Tsxinvalinin yəhudi məhləsi — Gürcüstanın Tsxinvali şəhərində yəhudilərin XVII əsrdən məskunlaşması nəticəsində yaranan məhəllə. Məhəllə köhnə Tsxinvalinin ən mənzərəli yerlərindən biri olmuşdur. Məhəllə 1992-ci ildə Osetiya-Gürcüstan müharibəsi və 2008-ci ilin avqust döyüşləri zamanı ciddi şəkildə zərər görmüşdür.[1]
Tsxinvalinin yəhudi məhləsi | |
---|---|
| |
42°13′19″ şm. e. 43°58′28″ ş. u. | |
Yer | Tsxinvali |
Region | Gürcüstan |
Tarix | |
Əsası qoyulub | XVII əsrin sonundan başlayaraq |
Tərk edilib | Cənubi Osetiya müharibəsi və 2008-ci ildə Tsxinvali döyüşü zamanı |
Yer qeydləri | |
Vəziyyəti | dağınıq |
|
Orta əsrlərdə Gürcüstanda yaşayan yerli yəhudilər gürcü dilində ünsiyyət qurur və ticarətlə məşğul idilər. Onlar əsasən XVII əsrin sonunda pambıq məhsullarının satışı ilə məşğul olurdular. 1664-cü ildə Şahzadə Maria Svetitsxoveli Manastırına (Mtsxeta şəhəri) ticarətlə məşğul olan Tsxinvalidən olan altı təhkimli yəhudini hədiyyə etmışdi.
XIX-cu əsrdə şəhərin yəhudi əhalisi əhəmiyyətli dərəcədə artdı. Tsxinvali gürcü yəhudiləri Rusiya imperiyasının Avropa hissəsindəki Aşkenazi yəhudiləri ilə əlaqələr qurdular və hətta onlardan ravvinlər dəvət edirdilər. 1870-ci illərdə şəhərin yəhudi məhəlləsində yeddi sinaqoq və dini məktəb fəaliyyət göstərirdi.
1864-1865-ci illərə qədər Tsxinval və ona bitişik bölgədəki yəhudilər sənətkarlıq və ticarətlə məşğul olan təhkimlilər idilər. Lakin özlərini təhkimçilikdən pulla qurtaran azad yəhudilər də var idi.[1]
XIX əsrdə artıq yəhudilər şəhərdə kərpic zavoduna və digər müəssisələrə, demək olar ki, bütün istehsal sexlərinə sahib idilər. Tsxinvalidə Şərqi Gürcüstanda ən yaxşı keyfiyyət hesab edilən matzo bişirmək üçün iki çörək fabriki var idi. Tsxinvalidəki ayaqqabı tikənlərin, papaq ustaları, dərzilərin, çörəkçilərin və qəssabların çoxu yəhudi icması üzvlərləri idilər.
XX ci əsrin əvvəllərində Tsxinvalda yəhudilər sayca gürcülər, osetinlər və ermənilərdən daha çox idilər. 1917-ci ildə şəhər əhalisinin say tərkibi belə olmuşdur: yəhudilər - 38,4%, gürcülər - 34,4%, ermənilər - 17,7%, osetinlər - 8,8% idi. Yerli yəhudilərin danışdığı dil gürcü idi.[1] Demək olar ki, heç kəs idiş dilində danışmırdı.[2]
Yəhudi icmasının sayı, İkinci Dünya müharibəsi illərində buradan köçürülən yəhudi qaçqınların axını səbəbiylə böyüdü. Yəhudilərin çoxu ticarətlə məşğul olurdu. Yerli sakinlərin xatirələrinə görə, yəhudilər ən yaxşı dərzi və saat ustası idilər.[3]
XX əsrdə məhəllədə yəhudilərlə yanaşı, ermənilər və osetinlər də yaşayırdılar.[3]
Sovet hakimiyyəti dövründə 1970-ci illərin əvvəllərində şəhər əhalisinin ümumi sayında yəhudilərin faizi azaldı və həmin dövrdə təxminən 25% təşkil edirdi.[1]
Yəhudilərdən bəziləri 1970-ci illərin ortalarında İsrailə miqrasiya etməyə başladılar.[3] Qalanlar şəhəri 1989-cu ildə və 1990-cı illərin əvvəllərində Osetiya-Gürcüstan silahlı qarşıdurmasının başlamasından sonra tərk etdilər. Yerli yəhudilərin gürcü dilli əhali olması problemi daha da ağırlaşdırdı. Belə ki, yəhudilər qaçqın gürcülərlə birlikdə şəhəri tərk etmək məcburiyyətində qaldılar. Son ravvin X.A.Manaşerov 1995-ci ildə şəhəri tərk etdi.[1]
2008-ci ilin avqustuna qədər Tsxinvalada bir neçə yəhudi ailəsi yaşayırdı.[4] İsrail mediasına görə, 2008-ci ilin dekabr ayına olan məlumata görə, şəhərdəki yəhudi diasporasından yalnız bir yaşlı qadın qalmışdı.[5]