Aleksandr Kott, Konstantin Statski
Quruluşçu operatorlar: Sergey Trofimov, Nikolay Boqaçyov, Uluqbəy Xamrayev
Quruluşçu rəssam: Sergey Tırin
Bəstəkar: RyanOtter
Geyim rəssamı: Yekaterina Dıminskaya
Qrim rəssamı: Marina Krasnovidova
Kastinq rəhbəri: Alla Petelina
Montaj rejissorları: Aleksandr İvanov, Aleksandr Əmirov
Səs rejissorları: İqor İnşakov, Mixail Alekseyenkov
İkinci rejissorlar: Mariya Korneva, Darya Plyaskovskaya
Vizual effektlər: Yevgeni Barulin
İcraçı prodüser: Aleksandra Remizova
Aparıcı prodüser: İvan Samoxvalov
Kreativ prodüserlər: Maksim Polinski, Nikolay Bulıgin
Baş prodüserlər: Aleksandr Sekalo, Konstantin Ernst
  • Konstantin XabenskiLev Trotski
  • Olqa Sutulova — Natalya Sedova
  • Maksim Matveyev — Frenk Cekson (Ramon Merkader)
  • Yevgeni Stıçkin — Vladimir Lenin
  • Mixail Poreçenkov — Aleksandr Parvus
  • Orxan Abulov — İosif Stalin
  • Viktoriya Poltorak — Frida Kalo
  • Sergey Qarmaş — Nikolay Trotski
  • Sergey BezrukovVladimir Skalon
  • Sergey Sosnovski — David Bronşteyn
  • Aleksandr Barqman — Dieqo Rivera
  • Dmitri Vorobyov — Georgi Plexanov
  • Boris Hasanov — Lev Kamenev
  • Mariya Skuratova — Nina (Trotskinin qızı)
  • Artyom Bıstrov — Nikolay Markin
  • İvan Tarabukin — Aqranov
  • Kirill Piroqov — İvan İlyin
  • Vila Kutaviçüte — Silviya
  • Anastasiya Meskova — Larisa Reysner
  • Alina Korol — Zina
  • Aleksandr Krımov — Lyova
  • Georgi Qayevski — Seryoja
  • İvan Fyodoruk — 30 yaşlı Seryoja
  • Sergey Umanov — Krasin
  • Aleksandra Mareyeva — Aleksandra Sokolovskaya
  • Mixail Yeliseyev — çar
  • Kirill Zaysev — Raskolnikov
  • Andrey Zibrov — Kayzer
  • Vitali Kovalenko — Stolıpin
  • Denis Sinyavski — Aleksandr Kerenski
  • Denis Pyanov — Qriqori Zinovyev
  • Nikolay Kaçura — Maksim Qorki
  • Boris İvuşin — Feliks Dzerjinski
  • Anton Xabarov — Aleksey Şşastnı
  • Vadim Skvirski — Tuxaçevski
  • Vladimir Çernışov — Sverdlov
  • Anton Momot — Voroşilov
  • Andrey Feskov — Sermuks
  • Kirill Kimpiski — kiçik Trotski (Leyba)
  • Yuri Delqado — 12 yaşlı Lyova
  • Darya Zabirova — Zinanın uşaqlığı
  • Vera Vinoqradova — Ninanın uşaqlığı
  • İqor Çerneviç — Ziqmund Freyd
  • Andrey Astraxansev — vəkil Jdanov
  • Mariya Milyutina — Trotskinin katibəsi
  • Olqa Kojevnikova — Trotskinin makinaçısı
  • Artyom Bordovski — Trotskinin əlaltısı
  • Kuzma Stomaçenko — Kerenskinin köməkçisi
  • Aleksey Mansıgin — Solovyaninov
  • Varvara Şşerbakova — Solovyaninovun arvadı
  • Yuri Gersman — Uşaroviç
  • Olqa Belinskaya — Uşaroviçin arvadı
  • Andrey Vergelis — Muxanski
  • Sergey Linkov — Aqranoviç
  • Yevgeni Karpov — Altfater
  • Dmitri Averin — Noel
  • Oleq Qayanov — Xrustalyov-Nosar
  • Aleksandra Remizova — Krupskaya
  • Fyodor Korsakov — Lyova və Seryojanın sinif yoldaşı
  • Aleksey Platonov — Lyova və Seryojanın sinif yoldaşı
  • Andrey Blaqoslovenski — Rakitski
  • Andrüs Paulaviçüs — Herr Kobert
  • Anatoli Kondübov — Polenov
  • İlya Borisov — Arxip
  • Aleksandr Ryazansev — professor
  • Vladimir Matveyev — professor Prokopoviç
  • Helqa Filippova — Fotiyeva
  • Aleksey Xaritonenko — Hoffman
  • Dmitri Bıkovski — Savviç
  • Pyotr Juravlyov — Gindenburq
  • Aleksandr Alekseyev — Samoylo
  • Daniil Şiqapov — Qneuşyev
  • Konstantin Şelestun — Panteleyev
  • Maksim Krupski — nəzarətçi Demidov
  • Spartak Kondaurov — 1-ci balaca adam
  • Pyotr Çubko — 2-ci balaca adam
  • Erik Keniya — Soso
  • Filipp Dyaçkov — əsgər
  • Artur Fedınko — əsgər
  • Romuald Makarenko — vaqondakı əsgər
  • Andrey Panin — sərxoş əsgər
  • Viktor Knyajev — sərxoş əsgər
  • Olivye Siu — jandarm
  • Vladimir Yeqorov — jandarm
  • Lyubov Makeyeva — Mariya Palna
  • Andrey Qulnyov — bazardakı satıcı
  • Andrey Averkov — Mikola
  • Vitali Kononov — Detina
  • Sergey Yevseyev — tətilçi
  • Mixail Kasapov — tətilçi
  • Sergey Vasilyev — gənc partiya üzvü
  • Eduard Senzor — makinaçı
  • Vyaçeslav Karpov — bələdçi
  • Dmitri Belov — vaqon növbətçisi
  • Nadejda Şumilova — qəbiristanlıqdakı qadın
  • Aleksey Fokin — mühafizə zabiti
  • Dmitri Lebedev — nəzarətçi
  • Yakov Şamşin — zabit Fedotov
  • İvan Ryabenko — zabit
  • Dmitri Karpov — zabit
  • Konstantin Qayoxo — teleqrafçı
  • Nikolay Yakovlev — gənc bolşevik
  • Nikolay Danilov — yaşlı bolşevik
  • Yevgeni Antonov — müşayiətçi
  • Sergey Kaplunov — həkim
  • Yuri Yevsükov — matros Jeleznyakov
  • Sergey Panyuşkin — matros
  • Mixail Sidaş — meyxanadakı matros
  • Viktor Labınsev — məhkəmə sədri
  • Arseni Vityazev — kimsəsiz
  • İnnokenti Qrab — qəzetçi
  • Maksim Kozaçyok — elan paylayan
  • Robert İhsanov — qəzetçi uşaq
  • Danila Yeqorov — xidmətçi
  • Sergey Trebosov — katorqa iştirakçısı
  • Pyotr Sevenard — dərzi
  • Leonid Voron — qonaq
  • Roman Xəlilulin — pianoçu
  • Aleksey Vasilyev — bayançı
  • Tariyel Keniya — yaşlı kassir
  • Yevgeni Serzin — gənc kassir
  • Xaviyer Eskobar Villarril — mühafizə rəisi
  • Silverio Palakios Montes — kafe sahibi
  • Xose İsmayıl Kruz Peres Korona — musiqiçi
  • Xuan Solis Ramires — musiqiçi
  • Reyes Efrain Peres — musiqiçi
  • Roberto Likon Qonzales — musiqiçi
  • Arturo Puentes Valdes — musiqiçi

РБК qəzetinə əsasən, "Trotski" ORT telekanalının təşəbbüsü ilə "Sreda" prodüser şirkətinin istehsal etdiyi ilk serialıdır. Digər hallarda seriallar yalnız "Sreda"nın müəllifi olduğu ideyalar ssenaridə öz təcəssümünü tapandan və ORT-nin kino nümayişi müdiriyyətinin təsdiqindən sonra istehsalata buraxılırdı.[3]

ORT-nin yaradıcı planlaşdırma şöbəsinin müdiri Yelena Afanasyevanın sözlərinə görə, serialın ideyası meydana gələndən çəkilişlərin başa çatdırılmasına qədər bir ildən də az vaxt keçmişdi.[4] Sonradan Konstantin Ernst bunu təsdiq edərək bildirmişdi ki, kanalın inqilab haqqında çəkməyi planlaşdırdığı digər serial layihəsi baş tutmamışdı. Nəticədə o, təcili surətdə Aleksandr Sekaloya müraciət edərək Trotski haqqında serial çəkmək təklifini vermişdi.[5]

Serial "Yesenin" televiziya filminin spin-offudur. Həmin filmdə də Konstantin Xabenski Lev Trotski obrazını yaratmışdı.[6] Hər iki serialın prodüseri olmuş Konstantin Ernstin fikrincə, aktyor o zaman həmin rolu "düzgün oynamamışdı".[7] Xabenski özü isə qeyd edir ki, onun ifa etdiyi rolun 80% hissəsi serialdan çıxarılmışdı və artıq Trotski haqqında yeni çəkilən teleserialda o, həmin obrazı ilk düşündüyü kimi ifa edib.[8]

Tarixi gerçəklik məsələsi

[redaktə | mənbəni redaktə et]

Tarixi gerçəkliklə bağlı məsələdə aydınlıq nəzərə çarpmır. Ehtimal ki, bu baş rejissorun müsahibəsi ilə bağlıdır:

" Biz sənədli film çəkməmişik. Lakin istənilən halda bəzi əsas cəhətlər var idi ki, bizi çəkindirirdi. Biz bu hadisələrin iştirakçısı olmamışıq və həqiqətən nə baş verdiyindən xəbərsizik. Yalnız bəzi fakt və sənədlər var ki, onlar da çox vaxt həqiqəti əks etdirmir. Digər tərəfdən, ssenari müəllifləri tərəfindən böyük hazırlıq işi aparılıb. Buna görə də Trotskinin həyatı və qərarları baxımından heç bir şey uydurulmayıb.[9]
Aleksandr Kott
"

Konstantin Ernst təsdiq edir ki, müəlliflər qarşılarına Trotskinin həqiqi tərcümeyi-halını yaratmağı məqsəd qoymayıblar. Əvəzində hadisələrin daha geniş tamaşaçı kütləsi tərəfindən anlaşılması üçün uyğunlaşdırılıb.[10] Ernstin fikirlərindən məlum olur ki, serialın vəzifəsi tərcümeyi-halın əks etdirilməsindən daha genişdir:

" Biz tərcümeyi-halın vacib bölmələrinə əsaslanmışıq. Lakin biz istənilən inqilabın nümunəvi personajını göstərmək istəmişik. Bu mənada Trotski ideal seçimdir. O, inqilab etmək üçün yaşamağı bəhanə edən bütün insan düsturlarına uyğun gəlir. Həmin insanlar inqilabı yaradır, sonra da onun qurbanına çevrilir. Düşünürəm ki, biz Trotskini inandırıcı təqdim etmişik. Ona görə ki, Trotskinin Stalinə qalib gələcəyi təqdirdə hər şeyin daha yaxşı olacağı barədə söhbət getməsin. Xeyr. Yaxşı bir şey olmazdı.[11]
Konstantin Ernst
"

Aleksandr Sekalo qeyd edir ki, müəlliflər bir tərəfdən tarixi gerçəkliyə riayət etməyə can atıblar,[12] digər tərəfdən isə əhatəli bioqrafik film yaratmaq yox, "parlaq, qorxunc, qana susamış və seksual fiqur göstərmək" məqsədini qarşıya qoyublar.[13] Ssenari müəlliflərindən biri etiraf edir:

" Biz şüurlu surətdə bəzi tarixi faktlara münasibətdə azad yanaşma nümayiş etdirmişik.[14]
Oleq Maloviçko
"

Serialın kreativ prodüseri isə deyir:

" Hazırkı filmdə gənc Stalin başkəsən və dilicanlara hücum edib oğurluqla pul qazanan quldur kimi göstərilib. Burada nə dərəcədə haqlıyıqsa, tamaşaçı fikir bildirəcək. Lakin bədii film jurnalistlərin real həyatı göstərməli olduğu xəbər buraxılışı deyil.[15]
Maksim Polinski
"

Trotskişünas tarixçi alim Aleksandr Reznikin fikrincə, Trotskinin serialdakı obrazı çox vaxt xarici dövlətlərə işləməsində təqsirləndirilən (məsələn, Navalnı)[16] müasir müxalifətin gözdən salınması məqsədilə qəsdən "iblisləşdirilib". İnqilab tarixi üzrə mütəxəssis Boris Koloniski hesab edir ki, Trotskinin iblisləşdirilməsi xüsusilə gənclər arasında əks təsirə gətirib çıxara bilər.[17]

Trotskinin bioqrafiyalarından birinin müəllifi Coşua Rubenşteyn (Harvard) öz tənqidində serialın yaradıcılarının Trotskini inqilabın mərkəzi fiquruna çevirmək, həmçinin, imperator ailəsinin edamına cavabdehliyi onun üzərinə qoymaq arzusuna toxunur.[18]

Premyeradan sonra serial kəskin tənqidlərə məruz qalıb:

" "Trotski" serialının problemli mahiyyəti ard-arda düzülüb: 1) tarixi kontekstə etinasızlıq, 2) hadisələrin qərəzli təfsiri, 3) faktların hər yerdə təhrifi. Keçmiş haqqında belə istedadsız və saxta hekayə, kütləvi bazarda belə hegemonluq olmasaydı, çətin ki, diqqət cəlb edərdi.[19]
Aleksandr Reznik
"
" Film, əlbəttə ki, “posthəqiqətin” qələbəsidir.[20]
Konstantin Skorkin
"

Solçu yazıçı və publisist Aleksey Svetkov yazır:

" ...iki əsas cümlə: "Bu seks kimidir, yox, bu elə seksin özüdür!" — Parvus inqilabi liderlik haqqında belə deyir; eləcə də, "Sizcə Rusiyanı inqilabın köməyilə dağıtmaq üçün nə qədər pul lazımdır?"— şərti "alman" Parvusdan soruşur. Bu iki cümlə putinizmin mənəvi-əxlaqi kodeksindən bəhrələnir: ölkədə azğın əxlaqsızlığa imkan verməmək və dövləti daxildən dağıtmaq istəyən Qərbin siyasi təsirindən ölkəni xilas etmək.[21]
Aleksey Svetkov
"

Serial peşəkar tarixçilər tərəfindən də güclü tənqidə məruz qalıb.[22][23][24]

  1. "Троцкий (ТВ)". 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  2. "Russian Content Revolution set to shake up MIPCOM 2017 premiere drama and animation screenings to reval new vitality from Russia". MIPCOM. 2017-10-04. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  3. "Метод Цекало: как шоумен стал первым российским партнером Netflix". РБК. 2017-01-10. 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  4. "Телехранитель. Конференция со слушателями: какие сериалы мы смотрим?". Эхо Москвы. 2017-07-30. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  5. "Телехранитель. Революция русского контента. Программа Russian content revolution на телевизионном рынке в Каннах". Эхо Москвы. 2017-10-22. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  6. Первый канал. "Александр Цекало — о фильме «Троцкий»" (rus). Youtube.com. 02.11.2017. İstifadə tarixi: 2017-11-12.
  7. "Константин Эрнст: Троцкий — продюсер революции". Вечерняя Москва. 2017-10-31. 2017-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  8. Вечерний Ургант. "Вечерний Ургант. В гостях у Ивана Константин Хабенский и Ольга Сутулова.(03.11.2017)". 2017-11-03. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  9. "Режиссер сериала «Троцкий»: Иногда он любящий отец, а иногда – бэтмен …" (rus). 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  10. "Trotsky series called a success in Cannes". russkiymir.ru. 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  11. "Сериал Троцкий (2017): дата выхода, актеры, официальный трейлер". www.kp.ru. 2017-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  12. "Александр Цекало: «На Первом канале нам дают возможность дерзить»". Вокруг ТВ. 2017-11-12. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  13. "«Троцкий»: почему Константин Эрнст и Александр Цекало сделали сериал не про Ленина". Вокруг ТВ. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  14. "Революция возможна" (rus). 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  15. "«Рок-звезда» и «продюсер революции»: каким предстаёт перед зрителями главный герой сериала «Троцкий»". RT на русском (rus). 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  16. "Russian state-run TV is marking the revolution's 100-year anniversary centenary with a new biopic of Leon Trotsky". The Independent (ingilis). 2017-10-16. 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  17. Walker, Shaun. "Russian Revolution's 'rock'n'roll star' Trotsky gets centenary TV series". The Guardian (ingilis). 2017-11-03. 0261-3077. 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  18. "Russian TV series claims Jewish Trotsky masterminded bloody 1917 revolution" (ingilis). 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  19. Резник А.В. "Телесериал «Троцкий»: кратко о том, что с ним не так". Вольное историческое общество. 2017-11-06. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
  20. Скоркин, Константин. "Сериал «Троцкий» стал очередной псевдоисторической халтурой Первого канала" (rus). 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  21. "Алексей Цветков - Троцкий — сериал: секс и внешняя угроза - ИА REGNUM". ИА REGNUM (rus). 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  22. "«Ненаучная фантастика»: Историки о сериалах «Демон революции» и «Троцкий»". КиноПоиск (rus). 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  23. "Теледемоны революции". Радио Свобода. 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  24. Ведомости. "10 жирных исторических ляпов сериала «Троцкий»". 2017-11-11. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]