Tsinandali (gürc. წინანდალი) — Gürcüstanın Kaxeti diyarının Telavi bələdiyyəsində kənd.
Tsinandali | |
---|---|
წინანდალი | |
41°53′41″ şm. e. 45°34′32″ ş. u.HGYO | |
Ölkə | |
Diyar | Kaxeti |
Rayon | Telavi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 560 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi | 2675[1] nəfər (2014) |
Milli tərkibi | 99.4% gürcülər[2] |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Qombori dağının şimal-şərqi yamacında yerləşir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi – 560 metr (1,840 ft), Telavi şəhərindən uzaqlığı – 10 kilometr (6.2 mil), Tbilisi şəhərindən uzaqlığı – 79 kilometr (49 mil). Kəndin yaxınlığından Alazan çayı axır.
Kənd daha çox Çavçavadze ailəsi və onun hazırladığı Tsinandali adlı ağ çaxırla məşhurdur.[3][4][5]
Aleksandr Çavçavadze Tsinandalini varisliyə görə atası knyaz Qarsevandan almışdır. Yeni sahib malikhanəni bərpa etmiş, 1835-ci ildə onun yanında yeni bir ev və bağ tikdirmişdir. Çavçavadze tez-tez qonaqlıqlar keçirərdi. O, Aleksandr Qriboyedovu,[6] Aleksandr Puşkini, Mixail Lermontovu, Aleksandr Odoyevskini və Aleksandr Dümanı[7] qonaq kimi qəbul etmişdir. Çavçavadze burada ölkənin ən böyük şərab zavodunu tikdirmişdir. Bu şərab zavodunda Avropa və qədim Gürcüstan şərabçılıq ənənəsini birləşdirilirdi.[8]
Kənd və Çavçavadzenin malikhanəsi 2 iyul 1854-cü il tarixində gerçəkləşmiş İmam Şamilin dağlılarının basqınından sonra çox zərər görür. İmam Şamilin oğlu Qazi Məhəmməd bu basqınçılara rəhbərlik edirdi. Dağlılar bu basqında malikhanəni yağmalayır, Çavçavadzenin oğlu Aleksandrın arvadını, knyaz David Çavçavadzeni, onun dul bacısı Barbara Orbelianini, onun uşaqlarını və digər qohumlarını qaçırır. Bu hadisə bütün Rusiyada sərt reaksiyalara səbəb olur. 22 mart 1855-cü il tarixində, çətin danışıqlardan sonra əsirlər İmam Şamilin oğlu Cəmaləddin və 40.000 rubl dəyərində olan gümüş əvəzinə azadlığa buraxılır.[9]
1947-ci ildən bəri malikhanə muzey kimi fəaliyyət göstərir.[10]
WELCOME! To Tsinandali… Arxivləşdirilib 2018-07-06 at the Wayback Machine — achp.si.edu saytında. (ing.) Şablon:Telavi bələdiyyəsinin yaşayış məntəqələri