Trypanosoma loricatum (lat. Trypanosoma loricatum )-Mastigophora tipinə aid olan növ.
Tripanasoma loricatum | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Trypanosoma loricatum Monomorfik tripanosom ellips və ya oval bədən quruluşuna malikdir, səthi kələ-kötürdür. Bədənin hər iki tərəfi yumurulanmışdır. Titrək membran çoxlu qatlara malikdir. Kinetoplast nisbətən iridir, arxa tərəftədir, nüvədən uzaqda yerləşir. Nüvə dairəvidir. Kinetoplast və nüvə çox vaxt bədənin periferik hissəsində yerləşir. Qamçı çox vaxt görünmür. Bədədnin uzunluğu 32.0-59.0, eni – 23.0-26.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 13.0-24.0, kinetoplastın ölçüsü 1.0-1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə - 1.0-4.3. Nüvəni uzunluğu 3.4- 6.0, nüvənin eni 4.0-6.0, nüvədən ön qutaracağadək 14.0-31.5, titrək membranın eni 1.0-2.0, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5-15.0 mkm-dir.
Trypanosoma[ölü keçid]loricatum Kür çayı, Araz çayı, Qanıxçay, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Naxalıqçay, Qanlıgöl, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Parazit həyat tərzi keçirir. Sahibi: göl qurbağası Pelophylax ridibundusdur.