Trypanasomatidae

Trypanasomatidae (lat. Trypanasomatidae) — İbtidailərin Euglenozoa tipinə daxil olan fəsilədir.

Trypanasomatidae
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Tipüstü:
Yarımtip:
Yarımsinif:
Fəsilə:
Trypanosomatidae
Beynəlxalq elmi adı

Xarakterik əlamətləri

[redaktə | mənbəni redaktə et]

Kiçik ölçülü qamçılardır. Bədənləri uzunsov, hər iki ucda sivridir. Bədəni sitoplazma, nüvə, kinetoplast, undulyasiya edən membran və qamçıdan ibarətdir. Tripanazomlara bir çox onurğalı heyvanların qanında rast gəlmək olur. Quru onurğalılarında onların keçiriciləri ikiqanadlı həşəratlar, gənələr, triatom taxtabitiləri; su onurğalılarında isə qansoran zəlilərdir.[3]

Keçmiş SSRİ ərazisində insanların tripanazomlarla yoluxması qeyd edilməmişdir. Ancaq iribuynuzlu mal-qarada bu qamçılılar aşkar edilmişdir. Azərbaycanda Trypanasoma və Leishmania cinslərindən olan Trypanasoma theileri Laveran – Lənkəran zonasında və Zurnabad yaxınlığında iribuynuzlu mal-qarada; T.lewisi Kent – Bakı ətrafında boz siçovulda; T. Rabinovitschi Brumpt – Dağlıq Qarabağda mişovulda; T. Vulgaris Zuhs – Abşeron yarımadasında və Zurnabad yaxınlığında ərəbdovşanında və tülküdə; T. Pestanci Zuhs – porsuqda; T. İngens Bateman et Mackie – cüyürdə; T. Loricatum (Mayer), T.mega Dutton et Todd, T.neveulemairie Brumpt, T. Pipinetis Diamond, T. Rotatorium Mayer – Kür çayı vadisində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarında, Ağgöl, Sarısu, Nohur, Candar göllərində göl qurbağasında; T. Avium Danilewsky – göycəqarğada, qızılı qızlarquşunda və şanapipikdə; T. Dschunkowskyi Tartakowsky – zığzığda; T. Matisi Sergent – kənd qaranquşunda; Trypanosoma sp. – çöl muymulunda, ev sərçəsində, adi sığırçında, boz qarğada, sağsağanda; T. Carassii Mitrophanof – Xəzər dənizi hövzəsində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq BayramlıYekəxana su anbarlarında qızılı dabanbalığında, qızılüzgəcdə, lilbalığında, şərq çapağında, Kür çapağında, durnabalığında, xanıbalığında, enlibaşda, çəkidə; T. Bliccae Nikitin – Xəzər dənizi hövzəsində yastıqarında; T. Percae Brumpt – Xəzər dənizi hövzəsində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində Volqa sufunda və sufda; T. Schulmani Ghajbulayev – Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində durnabalığında aşkar edilmişdir.[4]

Xəstəlik törədiciliyi

[redaktə | mənbəni redaktə et]

Leyşmaniyalar sürünənlərin, məməlilərininsanın bir sıra xəstəliklərinin törədiciləridir. İnsanı yoluxduran növlərdən Azərbaycan ərazisində ancaq ikisinə rast gəlinmişdir: Leishmania tropica Wright və L. İnfantum Nicolle. Antroponoz dəri leyşmaniozunun törədicisi L.tropica, əsas keçiricisi – Phlebotomus sergenti, törədicisinin rezervuarı isə insandır. Bu xəstəliyin sabit endemik ocaqları Gəncə, BərdəAğdam şəhərləri olmuşdur. Visseral leyşmaniozun törədicisi L. infantum, infeksiya rezervuarı – şəhərlərdə (sinantrop ocaqlar) itlər, kənd yerlərində isə vəhşi heyvanlardır. Visseral leyşmanioz keçmişdə respublikanın əksər aran və dağətəyi rayonlarında yayılmış bir xəstəlikdir. Uşaqlar bu xəstəliyə daha çox tutulurlar.

60-70-ci illərdə respublikada keçirilən məqsədyönlü tədbirlər nəticəsində artıq 1966-cı ildə antroponoz dəri leyşmaniozu faktik olaraq ləğv edilmiş, Gəncə, Bərdə, Ağdam şəhərlərində bu xəstəliyin endemik ocaqları tamamilə aradan qaldırılmış, eləcə də bütünlükdə respublikada visseral leyşmaniozla xəstələnmə halları azalmışdır. Bu xəstəliyin Şamaxı, Göyçay, Ağdam və bir sıra başqa rayonlardakı ocaqları sağlamlaşdırılmışdır. Ancaq Azərbaycanın ayrı-ayrı rayonlarında visseral leyşmaniozla sporadik yoluxma halları hələ də qeyd edilməkdədir. Visseral leyşmaniozla mübarizə problemi respublikanın səhiyyə orqanları üçün aktual olaraq qalır. Əhalinin miqrasiyası, turizmin sürətli inkişafı ilə bağlı olaraq ictimai-iqtisadi və təbii şəraitin kəskin dəyişməsilə əlaqədar leyşmaniozlar problemi getdikcə daha çox aktuallıq kəsb edir. Bu isə onların indiki areallardan kənara - həmin xəstəliyin yaxın keçmişdə ləğv edildiyi, ancaq onların ocaqlarının potensial şəkildə yenidən baş qaldıra biləcəyi ərazilərə yayılmasına səbəb ola bilər. Buna görə də leyşmaniozların öyrənilməsi və onlarla mübarizə aparılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi proqramına daxil edilmiş 6 ən mühüm tropik xəstəlikdən biridir.

  1. Cavalier-Smith T. Higher classification and phylogeny of Euglenozoa (ing.). // Eur. J. Protistol. Elsevier BV, 2016. Vol. 56. P. 250–276. ISSN 0932-4739; 1618-0429; 0932-4739 doi:10.1016/J.EJOP.2016.09.003 PMID:27889663
  2. Doflein F. T. Die Protozoen als Parasiten und Krankheitserreger nach biologischen Gesichtspunkten dargestellt (alm.). Jena: 1901. S. 57. 300 s. doi:10.5962/BHL.TITLE.1043
  3. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  4. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Kinetoplastidlər